İşlər zamanı

"Azeriqaz" İB abonentlərin şikayətini araşdırmaq üçün nəzarətə başlayıb

11
(Yenilənib 17:22 19.08.2020)
Bu sahədə nəzarət auditinin həyata keçirilməsi məqsədilə bu gün Türk Standartları İnstitutunun Azərbaycan təmsilçiliyinin nümayəndələri də Azərbaycanda olub

BAKI, 19 avqust — Sputnik. “Azəriqaz” İB-də “Müştəri məmnuniyyəti və şikayətlərin araşdırılması” üzrə auditə başlanılıb. Bu barədə "Azeriqaz" İB-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, “Azəriqaz” İstehsalat Birliyində ISO 10002 “Müştəri məmnuniyyəti və şikayətlərin araşdırılması” standartı 2015-ci ildən tətbiq olunur. Həmin tarixdən etibarən bu standartın tələbləri üzrə idarəetmənin təşkilinə başlanılıb. Bu sahədə nəzarət auditinin həyata keçirilməsi məqsədilə bu gün Türk Standartları İnstitutunun Azərbaycan təmsilçiliyinin nümayəndələrinin iştirakı ilə açılış tədbiri keçirilib.

Tədbirdə Birliyin baş direktoru Ruslan Əliyev, baş direktorun əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev, Türk Standartları İnstitutunun Azərbaycan təmsilçiliyinin nümayəndələri Arzu Gülhan Yüzereroğlu və Xatirə Salahova, eləcə də aidiyyəti üzrə digər rəsmilər iştirak ediblər.

Bildirilib ki, “Müştəri məmnuniyyəti və şikayətlərin araşdırılması” standartı üzrə keçiriləcək nəzarət auditinə hazırlıq məqsədilə Birliyin 16 struktur bölməsində 1-ci tərəf daxili audit keçirilib və müvafiq qaydada sənədləşdirilmə aparılıb. Daxili audit zamanı struktur bölmələrdə ciddi uyğunsuzluqlar aşkar edilməyib.

Sonda “Azəriqaz” İB-nin rəhbərliyi auditin keçirilməsi üçün lazımi şəraitin yaradıldığını bildirib. Bu proses zamanı hər hansı narahatlığın yaşanmayacağına əminlik ifadə olunub.

 

 

11
Avropa İttifaqının bayrağı (Aİ), arxiv şəkli

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara çağırdı

19
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanon atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı bəyanat yayıb.

BAKI, 29 oktyabr - Sputnik. Avropa İttifaqı Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi ilə atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında döyüşlərin hələ də davam etdiyini və daha çox mülki şəxslərin hədəf alınmasını qəbuledilməz hesab edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanonun atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı verdiyi bəyanatda bildirilib.

Bəyanatda, o da qeyd edilib ki, Avropa İttifaqı münaqişə tərəflərinə beynəlxalq humanitar hüquqa əsasən, mülki  şəxsləri qorumaq öhdəliklərini bir daha xatırladır.

"Avropa İttifaqı tərəfləri sonuncu dəfə 25 oktyabrda Vaşinqtonda razılaşdırıldığı kimi, gecikmədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara başlamağa çağırır", - deyə bəyanatda bildirilir.

19
Флаг Международного комитета Красного Креста, фото из архива

Qırmızı Xaç Qızıl Ayparanın könüllüsü Bərdədəki erməni terroru zamanı həlak olub

34
(Yenilənib 00:41 29.10.2020)
Ermənistan silahlı birləşmələrinin Bərdəyə raket hücumu zamanı Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin könüllüsü də həlak olub

BAKI, 28 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin Bərdəyə raket hücumu nəticəsində həlak olanlar arasında Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin könüllüsü var. 

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin Avropa bürosunun rəsmi "Twitter" səhifəsində məlumat verilib. 

"Bu gün günortadan sonra Azərbaycanın Bərdə şəhərində mülki şəxslərə humanitar yardım çatdırarkən könüllülərimizdən birinin həlak olması xəbəri bizi dərindən kədərləndirdi.  

39 yaşlı ata Qırmızı Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin təcili mobil qrupunun əməkdaşı idi və raket hücumunda həlak olub. Humanist, xeyriyyəçilər hədəf deyil!", - Qırmızı Xaç və Qırmızı Aypara təşkilatının Avropa bürosu bildirib.

34