Məktəbli, arxiv şəkli

Təhsil eksperti: Ənənəvi təhsilə davam edilməsinin tərəfdarıyam

55
(Yenilənib 11:23 18.08.2020)
"Müəllimlər isə, ənənəvi olaraq, bu gün həyatda özlərini necə qoruyursa, elə də qoruyaraq işə davam edə bilər" - deyə ekspert vurğulayıb.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 17 avqust — Sputnik. "Ənənəvi təhsilin davam etməyəcəyi təqdirdə təhsilin siniflərarası uçurumu daha da dərinləşdirəcəyini düşündüyüm üçün ənənəvi təhsilin davam etməsinin tərəfdarıyam. Çünki mən ənənəvi təhsilin başlamamasına, distant təhsilin davam etməsinə heç bir əsas görmürəm".

Bu barədə təhsil eksperti Qoşqar Məhərrəmov Sputnik Azərbaycan-a açıqlamasında bildirib. O, əlavə edib ki, Təhsil İnstitutunun təkliflərinə nəzər salanda ənənəvi təhsilin davam edəcəyi real görünmür.

"Şagirdlərin daşıyıcı ola bilmədiyi, xəstələnəndə belə yüngül keçirdiyi halda şagirlərin hamısını təhsildən uzaq tutmaq, evlərə qapamaq düzgün hesab edilmir" - deyən ekspert vurğulayır ki, dərslər başlamalıdır.

Çünki mövcud şəraitdə uşaqların təhsildən bu qədər uzaq qalması qəbul edilən hal deyil.

Uşaqların təhlükəsi olmadığı üçün təhsildən uzaq qalmamalıdırlar.

"Müəllimlər isə, ənənəvi olaraq, bu gün həyatda özlərini necə qoruyursa, elə də qoruyaraq işə davam edə bilər" - deyə ekspert vurğulayıb.

55
Teqlər:
Təhsil İnstitutu, Qoşqar Məhərrəmov, uçurum, distant, uşaqlar, təhsil
Здание Национальной Академии Наук Азербайджана в Баку

AMEA İnstitut direktoruna nöqsanları aradan qaldırmaq üçün şans verib

0
Rəyasət Heyətinin iclasında AMEA-nın Radiasiya Problemləri İnstitutunda keçirilmiş yoxlamanın nəticələri açıqlanıb.

BAKI, 22 yanvar - Sputnik. Yanvarın 22-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilib.

AMEA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, iclasın gündəliyinə çıxarılan ilk məsələ - AMEA-nın Radiasiya Problemləri İnstitutunda keçirilmiş yoxlamanın nəticələri ilə bağlı çıxış edən AMEA-nın Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev bildirib ki, Komissiya tərəfindən adıçəkilən institutda 2018-2020-ci illər üzrə kadr, kargüzarlıq, maliyyə, əmək və icra intizamı, habelə elmi cihaz və avadanlıqların mövcud vəziyyətinin öyrənilməsi məqsədilə 2021-ci ilin 7-12 yanvar tarixlərində yoxlama aparılıb.

O, yoxlama zamanı bir sıra nöqsan və çatışmazlıqların aşkarlandığını söyləyib.

Diqqətə çatdırıb ki, Komissiya tərəfindən tərtib edilmiş yoxlama arayışı ətrafında müəssisənin rəhbərliyi və aidiyyəti şöbə müdirləri ilə müzakirələr aparılıb. 

Qeyd edilənləri nəzərə alaraq, Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və ümumi işlər üzrə direktor müavini Hökmən Mahmudov işlərində yol verdikləri ciddi nöqsanlara görə vəzifələrindən azad ediliblər. 

O.Səmədovun Radiasiya Problemləri İnstitutunda rəhbərlik etdiyi laboratoriyada elmi fəaliyyətini davam etdirməsi qərara alınıb. Həmçinin, müəssisənin bir sıra əməkdaşları barəsində əmək intizamı tədbirləri görülüb. İnstitutun direktoru vəzifəsinin icrası isə müvəqqəti olaraq akademik Adil Qəribova həvalə edilib.

Tədbirdə müzakirə edilən növbəti məsələ AMEA-nın Biofizika İnstitutunda keçirilmiş yoxlamanın nəticələri haqqında olub. Yoxlamanın nəticələrini təqdim edən hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev diqqətə çatdırıb ki, Biofizika İnstitutunda 2018-2020-ci illər üzrə kadr, kargüzarlıq, maliyyə, əmək və icra intizamı, habelə elmi cihaz və avadanlıqların mövcud vəziyyətinin öyrənilməsi məqsədilə 2021-ci ilin 15 və 18 yanvar tarixlərində yoxlama aparılıb.  Yoxlama zamanı müəssisənin kadr və kargüzarlıq fəaliyyətində kiçik nöqsanlar aşkarlanıb. 

2016-cı ildə yaradılan bu institutun fəaliyyətində heç bir maliyyə pozuntusunun olmadığını deyən Rasim Ağasiyev sənədlərin qanunvericiliyin tələblərinə uyğun, düzgün tərtib edilməsi üçün müəssisə əməkdaşlarına qısa müddətli seminar təşkil olunduğunu bildirib.  

Rəyasət Heyəti tərəfindən müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımova qeyd olunan nöqsanların aradan qaldırılması tapşırılıb.

Rəyasət Heyətinin müzakirəsinə çıxarılan növbəti məsələlər akademiyanın Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi, dövlət büdcəsindən AMEA-ya ayrılan maliyyə vəsaitindən effektiv və səmərəli istifadə olunması və düzgün maliyyələşdirmə mexanizmlərinin tətbiqi özündə əks etdirən AMEA-nın 2021-ci il üçün dövlət büdcəsi ilə əlaqədar olub.

0
 Yenikənd–Poylu–Salahlı–Qarabağlı–Kəsəmən avtomobil yolu

Yeddi yaşayış məntəqəsini birləşdirən yol

1
(Yenilənib 20:41 22.01.2021)
Gürcüstan ilə dövlət sərhədinə yaxın ərazidə yerləşən yaşayış məntəqələrini əhatə edən yolların yenidən qurulması 5 min nəfər əhalinin gediş-gəlişini rahatlaşdırıb.

BAKI, 22 yanvar — Sputnik. Yeddi yaşayış məntəqəsini birləşdirən Yenikənd–Poylu–Salahlı–Qarabağlı–Kəsəmən avtomobil yolunun Samux rayonunda uzunluğu 39.5 km olan yerli əhəmiyyətli avtomobil yolunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulması yekunlaşıb.

Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu, 28.1 km uzunluğa malik Yenikənd-Poylu avtomobil yolu və bu yoldan ayrılan Kəsəmən, Qarabağlı və Salahlı kəndlərinin giriş yollarıdır. Kəsəmən yolunun uzunluğu 4.6 km, Qarabağlı yolunun uzunluğu 2.8 km, Salahlı yolunun uzunluğu isə 4 km təşkil edir. Yenikənd-Poylu avtomobil yolu boyunca müxtəlif diametrli 32 yeni suötürücü dəmir-beton boruların və başlıqlarının dəmir-betonla tikilməsi və izolyasiyası, həmçinin 6 yerdə düzbucaqlı su keçidlərinin inşası, zəruri olan yerlərdə avtoqreyderlə küvetlərin açılması işləri aparılıb.

Analoji işlər Kəsəmən, Qarabağlı və Salahlı kəndlərinin giriş yollarında da aparılıb. Gürcüstan ilə dövlət sərhədinə yaxın ərazidə yerləşən yaşayış məntəqələrini əhatə edən yolların yenidən qurulması 5 min nəfər əhalinin gediş-gəlişini rahatlaşdırıb. https://www.facebook.com/avtomobilyollari/photos/pcb.1501943619998904/1501943219998944/

1