BAKI, 21 avqust — Sputnik. Açıq meşə sahələrində salınmış aqrobağlarda monitorinqlər davam etdirilir. Meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə olunması və meşə örtüyünün artırılması məqsədilə açıq meşə ərazilərində salınmış aqrobağların vəziyyəti, onlara göstərilən qulluq səviyyəsi və görülən işlərin gedişatı ilə tanış olmaq üçün bu günlərdə bir neçə rayonda olduq və aqrobağlara baxış keçirdik.
Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.
Nazir müavini qeyd edib ki, açıq meşə sahələrində salınmış aqrobağların monitorinqi Tovuz, Şəmkir, Samux, Gədəbəy, Yevlax, Bərdə, Ağdaş, Ağcabədi, Beyləqan, İmişli, İsmayıllı rayonlarının ərazisində keçirilib.
"Açıq meşə sahələrində salınmış aqrobağlarda keçirilən monitorinqlər zamanı bir çox ərazilərdə əkin qaydalarına kompleks şəkildə riayət olunduğunu, damcılı suvarma sisteminin çəkildiyini, ərazilərin su anbarları ilə təmin olunduğunu, qabaqcıl üsullardan istifadə olunmaqla işlərin yüksək səviyyədə təşkil edildiyini və nümunəvi aqrobağların salındığını müşahidə etdik.
Düzdür, bəzi rayonlarda aqrobağların vəziyyətinin qənaətbəxş olmadığının, əkilən ağaclara düzgün qulluq göstərilmədiyindən bitiş faizinin aşağı olduğunun, hətta müəyyən sahələrdən təyinatı üzrə istifadə edilmədiyinin şahidi olsaq da, deyərdim ki, ümumi nəticə ürəkaçandır".
F.Əliyev bitiş faizi qənaətbəxş olmayan ərazilərdə aqrotexniki xidmət işlərinin keyfiyyətinin artırılması ilə bağlı cavabdeh şəxslərə tövsiyələr olunduğunu, ərazilərin təyinatı üzrə istifadəsi ilə bağlı isə tələblər qoyulduğunu bildirib.
O, qeyd edib ki, qeydə alınan nöqsanların aradan qaldırılması üçün nəzarət tədbirləri davam etdiriləcək.
BAKI, 20 yanvar - Sputnik. Koronavirus infeksiyasına qarşı peyvəndlərdən hələlik heç bir ölüm halı qeydə alınmayıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının eksperti Mariancela Simao deyib.
"Əlimizdə bazarda geniş istifadə olunan peyvənd var. Bu, Pfizer-dir. Və hələlik hazırda istifadə olunan vaksinlərdən heç bir ölüm halının şahidi olmamışıq, - o bildirib.
ÜST nümayəndəsinin sözlərinə görə, bir neçə yan təsirlər qeydə alınıb, məsələn, anafilaktik şok kimi. Bəzi peyvənd olunmuş şəxslərdə isə ciddi allergiyalara meyllilik var. Belə hallarda mütləq tibb müəssisələrində nəzarət altında peyvənd vurdurmaq lazımdır, mütəxəssis söyləyib.
Simao əlavə edib ki, ÜST vaksinlərin istənilən ciddi yan təsirini izləyir və öz tövsiyələrini yeniləyir. Hazırda koronavirus əleyhinə daha 12 preparatı təşkilatın ekspertləri qiymətləndirməlidirlər.
BAKI, 20 yanvar — Sputnik. Amerikanın Kaliforniya ştatında koronavirusun yeni ştammı aşkarlanıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, virusun yeni forması CAL.20C "Britaniya" ştammının axtarışı zamanı müəyyən edilib.
Alınan biomateriallarda mutasiyaya uğramış koronavirus aşkar edilib. Mütəxəssislər virusun yeni variantının keçən ilin yayında ortaya çıxdığını, ancaq özünü payızda göstərdiyini düşünürlər. Hazırda CAL.20C geniş yayılıb.
Məlumata görə, mutasiyaya uğramış koronavirus yanvarın 13-də Los-Ancelesdəki bir laboratoriyada nümunələrin yarısından çoxunda müəyyən edilib.
"Ştamm həqiqətən burada meydana gəlib və onun tətil dövründə ortaya çıxmağa və yayılmağa imkanı olub", - deyə Cedars-Sinai Tibb Mərkəzinin əməkdaşlarından biri bildirib.
Yeni ştammın təhlükə dərəcəsi barədə hazırda məlumat yoxdur. Bununla yanaşı, elm adamları yeni mutasiyanın nə qədər tez ötürüldüyünü təyin etməlidirlər.
ABŞ-da koronavirus qurbanlarının sayı 400 min nəfəri keçib. Milad bayramından sonra ölümlərin sayı da kəskin şəkildə çoxalıb.