İmtahan

Liseylərə qəbulla bağlı yeni xəbər

8
(Yenilənib 11:49 18.08.2020)
Elektron sistemi vasitəsilə liseylərin V sinfinə qəbul üçün 573 müraciət daxil olub. Müsabiqənin 25 avqust tarixində təşkil olunması nəzərdə tutulur.

BAKI, 17 avqust — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki liseylərin V siniflərinə qəbul üçün elektron qeydiyyat davam edir. Sputnik Azərbaycan-a İdarədən verilən məlumata görə, avqustun 17-nə olan məlumata əsasən, www.sy.edu.az elektron sistemi vasitəsilə liseylərin V sinfinə qəbul üçün 573 müraciət daxil olub.

Onlardan 231-i Texniki-Humanitar Liseyə, 71-i 2 nömrəli Texniki-Humanitar Liseyə, 126-sı 147 nömrəli Texniki-Humanitar Liseyə, 145-i isə 291 nömrəli Ekologiya Liseyinə qəbul üçün elektron qeydiyyatdan keçib. Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinin V siniflərinə qəbul olunmaq istəyən şagirdlərin valideynləri (və ya qanuni nümayəndələr) www.sy.edu.az elektron sisteminə daxil olaraq müvafiq bölmədə özü və övladı haqqında tələb olunan məlumatları qeyd etməli, şəxsi səhifə yaratmalı və istədiyi liseyə sorğu yerləşdirməlidir. Elektron qeydiyyat 20 avqust tarixində başa çatacaq.

Qeyd edək ki, qeydiyyatdan keçirilmiş şagirdlər müvafiq liseylərə qəbul olunmaq üçün müsabiqədə iştirak edəcəklər. BŞTİ tərəfindən mərkəzləşdirilmiş qaydada təşkil olunacaq müsabiqədə şagirdlər ana dili, riyaziyyat və məntiqə aid test tapşırıqlarını yerinə yetirəcəklər. Müsabiqənin 25 avqust tarixində təşkil olunması nəzərdə tutulur.

 

8
Teqlər:
qəbul, ana dili, BŞTİ, məntiq, riyaziyyat, test, lisey, Bakı Şəhəri üzrə Təhsil İdarəsi
DYP avtomobili

Lənkəranda piyada vurulması ilə nəticələnən qəza hadisəsi baş verib

9
(Yenilənib 16:01 19.09.2020)
Bu gün baş verən dəhşətli avtomobil qəzası Lənkəranın uzunömürlülərindən birinin həlak olması ilə nəticələnib.

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 19 sentyabr — Sputnik. Lənkəran- Boradigah avtomobil yolunun Lənkəran rayonunun Viravul kəndi ərazisindən keçən hissəsində insident baş verib.

Belə ki, Lənkəran rayonu Separadi kənd sakini 1987-ci il təvəllüdlü Hünər Ərəstun oğlu Rzayev idarə etdiyi 42-BR-872 Dövlət qeydiyyat nömrə nişanlı "VAZ-2104" markalı minik avtomobili ilə yolu keçmək istəyərkən 1930-cu il təvəllədlü Fərman Feyzi oglu Qurbanovu vurub. Ağır bədən xəsarətləri alan F.Qurbanovu hadisəni törədən H.Rzayev avtomobili ilə dərhal Lənkəran Mərkəzi Xəstəxanasına çatdırıb.

  • Qəza törətmiş avtomobili
    © Sputnik / Rahim Murad
  • Qəza törətmiş avtomobili
    © Sputnik / Rahim Murad
  • DYP avtomobili
    © Sputnik / Rahim Murad
1 / 3
© Sputnik / Rahim Murad
Qəza törətmiş avtomobili

Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən F.Qurbanobun həyatını xilas etmək mümkün olmayıb. Qəza hadisəsi araşdırılır.

9
Kino lenti, arxiv şəkli

Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş həmyerlimiz haqqında film çəkilib

5
Ssenari müəllifi Mikayıl Mikayılova məxsus filmin üzərində hazırlıq işləri 15 gün davam edib. Əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılovla bağlı filmin çəkilişlərində müxtəlif tarixi sənədlərdən istifadə olunub.

BAKI, 19 sentyabr — Sputnik. Gənclər və İdman Nazirliyi açıq havada gənclərin iştirakı ilə tarixi rekonstruksiya formatında "Xarqo" adlı qısametrajlı film hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, film Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi zamanı antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyi münasibətilə ərsəyə gətirilib.

Çəkiliş Ə.Cəbrayılovun yubileyinin geniş qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncamı rəhbər tutaraq həyata keçirilib.

Məqsəd gənclər arasında vətənpərvərlik hisslərinin yüksəldilməsi, Azərbaycan xalqının hərb və döyüş tarixinin gənclərə əyani çatdırılmasıdır. Filmdə 15 gənc və tanınmış kino aktyoru iştirak edib. Çəkilişlər altı gün ərzində Şəki rayonu, qəhrəmanın doğulduğu Oxud kəndi və Bakının müxtəlif məkanlarında aparılıb.

Ssenari müəllifi Mikayıl Mikayılova məxsus filmin üzərində hazırlıq işləri 15 gün davam edib. Əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılovla bağlı filmin çəkilişlərində müxtəlif tarixi sənədlərdən istifadə olunub.

Filmin rejissoru Mikayıl Mikayılov, rəssamı Mustafa Mustafayevdir. Rolları əməkdar artistlər Sona Mikayılova, Rasim Cəfər, aktyorlar Faiq Mirzəyev, Əli Əlizadə,Yaroslav Trifonov, Anar Mikayilov, Rumiyyə Ağayeva, Müşviq Mirzə, Araz Pirimov və digərləri canlandırıblar.

5