Sündü şəlaləsi

Sabahın hava proqnozu açıqlandı

9
(Yenilənib 13:38 21.08.2020)
Tibbi-meteoroloji proqnoza gəldikdə isə, avqustun 22-də Abşeron yarımadasında güclü şimal-qərb küləyi fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

BAKI, 21 avqust — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 26-28, Bakıda gecə 21-23, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz olacaq.

Abşeron çimərliklərində güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti təşkil edəcək.

22 avqustda Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə arabir güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 29-34, dağlarda gecə 8-13, gündüz 13-16 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, avqustun 22-də Abşeron yarımadasında güclü şimal-qərb küləyi fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

9
Elza Seyidcahan, arxiv şəkli

Seyidcahanın anası dələduzun hədəfinə tuş gəlib

2
(Yenilənib 13:38 19.09.2020)
"Mənim yox, anamın torpağıdır. Ev tikmək istəyirdi. Deyirdi qızları ilə bir yerdə qalsın. Bizə deməyib, sürpriz etmək istəyirmiş. Xəbərim olsaydı, onun aldadılmasına imkan verməzdim"

BAKI, 19 sentyabr — Sputnik. Əməkdar artist Elza Seyidcahan anasının aldadılaraq əlindən alınan torpaq sahəsindən söz açıb. Sputnik Azərbaycan xəbər verir ki, müğənni bu sözləri Space TV kanalında yayımlanan "Hər səhər" proqramında deyib. O bildirib ki, hələ də dələduz cəzasını çəkməyib:

"İş hələ də məhkəmədədir. Hər dəfə dələduz vaxt götürür. Hələ də cəzasını almayıb. Mənim yox, anamın torpağıdır. Ev tikmək istəyirdi. Deyirdi qızları ilə bir yerdə qalsın. Bizə deməyib, sürpriz etmək istəyirmiş. Xəbərim olsaydı, onun aldadılmasına imkan verməzdim".

2
Xəstə adam

Bu il böyrək çatışmazlığından əziyyət çəkənlərə böyrək köçürülməyib - SƏBƏB

1
“Ötən il isə Azərbaycanda 69 böyrək köçürülməsi əməliyyatı aparılıb. Ümumiyyətlə indiyədək ölkəmizdə 782 xəstəyə böyrək köçürülüb"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 19 sentyabr — Sputnik. Azərbaycanda bu il dializ xəstələrinə böyrək köçürülməyib. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Nefroloqlar Cəmiyyətinin sədri, Tibb elməri namizədi,  Səhiyyə Nazirliyinin Baş Nefroloqu Fariz Babayev bildirib.

Onun sözlərinə görə, bu il ərzində pandemiyaya görə dünyanın hər yerində transplantasiya əməliyyatı aparılmayıb: “Ötən il isə Azərbaycanda 69 böyrək köçürülməsi əməliyyatı aparılıb. Ümumiyyətlə indiyədək ölkəmizdə 782 xəstəyə böyrək köçürülüb. Onların arasında ölkəmizdəki dövlət tibb müəssisələrində böyrəyi köçürülənlər də var, özəl xəstəxanalarda böyrək köçürülən xəstələr də. Amma ölkədən kənarda da böyrək transplantasiyası əməliyyatı etdirənlər var. Onlar pulsuz dərmanla təmin olunur”.

1