Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

Putinlə Ərdoğan Suriya Liviyanı müzakirə ediblər

9
(Yenilənib 17:23 17.08.2020)
Söhbət zamanı prezidentlər digər aktual beynəlxalq məsələlərə, xüsusən də Yaxın Şərq məsələsinə toxunublar.

BAKI, 17 avqust — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı keçirib.

Sputnik Azərbaycan Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, prezidentlər Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər.

"Əsas diqqət Liviya böhranına yönəlib. Berlin konfransının qərarlarına və BMT Təhlükəsizlik Şurasının 2510-cu qətnaməsinə uyğun olaraq qarşıdurma tərəflərinin davamlı atəşkəs və birbaşa danışıqlara başlamaq üçün real addımlarının vacibliyi bir daha vurğulanıb", - məlumatda bildirilir.

Bundan əlavə Suriyadakı vəziyyət müzakirə edilib. Prezidentlər İdlib deeskalasiya zonası ilə bağlı Rusiya-Türkiyə razılaşmalarına, ilk növbədə martın 5-də Moskvada qəbul edilmiş 2018-ci il Soçi Memorandumuna Əlavə Protokola əməl edilməsi üçün koordinasiyanı davam etdirmək barədə razılığa gəliblər.

Söhbət zamanı prezidentlər digər aktual beynəlxalq məsələlərə, xüsusən də Yaxın Şərq məsələsinə toxunublar.

9

Azərbaycan HHM bölmələri Ermənistan PUA-sını məhv edib

23
(Yenilənib 01:38 21.09.2020)
Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

BAKI, 21 sentyabr — Sputnik. Sentyabrın 20-si saat 23:13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı AR Müdafiə Nazirliyi yayıb.

Hazırda məhv edilmiş PUA-nın qalıqlarının aşkar olunması istiqamətində axtarış aparılır.

23
Əlaqədar
Ermənistanın daha bir PUA-sı məhv edildi
Ermənistana məxsus daha bir PUA məhv edilib
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
Ermənistana məxsus iki ədəd taktiki PUA məhv edilib
Türkiyədə zəlzələ nəticəsində dağılan bina, arxiv şəkli

Türkiyədə təbii fəlakət baş verib

18
(Yenilənib 00:28 21.09.2020)
Niğde Valisi Yılmaz Şimşək zəlzələ bölgəsindəki vəziyyətlə bağlı deyib: "İndiyə qədər bizə çatan məlumatlara görə, tələfat və maddi itki qeydə alınmayıb".

BAKI, 20 sentyabr — Sputnik. Türkiyənin Niğde vilayətində Rixter cədvəli üzrə 5,1 bal gücündə zəlzələ baş verib.

Sputnik Türkiyə xəbər verir ki, məlumatı Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Bildirilir ki, episentri Bor rayonunda 6,97 kilometr dərinlikdə olan yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 22:08-də qeydə alınıb. Yeraltı təkanlar ətraf bölgələrdə də hiss olunub.

Niğde Valisi Yılmaz Şimşək zəlzələ bölgəsindəki vəziyyətlə bağlı deyib: "İndiyə qədər bizə çatan məlumatlara görə, tələfat və maddi itki qeydə alınmayıb".

Hələlik zəlzələnin fəsadları barədə dəqiq məlumat yoxdur.

18
Teqlər:
Niğde vilayəti, zəlzələ, Türkiyə
Əlaqədar
Türkiyədə zəlzələ qurbanlarının sayı artmaqdadır
Türkiyədə daha bir zəlzələ: gücü çaşdırdı
Türkiyədə güclü zəlzələ: evlər uçdu, yaralılar var – VİDEO
Türkiyədə zəlzələ oldu
Türkiyədə güclü zəlzələ olub