Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyası

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - VİDEO

47
(Yenilənib 12:09 18.08.2020)
Tərəflər “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsinin təşkilinə dair fikir mübadiləsi aparıblar.

BAKI, 17 avqust — Sputnik. Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının “Mahaçkala” və “Astraxan” kiçik artilleriya gəmiləri, “SB-738” xilasedici yedək gəmisi avqustun 17-də Bakıya gəlib.

Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov Rusiya HDD-nın Xəzər flotiliyasının nümayəndəsi 1-ci dərəcəli kapitan Sergey Yekimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Tərəflər “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsinin təşkilinə dair fikir mübadiləsi aparıblar.

47
Teqlər:
hərbi gəmi, gəmi, Xəzər dənizi, Azərbaycan, Rusiya
Əlaqədar
Hərbi gəmimiz hədəfləri məhv etdi – VİDEO
Böyük Britaniya Fars körfəzinə daha bir hərbi gəmi göndərdi
Ukrayna Hərbi Dəniz Qüvvələri ABŞ-dan hansı gəmiləri alır
Daha bir qonşu ölkənin hərbi gəmiləri Bakıda - VİDEO
Müəllimlər, arxiv şəkli

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri elan olunub

0
(Yenilənib 18:32 23.09.2020)
Hazırkı əlavə yerləşdirmədə 1351 namizəd vakant yer tutaraq müəllimlik fəaliyyəti ilə məşğul olmaq imkanı qazanıb

BAKI, 23 sentyabr — Sputnik. 18-20 sentyabr tarixlərində keçirilən müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri açıqlanıb. Sputnik Azərbaycan-ın Təhsil Nazirliyinə istinadən məlumatına görə, yerləşdirmənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Qeyd edək ki, hazırkı əlavə yerləşdirmədə 1351 namizəd vakant yer tutaraq müəllimlik fəaliyyəti ilə məşğul olmaq imkanı qazanıb.

Vakant yer tutmuş namizədlər 25 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Bu tarixədək sənədlərini müvafiq yerli təhsili idarəetmə orqanına təqdim etməyən şəxslər tutduğu vakant yerdən imtina etmiş hesab olunacaq.

0
Əlaqədar
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə başlanılır
Müəllimlərin işə qəbulu üzrə keçid balı müəyyənləşib
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin imtahanlarına başlanacaq
KİV nümayəndələrinin

Medianı necə irəli aparmaq olar? "SputnikPro" izah edəcək

0
(Yenilənib 18:05 23.09.2020)
Vebinar zamanı Anna Starkova press relizlər yazmağın niyə lazım olmadığı və sosial şəbəkələrdə irəliləməyin niyə vacib olduğuna dair suallara cavab verəcək.

 

BAKI, 23 sentyabr — Sputnik. Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu "SputnikPro" maarifləndirmə layihəsinin onlayn sessiyalarını davam etdirir. Sentyabrın 25-də Bakı vaxtı ilə saat 14:00-da "Medianı necə irəli aparmaq olar" mövzusunda vebinar keçiriləcək. Vebinarda iştirak etmək üçün mətbuat katibləri, PR şöbələrin əməkdaşları və rəhbərləri dəvət olunur.

Vebinarda "Rossiya Seqodnya" media qrupunun mətbuat xidmətinin rəhbəri Anna Starkova çıxış edəcək.

Digər işlərlə yanaşı, Anna agentliyin korporativ kommunikasiyalarını, həmçinin "Telegram"da "Zubovski, 4" kanalını idarə edir. https://t.me/zubovskiy4

O, beynəlxalq kommunikasiyalarda, PR və jurnalistikada 15 ildən artıq iş təcrübəsinə malikdir. Anna bundan əvvəl "Valday Klubu"nun direktorunun müşaviri və "Strateji Təşəbbüslər Agentliyi" şirkətində beynəlxalq layihələrin rəhbəri olub.

Vebinar zamanı Anna Starkova press relizlər yazmağın niyə lazım olmadığı və sosial şəbəkələrdə irəliləməyin niyə vacib olduğuna dair suallara cavab verəcək.

Onlayn sessiyada iştirak etmək istəyən media işçiləri Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin mətbuat katibinin elektron ünvanına (gulzar.mustafaeva@sputniknews.com) müraciət göndərə və ya https://docs.google.com/forms/d/e/1FAIpQLSeHLkaXWy9_CNethlScfykcMclfzRfjoMLjLg-dhRsl8Hxfrw/viewform ünvanında qeydiyyatdan keçə bilərlər.

"SputnikPro" martın ortalarında onlayn mövsümünü açıb. Sessiyalarda koronavirus pandemiyası şəraitində işin xüsusiyyətləri, veb-analitika vasitələri və müəllif hüquqları müzakirə edilir, dar mövzularda məlumatları necə yoxlamaq, özünü və istifadəçini necə çaşdırmamaq, xəbər resurslarına trafiki necə artırmaq öyrədilir. İştirakçılar bir-birinə mesaj göndərə və fikirlərini real vaxt rejimində bölüşə bilərlər.

Unikal ustad dərslərindən ibarət "SputnikPro" Rusiyanın ən yaxşı mediamenecerlərinin və kütləvi informasiya vasitələrində böyük təcrübəsi olan aparıcı mütəxəssislərin təqdim etdiyi böyükmiqyaslı yeganə Rusiya layihəsidir.

Bu layihə artıq dünyanın 13 ölkəsində həyata keçirilib. 2018-ci ilin martından etibarən layihədə iki mindən çox jurnalist və mediamenecer, PR mütəxəssislər və mətbuat xidmətlərinin əməkdaşları, blogerlər və bu istiqamətdə təhsil alan tələbələr iştirak edib. Layihə ilə bağlı son yenilikləri "Facebook" səhifəsində izləyə bilərsiniz (https://www.facebook.com/SputnikProject/).

0
Əlaqədar
Məqalənin qəhrəmanını necə tapmalı? SputnikPro vebinarının spikeri bu suala cavab verib
SputnikPro peşəkar bacarığın sirlərini açıqlayacaq
Dünya pandemiyadan sonra – SputnikPro-nun növbəti vebinarı
"Radioda ola biləcək ən canlı şey" – SputnikPro-nun növbəti vebinarı keçirildi
Xəbər saytlarını necə oxutmaq olar?! - "SputnikPro" bunu izah edib