Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov

Kürdəmirin icra başçısı saxlanıldı

496
Xatırladaq ki, bu gün səhər saatlarında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.

BAKI, 19 avqust — Sputnik. Kürdəmirdə keçirilən əməliyyat zamanı icra başçısı da daxil olmaqla bir neçə vəzifəli şəxs saxlanılıb.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov və ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov saxlanılıblar.

Hazırda əməliyyat davam edir.

Xatırladaq ki, bu gün səhər saatlarında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.

496
Payızda yarpaq tökümü, arxiv şəkli

Sabaha hava proqnozu açıqlandı

0
(Yenilənib 13:55 22.10.2020)
Tibbi-meteoroloji proqnoza gəldikdə isə oktyabrın 23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

BAKI, 22 oktyabr — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-22, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Oktyabrın 23-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-13, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 10-14 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə oktyabrın 23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

0
İlham Əliyev, arxiv şəkli

Prezident: Erməni faşizminin belini qırmaqla bölgəmizi böyük bəladan xilas etmiş oluruq

1
(Yenilənib 13:48 22.10.2020)
Prezident İlham Əliyev Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçu qəbul edərkən Ermənistanın Azərbaycana qarşı törətdiyi terror aktlarından və müharibə cinayətlərindən danışıb.

BAKI, 22 oktyabr — Sputnik. Prezident İlham Əliyev Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçu qəbul edərkən Ermənistanın Azərbaycana qarşı törətdiyi terror aktlarından və müharibə cinayətlərindən danışıb.

Sputnik Azərbaycan xəbər verir ki, türkiyəli qonağı bu barədə məlumatlandıran Azərbaycan Prezidenti deyib: "Bilirəm ki, siz səfər çərçivəsində Gəncə şəhərinə gedəcəksiniz. Orada özünüz görəcəksiniz ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Onlar döyüş meydanında bizim qarşımızda duruş gətirə bilmirlər və çalışırlar ki, bu acı məğlubiyyətin əvəzini dinc insanlardan çıxsınlar".

Prezident vurğulayıb ki, Gəncəyə iki namərd hücum və şəhərin ballistik raketlərlə vurulması hərbi cinayətdir. Ermənistan rəhbərliyi bu cinayətə görə cavab verəcək. Bu, qəsdən törədilmiş cinayətdir. Məhz mülki əhalinin yaşadığı yerləri məqsədyönlü şəkildə atəşə tutublar. Bildiyiniz kimi, çoxlu itkilərimiz var, yaralılarımız var, o cümlədən uşaqlar, qadınlar, qocalar. Bu, bir daha erməni faşizminin yırtıcı mahiyyətini göstərir.

"Bu, bir daha göstərir ki, biz erməni faşizminin belini qırmaqla bölgəmizi böyük bəladan, böyük faciədən xilas etmiş oluruq", - deyə dövlətimizin başçısı vurğulayıb.

1