Dünya muğamımızı onlayn dinləyəcək

© AFP 2023 / ODD ANDERSENМужчина в наушниках смотрит на монитор, фото из архива
Мужчина в наушниках смотрит на монитор, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Onlayn konsertin biletləri artıq satılıb və azərbaycanlı xanəndəyə yüksək qonorar təqdim edilib. Konserti 10 mindən çox insan izləyəcək və onlara canlı konsert haqqında şərh yaza bilmək imkanı veriləcək.

BAKI, 19 avqust — Sputnik. Birinci Muğam Milli Televiziya Yarışının qalibi, əməkdar artist Qoçaq Əsgərov avqustun 22-23-də Nyu-Yorkda keçiriləcək Heart and Mind Festivalından təklif alıb.

Muğam ifaçısı, nəzərdə tutulan tarixdə 1 saatlıq onlayn konsert proqramı ilə çıxış edəcək.

O, "Şüştər", "Şur" muğam kompozisiyaları, "Sarı gəlin", "Küçələrə su səpmişəm" xalq mahnıları səsləndirəcək.

Xanəndəni tarda İbrahim Babayev, kamançada Elnur Mikayılov, nağarada əməkdar artist Kamran Kərimov, bəm nağarada Yusif Əzizov, pianoda Vasif Hüseynzadə, balabanda Rəfael Əsgərov müşayiət edəcəklər.

Xəbər lenti
0