Əmizlik, pul və oyuncaq, arxiv şəkli

Uşaqpulu ilə bağlı mühüm qərar veriləcək - Az qaldı

1397
(Yenilənib 13:03 17.08.2020)
Əhmədov uşaqpulunun verilməsində yaş məsələsinin müzakirə olunduğunu bildirib. O, deyib ki, bəzi təklilərdə uşaq pulunun əvvəlcə 7-8 yaşadək, sonra 17-18 yaşınadək verilməsi müzakirə olunur.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 17 avqust — Sputnik. Azərbaycanda uşaqpulunun verilməsi ilə bağlı müzakirələr reallaşa bilər. Bu məlumatı  Sputnik Azərbaycan-a açıqlamasında Millin Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov söyləyib. O, bildirib ki, hazırda bu məsələ Milli Məclisdə müzakirə mərhələsindədir: "Belə bir fikir var ki, ünvanlı dövlət sosial yardımı və digər yardımlar verilir. Ona görə də, uşaqpulu verilməsə də olar. Amma elə müavinətlər var ki onları verməmək də olar. Uşaqpulu isə mütləq verilməlidir. Çünki, ünvanlı dövlət sosial yardımı bütün ehtiyacı olan ailələri əhatə etmir. Bununla bağlı müəyyən çatışmazlıqlar var. Ünvanlı sosial yardımın verilməsi ilə bağlı insanlardan çoxlu şikayətlər daxil olur".

Deputat deyib ki, artıq uşaqpulunun verilməsi ilə bağlı Milli Məclisdə komissiya yaradılılb: "Biz həmişə bu məsələni gündəmdə saxlamışıq. Çalışacağıq ki, uşaqpulu ilə bağlı müzakirələr müsbət həllini tapsın. Amma bu təkcə bizimlə bağlı  olan məsələ də deyil. Uşaqpulu məsələsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də hesablamalar aparır. Onlar aztəminatlı ailələrdə uşaqlara verilən yardımları əsas gətirirlər. Ünvanllı yardımın verilməsi yaxşıdır. Amma nəzərə almaq lazımdır ki, ünvanlı yardım birinə düşür, birinə düşmür. Biz rayonlarda qəbulda olanda da bunu görürük ki, ünvanlı yardımı ala bilməyən, amma ehtiyacı olan nə qədər ailələr var".

V. Əhmədov uşaqpulunun verilməsində yaş məsələsinin müzakirə olunduğunu bildirib. O, deyib ki, bəzi təklilərdə uşaq pulunun əvvəlcə 7-8 yaşadək, sonra 17-18 yaşınadək verilməsi müzakirə olunur: "Bu dövlətin büdcəsindən, imkanından asılı olan məsələdir" - deyə deputat əlavə edib.

1397
BakuBus avtobusu

"BakuBus" avtobusu qəzaya uğradı - VİDEO

7
(Yenilənib 11:52 24.09.2020)
Qəza Neftçilər prospekti, "Park bulvar"ın qarşısında baş verib. “BakuBus” şirkətinə məxsus 18 metrlik sərnişin avtobusu yol kənarındakı maneəyə çırpılıb

BAKI, 24 sentyabr — Sputnik. “BakuBus” avtobusu qəzaya uğrayıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə baku.ws məlumat yayıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от BAKU.WS News Agency © (@baku.ws_official)

Bildirilir ki, qəza Neftçilər prospekti, "Park bulvar"ın qarşısında baş verib. “BakuBus” şirkətinə məxsus 18 metrlik sərnişin avtobusu yol kənarındakı maneəyə çırpılıb. 

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu gün səhər 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində heç kim xəsarət almayıb.

7
Teqlər:
BakuBus, avtobus, qəza
Marixuana nümunələri, arxiv şəkli

Yaşıl əkdi, qara barmaqlıq çıxdı: "aqronom"u başında yaxaladılar

3
(Yenilənib 11:32 24.09.2020)
Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Niyazi Məhərrəmov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub

BAKI, 24 sentyabr — Sputnik. Narkotik tərkibli bitkilərin aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan şəxslərə qarşı Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, bölməyə rayonun Qobustan kəndi ərazisində Niyazi Məhərrəmovun yaşadığı evin həyətində istixanada narkotik tərkibli çətənə kollarını əkdiyi barədə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal nəzarətə götürülüb. Həyata keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Niyazi Məhərrəmov iş başındaca, yəni çətənə kollarına qulluq edən zaman saxlanılıb. Onun çətənə kollarını əkdiyi istixanaya baxış zamanı ümumi çəkisi 14 kiloqram olan 18 ədəd narkotik tərkibli çətənə bitkisi və həyətdə yerləşən yarımtikilidən 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Niyazi Məhərrəmov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. İstintaq tədbirləri davam etdirilir.

3
Teqlər:
Qobustan, çətənə, narkotik
Əlaqədar
İran-Azərbaycan sərhədində atışma - Ölən var
İndiyədək yalnız "Saqqal Ramiz" var idi, indi "Çopur Ramiz" də oldu
Balakəndə "kriminal qiraət" beş ay çəkdi: "baron" arvadıyla hücuma keçibmiş
Azərbaycanın dövlət sərhədini pozan iki nəfər saxlanılıb
Azərbaycanda narkotiklərlə mübarizə