190 manat nə vaxt veriləcək? - Rəsmi açıqlama

© Sputnik / Murad OrujovКупюра номиналом в 100 AZN, фото из архива
Купюра номиналом в  100 AZN, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Vətəndaşlar bir ay birdəfəlik ödəməni alıbsa, digər ay imtina verilibsə, bu o deməkdir ki, o, əmək müqaviləsi bağlayıb, VÖEN açdırıb.

BAKI, 19 avqust — Sputnik. "Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlar üzrə birdəfəlik ödəmə (190 manat) almaq hüququ qazanan vətəndaşların siyahısı banklara göndərilib. Yaxın günlərdə ödəmələrə başlanılacaq".

Bu məlumatı Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı bildirib. O,  bundan əvvəl bir və ya iki ay birdəfəlik ödəmə alan, lakin sonradan bundan məhrum olan vətəndaşlarla bağlı suala da aydınlıq gətirib:

"Nazirlər Kabinetinin qərarı ilə birdəfəlik ödəmə əvvəlcə aprel və may ayları üçün nəzərdə tutulmuşdu. Sonrakı ay hansı rayon karantin zonasına daxil idisə, o rayonun sakinləri ödəməni ala biliblər. Vətəndaşlar bir ay birdəfəlik ödəməni alıbsa, digər ay imtina verilibsə, bu o deməkdir ki, o, əmək müqaviləsi bağlayıb, VÖEN açdırıb. Yəni bu şəxslərə 190 manatın şamil olunmayacağı ilə bağlı səbəblər yaranıb. Çünki bu qaydalarda var ki, ödəmə yalnız hüququ çatan şəxslərə verilməlidir. Əgər 190 manatın verilməməsi ilə bağlı şikayəti olan vətəndaşlar varsa, 142 çağrı mərkəzinə zəng vura, məşğulluq mərkəzləri ilə əlaqə saxlaya və nazirliyin sosial şəbəkədəki səhifələrinə yaza bilərlər. Bu müraciətlərin hər biri əməkdaşlarımız tərəfindən cavablandırılır".

Xəbər lenti
0