Zaqatalaya mənzərə

Sabahın hava proqnozu məlum oldu

9
Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti təşkil edəcək.

 

BAKI, 19 avqust — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, Abşeron yarımadasında gecə 20-23, gündüz 29-33, Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti təşkil edəcək.

20 avqustda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 15-18 dərəcə isti olacaq.

9
Bakıda tibbi maskada olan insanlar, arxiv şəkli

TƏBİB gənclərə xəbərdarlıq etdi

0
(Yenilənib 14:29 22.10.2020)
Y.Qarayeva bu məsələdə ictimai qınağın olmasını vacib bilib. O qeyd edib ki, Ordumuza dəstək olmaq istəyənlər COVID-19 mübarizəsinə qoşulsunlar.

BAKI, 22 oktyabr — Sputnik. "Xüsusən cavanlarımız maska taxmaqdan çəkinirlər, buna ciddi yanaşmırlar. Çünki əmindirlər ki, xəstəliyi yüngül keçirəcəklər".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib. Y.Qarayeva bildirib ki, cavanlar evlərindəki nənə-babanın bu xəstəliyə yoluxduğu zaman gözlənilən nəticəni düşünmürlər: "Onlar düşünmürlər ki, nənə-baba artıq bu xəstəliyi evdə yüngül müşahidə altında keçirə bilməyəcək. Bizdə evdə müalicə alan xəstələr arasında ona görə ağırlaşmalar qeydə alınmır ki, biz onların vəziyyətinə, yaşına baxırıq. Xroniki xəstəliyi olan insanı biz evdə müşahidə altında saxlamırıq. Biz onu birbaşa xəstəxanada saxlayırıq. Buna görə də gənclər bu məsələyə ciddi yanaşmalıdırlar".

Y.Qarayeva bu məsələdə ictimai qınağın olmasını vacib bilib. O qeyd edib ki, Ordumuza dəstək olmaq istəyənlər COVID-19 mübarizəsinə qoşulsunlar.

0
Milli Məclisin iclası, arxiv şəkli

Vəngin Çinarlı adlandırılması haqqında qanun layihəsi plenar iclasa tövsiyə edilib

3
(Yenilənib 14:28 22.10.2020)
Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib.

BAKI, 22 oktyabr — Sputnik. Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, aparılan müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib.

3