İlham Əliyev yarımstansiyasının tikintisi ilə tanış olub

İlham Əliyev: İnvestorları istilik elektrik stansiyalarının tikintisinə dəvət edirik

9
(Yenilənib 14:24 21.08.2020)
Prezident İlham Əliyev: “Dünyanın böyük şirkətləri Azərbaycanda bərpaolunan enerji növlərinin istehsalına maraq göstərir”

BAKI, 21 avqust — Sputnik. “Hesab edirəm ki, Azərbaycanda bu ilin 7 ayında iqtisadi vəziyyət qənaətbəxşdir, iqtisadiyyat cəmi 2,8 faiz azalıb. Ancaq bunu da nəzərə almalıyıq ki, neftin qiyməti düşüb və bu, bizim iqtisadi inkişafımıza mənfi təsir göstərir. Eyni zamanda, OPEC+ razılaşması nəticəsində hasilatımız da bir qədər azalıb. Ancaq sənaye sahəsində, o cümlədən qeyri-neft sənayesi sahəsində artım var və bu artım bu ilin 7 ayında 13 faizdir. Budur bugünkü Azərbaycan reallıqları”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də 1000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının tikintisi ilə tanışlıq və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlinin atılması ilə bağlı tədbirdə çıxış edərkən deyib.

  • İlham Əliyev yarımstansiyasının tikintisi ilə tanış olub
    © Official website of President of Azerbaijan Republic
  • İlham Əliyev yarımstansiyasının tikintisi ilə tanış olub
    © Official website of President of Azerbaijan Republic
  • İlham Əliyev yarımstansiyasının tikintisi ilə tanış olub
    © Official website of President of Azerbaijan Republic
  • “Qobu” elektrik yarımstansiyası
    © Official website of President of Azerbaijan Republic
1 / 4
© Official website of President of Azerbaijan Republic
İlham Əliyev yarımstansiyasının tikintisi ilə tanış olub

Dövlət başçısı bildirib ki, biz maksimum öz enerji potensialımızdan istifadə edirik və etməliyik: “Sevindirici hal ondan ibarətdir ki, bu gün dünyanın ən böyük enerji şirkətləri Azərbaycanda bərpaolunan enerji növlərinin istehsalına maraq göstərir və artıq bu maraq reallaşır. İlin əvvəlində iki böyük beynəlxalq şirkətlə 440 meqavat generasiya gücü olan Günəş və külək elektrik stansiyalarının tikintisi ilə əlaqədar müvafiq sənədlər imzalanıb.

440 meqavat gücündə bərpaolunan enerji növlərinin Azərbaycanda yaradılması, özü də Azərbaycan dövləti tərəfindən bir manat pul qoyulmadan reallaşdırılması bizə olan inamın təzahürüdür, Azərbaycanın gələcəyinə, sabit gələcəyinə, inkişafına olan inamın təzahürüdür.

Eyni zamanda, yerli və xarici şirkətlərə bildirmək istərdim ki, biz ənənəvi enerji növlərinin istehsalı ilə əlaqədar işlərimizi davam etdirmək əzmindəyik. Xarici və yerli investorları istilik elektrik stansiyalarının tikintisinə dəvət edirik, onları cəlb etmək istəyirik. O cümlədən onları su elektrik stansiyalarının və digər bərpaolunan elektrik stansiyalarının tikintisinə cəlb etmək istəyirik. Əgər belə maraq olarsa hesab edirəm ki, qısa müddət ərzində bu məsələ öz həllini tapa bilər”.

9

Azərbaycan HHM bölmələri Ermənistan PUA-sını məhv edib

19
(Yenilənib 01:38 21.09.2020)
Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

BAKI, 21 sentyabr — Sputnik. Sentyabrın 20-si saat 23:13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı AR Müdafiə Nazirliyi yayıb.

Hazırda məhv edilmiş PUA-nın qalıqlarının aşkar olunması istiqamətində axtarış aparılır.

19
Əlaqədar
Ermənistanın daha bir PUA-sı məhv edildi
Ermənistana məxsus daha bir PUA məhv edilib
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
Ermənistana məxsus iki ədəd taktiki PUA məhv edilib
Türkiyədə zəlzələ nəticəsində dağılan bina, arxiv şəkli

Türkiyədə təbii fəlakət baş verib

18
(Yenilənib 00:28 21.09.2020)
Niğde Valisi Yılmaz Şimşək zəlzələ bölgəsindəki vəziyyətlə bağlı deyib: "İndiyə qədər bizə çatan məlumatlara görə, tələfat və maddi itki qeydə alınmayıb".

BAKI, 20 sentyabr — Sputnik. Türkiyənin Niğde vilayətində Rixter cədvəli üzrə 5,1 bal gücündə zəlzələ baş verib.

Sputnik Türkiyə xəbər verir ki, məlumatı Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Bildirilir ki, episentri Bor rayonunda 6,97 kilometr dərinlikdə olan yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 22:08-də qeydə alınıb. Yeraltı təkanlar ətraf bölgələrdə də hiss olunub.

Niğde Valisi Yılmaz Şimşək zəlzələ bölgəsindəki vəziyyətlə bağlı deyib: "İndiyə qədər bizə çatan məlumatlara görə, tələfat və maddi itki qeydə alınmayıb".

Hələlik zəlzələnin fəsadları barədə dəqiq məlumat yoxdur.

18
Teqlər:
Niğde vilayəti, zəlzələ, Türkiyə
Əlaqədar
Türkiyədə zəlzələ qurbanlarının sayı artmaqdadır
Türkiyədə daha bir zəlzələ: gücü çaşdırdı
Türkiyədə güclü zəlzələ: evlər uçdu, yaralılar var – VİDEO
Türkiyədə zəlzələ oldu
Türkiyədə güclü zəlzələ olub