Quş yer planetinin heykəllin üstündə üçan zaman, arxiv şəkli

Atmosferə tullantı atan idarənin məsul şəxsi cəzalandırılıb

15
(Yenilənib 11:59 18.08.2020)
Təmizləyici qurğunun quraşdırılması üçün müvafiq idarəyə icrası məcburi olan "məcburi göstəriş" verilib".

BAKI, 17 avqust — Sputnik. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xızı rayonu Giləzi qəsəbəsində fəaliyyət göstərən 1 saylı Yol İstismarı İdarəsinə məxsus asfalt-beton qurğusundan atmosferə normadan artıq tullantı atıldığı aşkar edilib.

Bu barədə Sputnik Azərbaycan-a məlumat verən xidmətin rəis müavini Ramal Bağırov bildirib ki, faktla bağlı idarənin məsul şəxsi Hidayət Rzayev barəsində protokol tərtib edilib və o, 2500 manat məbləğində cərimə olunub.

Təmizləyici qurğunun quraşdırılması üçün idarəyə icrası məcburi olan "məcburi göstəriş" verilib.

15
Teqlər:
Hidayət Rzayev, 1 saylı Yol İstismarı İdarəsi, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, cərimə, protokol, tullantı, Giləzi qəsəbəsi, Xızı rayonu
Əlaqədar
Ekspert: “Vətəndaşlar ekologiyanı çirkləndirən obyektləri boykot etməlidirlər”
Ekologiya düşməni olan sahibkar cəzasını aldı
Atmosfer havasındakı toz azalacaqmı?
Ekologiyanın düşməni cəzalandırılıb

Müxalifətdən Paşinyana ultimatum: "Getməsən..."

8
(Yenilənib 18:40 05.12.2020)
Şənbə günü on minlərlə etirazçı Yerevanın mərkəzinə toplaşaraq baş nazirin istefasını tələb edib. Mitinqdən sonra etirazçılar Paşinyanın hökumət malikanəsinə yönəliblər

BAKI, 5 dekabr - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyanın malikanəsinin qarşısına toplaşan etirazçılar onun gələn çərşənbə axşamınadək istefa verməsini tələb ediblər. 

Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən məlumat verir.

"Çərşənbə axşamı saat 12:00-dək istefa verməsinə görə Paşinyana vaxt veririk. Əgər o bunu etməsə, bütün ölkədə itaətsizlik aksiyaları başlanacaq. Əgər o, çərşənbə axşamınadək getməsə, biz özümüz onu çıxaracağıq", - müxalif "Daşnaksütun" partiyasının nümayəndəsi İşxan Saqatelyan deyib.

Qeyd edək ki, şənbə günü on minlərlə etirazçı Yerevanın mərkəzinə toplaşaraq baş nazirin istefasını tələb edib. Mitinqdən sonra etirazçılar Paşinyanın hökumət malikanəsinə yönəliblər. Hazırda etiraz aksiyası bitmiş elan edib.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb, kəndlərin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüb.

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) isə Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

8
Teqlər:
istefa, Nikol Paşinyan, mitinq, etiraz aksiyası, Yerevan, Ermənistan
UNO, arxiv şəkli

Uçan naməlum obyektin fotosu yayıldı

6
(Yenilənib 17:58 05.12.2020)
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) uçan naməlum obyekt hesabatı mətbuata sızdırılıb. Fotoşəkildə Atlantik Okeanından 35.000 fut yüksəklikdə üçbucaq şəklində bir cisim görülür

BAKI, 5 dekabr — Sputnik. ABŞ qırıcı təyyarəsinin pilotu tərəfindən çəkilən uçan naməlum obyektin (UNO) fotosu yayılıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu günlərdə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) uçan naməlum obyekt haqda hesabatı mətbuata sızdırılıb. Belə ki, 2018-ci ildə bir ABŞ qırıcı təyyarəsinin pilotu tərəfindən çəkilən uçan naməlum obyektin fotosu mediada dərc olunub.

Fotoşəkildə Atlantik Okeanından 35.000 fut yüksəklikdə üçbucaq şəklində bir cisim görülür.

Pentaqon hesabatlarında fotoşəkli çəkən pilotun verdiyi ifadəyə görə, naməlum obyektin yüksək sürətlə hərəkət etdiyi və ona görə də təqibinin mümkün olmadığı deyilib. Onun sözlərinə görə, bu cisim anidən gözdən itib.

Ancaq Pentaqon mətbuatda səsləndirilən iddialarla bağlı rəsmi bir açıqlama verməyib.

Qeyd edək ki, bundan öncə Pentaqon UNO görüntülərini araşdırmaq üçün yeni bir müşahidə qurumu yaradıb, 6 ayda bir UNO araşdırmalarını və əldə edilən məlumatları ictimaiyyətlə paylaşacaqlarını bildirib. 

Xatırladaq ki, bu ilin aprel ayında Pentaqon əvvəllər gizli sənədlər olaraq xarakterizə etdiyi UFO görüntülərini gözlənilmədən ictimaiyyətə açıqlamış və bu, ABŞ-da gündəm olmuşdu.

6
Teqlər:
media, foto, Pentaqon, UNO