Toyuq əti, arxiv şəkli

Braziliyadan göndərilən dondurulmuş toyuqlarda koronavirus aşkarlandı

443
(Yenilənib 08:14 16.08.2020)
Ümumdünya Səhiyyə Təşkilatı və ABŞ Xəstəliklərə Nəzarət və Mübarizə Mərkəzi dəfələrlə koronavirusun qida və qida bağlamalarından insanlara keçə bilmə ehtimalının az olduğunu açıqlayıb.

BAKI, 16 avqust — Sputnik. Çinin Braziliyadan idxal etdiyi dondurulmuş qidalarda koronavirus aşkarlanıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, gətirilən toyuq qanadlarından test üçün götürülən nümunələrdə koronavirus aşkarlanıb. Koronavirus aşkar edilən marka haqqında isə məlumat verilməyib.

Şenjen əyaləti səhiyyə rəsmilərinin məlumatına görə, virus aşkarlanan məhsullarla təmasda olan şəxslərin testləri neqativ çıxıb.

Bütün məhsullar testdən keçirilib və həmin markanın bütün məhsulları nəzarətə götürlüb.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı və ABŞ Xəstəliklərə Nəzarət və Mübarizə Mərkəzi dəfələrlə koronavirusun qida və qida bağlamalarından insanlara keçə bilmə ehtimalının az olduğunu açıqlayıb.

Çində isə bu günə qədər 7 bölgədən idxal edilən qida məhsullarının qablaşdırılmasında koronavirus aşkarlanıb.

443
Teqlər:
test, Ümumdünya Səhiyyə Təşkilatı, Braziliya, Çin, idxal, toyuq, Koronavirus
“Pray For Ganja” mahnısından səhnə

"Pray for Ganja" klipi təqdim edildi - VİDEO

3
Layihə Gəncə, Bərdə, Xocalı, həmçinin Qarabağda şəhid olan bütün günahsız həmvətənlərimizin ruhuna ithaf olunur. Təsadüfi deyil ki, mahnı və klipin təqdimatı "Xocalı soyqırımı"nın 29-cu ildönümü ərəfəsində baş tutub

BAKI, 26 fevral — Sputnik. Səhnə adı Sivva olan bəstəkar-müğənni Sevinc Ağasıyeva yeni layihəsini təqdim edib.

Layihənin rəhbəri Ruslan Zeynalovun Sputnik Azərbaycan-a verdiyi xəbərə görə, klip Gəncə, Bərdə, Xocalı, həmçinin Qarabağda şəhid olan bütün günahsız həmvətənlərimizin ruhuna ithaf olunur:

"Təsadüfi deyil ki, mahnı və klipin təqdimatı "Xocalı soyqırımı"nın 29-cu ildönümü ərəfəsində baş tutub. İngilis dilində olan mahnının bəstəkarı Sivva, sözlərin müəllifi isə Ruslan Karslıdır. Aranjiman Samir Şirinova aiddir. Balabanda Xalq artisti Əlixan Səmədov, kamançada isə Əməkdar artist Elnur Əhmədov ifa edib. Xanım ifaçının duet ortağı "Uşaq Avroviziya mahnı müsabiqəsi"nin iştirakçısı, prezident təqaüdçüsü Fidan Hüseynovadır. Layihə üzərində 4 ay çalışmışıq. Klipdə 2020-ci ilin oktyabrında Gəncədə baş verən qanlı hadisələr obrazlı şəkildə canlandırılıb. Rejissor Delee Oruclu, baş prodüser Samir Şirinovdur".

3
Türk ordusu

Prezident: "Azərbaycanda türk ordusunun kiçik modelini yaratmaq əzmindəyik"

6
"Əlbəttə ki, Azərbaycana hər hansısa təhlükə, təhdid yaranarsa, biz tam əminik ki, bizə arxa duran qardaş Türkiyə olacaq".

BAKI, 26 fevral — Sputnik. "Türkiyə ordusu dünya çapında ən güclü ordular sırasındadır. NATO-da güc baxımından ikinci ordudur. Azərbaycanda türk ordusunun kiçik modelini yaratmaq əzmindəyik. Artıq bu sahədə əməli praktiki işlərə start verilib".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Müharibə dövründə biz yeni təcrübə topladıq. Çünki bizim ordumuz demək olar ki, müharibələrdə iştirak etmirdi və sadəcə olaraq bu sahəyə nəzəri baxımdan yanaşırdı. Müharibə çox böyük bir təcrübədir və biz bu təcrübədən düzgün nəticə çıxarmalıyıq.

İlham Əliyev vurğulayıb ki, Türkiyə və Azərbaycan arasında çox geniş qanunvericilik bazası var: "Bir çox sənədlər imzalanıb. Onların arasında elə sənədlər var ki, orada qarşılıqlı hərbi yardım məsələləri də təsbit edilir. Əlbəttə ki, Azərbaycana hər hansısa təhlükə, təhdid yaranarsa, biz tam əminik ki, bizə arxa duran qardaş Türkiyə olacaq".

6