Instagram logo, arxiv şəkli

Prokurorluq "Instagram"da sualları cavablandıracaq

10
(Yenilənib 12:40 17.08.2020)
İlk olaraq sual-cavab sessiyası yazılan suallar əsasında aparılacaq. Gələcəkdə isə canlı praktikanın nəticəsindən aslı olaraq tətbiq ediləcək.

 

BAKI, 17 avqust — Sputnik. Avqustun 21-də Baş Prokurorluğun Insragram sosial şəbəkəsindəki səhifəsində saa 9.00-dan 15.00-dək sual-cavab sessisyası keçiriləcək.

Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluğun mətbuat xidməytindən məlumat verilib.

Bildirilib ki, hər bir kəs prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı maraqlandığı mövzuda mövcud sualları ilə müraciət edə bilərlər.

Qeyd edək ki, suallar prokurorluq əməkdşaları tərəfindən cavablandırlacaq. İlk olaraq sual-cavab sessiyası yazılan suallar əsasında aparılacaq. Gələcəkdə isə canlı praktikanın nəticəsindən aslı olaraq tətbiq ediləcək.

10
Arşın mal alan - talış dilində

"Arşın mal alan" daha bir ölkədə nümayiş olunacaq

1
Səhnə əsərinin rejissoru Azərbaycan Dövlət Akademik Opera va Balet Teatrının baş rejissoru Hafiz Quliyev, rəssamı Tomiana Tomova Naçevadır.

BAKI, 19 sentyabr — Sputnik. Premyeranın keçirilməsi cari ilin oktyabr ayına planlaşdırılır

Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycanın Bolqarıstandakı Səfirliyinin təşkilatçılığı ilə Bolqarıstanın zəngin tarixə malik olan Kırcali şəhərində "Kadriye Latifova" Musiqili Teatrında dahi bəstəkarın "Arşın mal alan" musiqili komediyası tamaşaya hazırlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, səhnə əsərinin rejissoru Azərbaycan Dövlət Akademik Opera va Balet Teatrının baş rejissoru Hafiz Quliyev, rəssamı Tomiana Tomova Naçevadır.

Premyeranın keçirilməsi cari ilin oktyabr ayına planlaşdırılır.

1
Restoran, arxiv şəkli

Bu yerlərdə karantin şərtləri kobud şəkildə pozuldu

6
(Yenilənib 12:14 19.09.2020)
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

BAKI, 19 sentyabr — Sputnik. İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə monitorinqləri davam etdirir. Bu barədə Sputnik Azərbaycan-a nazirlikdən məlumat daxil olub.

Məlumatda həmçinin deyilir ki, son monitorinq zamanı Bakının Binəqədi rayonunda "Bəyaz gecələr kafesi"ndə, "Lider RA" MMC-yə məxsus "Selofan paket istehsalı obyekti"ndə, Rövşən Rzayevə, Miriş Miriyevə məxsus mağazalarda, Xəzər rayonunda "Qastronom market"də, "Həsən şirniyyat evi"ndə, "Qlobus dəftərxana", "Atlas hovuz inşaat" mağazalarında, Sabunçu rayonunda "İstanbul lahmacun"da, İradə Bədəlovaya məxsus şirniyyat mağazasında, Suraxanı rayonunda "Günəşli kafe"də, Rəhman Qurbanova məxsus kafedə, Yasamal rayonunda "Şah market"də, "Buzov dönər"də, "Nanə restoran"da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Bundan başqa, paytaxtın Qaradağ rayonunda "Qardaşlar kafe"də, Eldar Heydərova, Gülsüm Nəbiyevaya məxsus ərzaq mağazalarında, Nərimanov rayonunda "Yaz geyim", "Armada elektrik" mağazalarında, "Gilyançay", "Pivbar", "Şah ət" iaşə obyektlərində, Nizami rayonunda "Rahat market"də, "Sirab market"də, "İstanbul lahmacun restoran"da, Xətai rayonunda Südabə Zamanovaya, Toğrul Səlimzadəyə, İlyas Quliyevə, Mahir Abbaslıya məxsus pərakəndə ticarət obyektlərində, Səbail rayonunda "Firuzə qızıl mağazası"nda, "Hit woman" mağazasında, "Sunset kafe"də, "Palma kafe"də, "Coffee station" iaşə obyektində, "Meh kafe"də, "Dəli Kür kafesi"ndə, "Uğur kafesi"ndə, "Dəniz restoranı"nda, Nəsimi rayonunda "Kafe Praqa"da, "Saraclı kafe"də, Sumqayıt şəhərində "Zirvə restoranı"nda, "Gəmiqaya restoranı"nda, "Tamet istehsalı sexi"ndə, Abşeron rayonunda "Babək kafesi"ndə, "A klub restoranı"nda, ümumilikdə, 128 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu üzə çıxıb.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

6