Bakıda restoranların fəaliyyəti

Dünən bir, bu gün iki - Qaydalara əməl etməyən restoran kafelər aşkarlanıb

10
Mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektlərinin rəhbərləri və xidmət personalları zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb.

BAKI, 19 avqust — Sputnik. Paytaxtın Sabunçu rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran və kafelər aşkarlanıb.

Sputnik Azərbaycan Daxili İşlər Naziriyinin məlumatına görə, Sabunçu Rayon Polis İdarəsi, 13-cü və 15-ci Polis Bölmələrinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə müəyyən olunan vaxtdan kənar, Bakıxanov qəsəbəsindəki bir restoranın qapalı zallarında 30 nəfər, Zabrat qəsəbəsindəki iki kafedə isə 8 nəfər müəyyən olunub.

© AR Ministry of Internal Affairs
Saxlanılan şəxslər

Əsasən restoran və kafelərin qapalı zal və kabinetlərində sanitar-epidemioloji normalarını pozan 38 nəfər müvafiq polis idarəsinə dəvət olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə hər biri barəsində protokol tərtib olunub.

Mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektlərinin rəhbərləri və xidmət personalları zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb.

İctimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətlərin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət davam etdirilir.

10
S-400 kompleksləri, arxiv şəkli

Türkiyə S-400 zenit-raket kompleksini sınaqdan keçirdiyini təsdiqlədi

0
"Sınaqlar – satınalma proqramının bir hissəsidir və tamamilə texniki fəaliyyətdir ", – deyə rəsmi Ankara məsələyə münasibət bildirib.

BAKI, 22 oktyabr — Sputnik. Türkiyə Rusiya istehsalı S-400 zenit-raket kompleksinin Qara dəniz bölgəsindəki Sinop şəhərində sınaqdan keçirildiyini təsdiqləyib. Sputnik Azərbaycan-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Müdafiə naziri Hulusi Akar məlumat verib. Nazir bildirib ki, sınaqlar plana uyğun şəkildə həyata keçirilib.

"Müdafiə sənayesi məhsullarının alınması bağlı bütün müqavilələrə onların sınaqdan keçirilməsi də daxildir. Bunlar satınalma proqramının bir hissəsidir və tamamilə texniki fəaliyyətdir", – deyə rəsmi Ankara məsələyə münasibət bildirib.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl türk mediası Sinop şəhərində S-400 zenit-raket kompleksinin sınaqdan keçirilməsi ilə bağlı video yaymış, Türkiyə hakimiyyəti isə bu barədə rəsmi açıqlama verməsə də, beynəlxalq NAVTEX bildirişində oktyabrın 13-dən 17-nə kimi Qara dəniz bölgəsindəki Sinop şəhərində artilleriya təlimlərinin keçiriləcəyini bəyan etmişdi.

Türkiyənin ABŞ-la münasibətlərində böhrana səbəb olan Rusiya istehsalı S-400 hava müdafiə sistemlərinin tədarükü 2019-cu ilin iyul ayından başlayıb. Bundan sonra Vaşinqton ABŞ-ın "F-35" qırıcı-təyyarələrinin Türkiyəyə satışını təxirə salacağını bəyan edib. ABŞ Türkiyəni sanksiyalar tətbiq etməklə hədələyərək Rusiya ilə sazişdən imtina etməsini və bunun əvəzində Amerikadan "Patriot" sistemlərinin alınmasını istəyib. Türkiyə tərəfi isə Rusiyadan S-400 zenit-raket kompleksinin növbəti partiyasının alınması ilə bağlı danışıqları davam etdirib.

0
Kommunarkada karantin mərkəzi, arxiv şəkli

Rusiyada koronavirusdan ölənlərin sayı daha bir psixoloji göstəricisini keçdi

1
(Yenilənib 13:58 22.10.2020)
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 41,2 milyonu keçib, 1,13 mindən çox adam isə virus səbəbilə ölüb.

BAKI, 22 oktyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 15971 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 290 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1463306-ya çatıb. Rusiyada pandemiya yayılandan 25242 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1107988-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 41,2 milyonu keçib, 1,13 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

1