Hindistanda epidemioloji vəziyyət

Hindistan koronavirus əleyhinə dərmanın satışına başladı - 64 manata

28
(Yenilənib 10:58 14.08.2020)
Patentsiz dərman satışının başlaması, Hindistanın bir sıra əyalətlərində səlahiyyətli orqanların koronavirus xəstələri üçün dərmanların olmaması və tədarükündə fasilələr olması ilə əlaqədardır.

BAKI, 13 avqust — Sputnik. Hindistanın dərman şirkəti Zydus Cadila COVID-19 müalicəsi üçün olan virus əleyhinə Remdac preparatının satışına başlayıb.

Remdac preparatının satışı hazırda ancaq Hindistanda həyata keçirilir. O tərkibində virusa qarşı olan patentləşdirilməmiş ən ucuz remdesivir əsası daşıyır.

Hazırda 100 mq olan dərmanın qiyməti 2800 rupiyə - 63 manat 75 qəpiyə satılır.

Patentsiz dərman satışının başlaması, Hindistanın bir sıra əyalətlərində səlahiyyətli orqanların koronavirus xəstələri üçün dərmanların olmaması və tədarükündə fasilələr olması ilə əlaqədardır.

28
Qadın yatır, arxiv şəkli

Yatmaq üçün necə yataq seçmək lazımdır?

3
(Yenilənib 20:13 26.09.2020)
Ancaq yatmaq üçün ən yumşaq yatağı da seçmək olmaz. Bu, onurğa əyriliyinə səbəb ola bilər. Bir neçə hissədən ibarət divanda yatmaq da sağlamlıq üçün təhlükəlidir.

BAKI, 26 sentyabr — Sputnik. Bəziləri sərt yerdə yatmağın faydalı olduğunu hesab edir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, sərt yerlərdə yalnız ciddi onurğa xəsarətlərindən sonra və həkimin tövsiyəsi ilə yatmaq məsləhət görülür.

Bu barədə danışan həkim Stanislav Unmut bildirib ki, sərt yataq osteoxondroz və spondiloz xəstələri üçün təhlükəlidir.

Ancaq yatmaq üçün ən yumşaq yatağı da seçmək olmaz. Bu, onurğa əyriliyinə səbəb ola bilər. Bir neçə hissədən ibarət divanda yatmaq da sağlamlıq üçün təhlükəlidir.

Mütəxəssisin fikrincə, onurğa xəstəlikləri olan insanlar və bu cür xəstəliklərdən əziyyət çəkməyənlər üçün ən yaxşı seçim yarı sərt ortopedik döşəkdir: "Almazdan əvvəl bir neçə dəqiqə üstündə uzanın. Hər zaman müstəqil yayları olan döşək seçin. Bu, döşəyin bədənin hər hərəkətinə uyğunlaşmasına kömək edəcək".

3
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

"Axmaq olmaq istəmirik". Tramp seçki fırıldaqçılığından xəbərdarlıq etdi

6
(Yenilənib 20:09 26.09.2020)
"Biz yalnız onların fırıldaqlıq edəcəyi təqdirdə seçkiləri uduzacağıq. Biz buna imkan verə bilmərik", – Tramp bildirib.

BAKI, 26 sentyabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp qarşıdan gələn seçkilərdə məğlub olacağı təqdirdə hakimiyyətin "dostcasına" ötürülməsi prosesini istədiyini bəyan edib. Lakin Tramp yalnız demokrat rəqiblərinin poçt vasitəsilə səsvermədə fırıldaqlıq edəcəyi təqdirdə uduzacağını bildirib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, Tramp bunu Virciniyada tərəfdarları qarşısında çıxış edərkən deyib.

"Biz yalnız onların fırıldaqlıq edəcəyi təqdirdə seçkiləri uduzacağıq. Biz buna imkan verə bilmərik. Çünki bu insanlar ölkəmizi məhv edəcəklər, bunun baş verməsinə icazə verə bilmərik", – Tramp bildirib.

"Biz çox dostcasına bir keçid dövrü istəyirik, amma bizi aldatmalarını istəmirik. Onların minlərlə bülletenlə fırıldaqlıq etdiyini bilə-bilə "bəli, əlbəttə ki, gəlin hakimiyyəti verək" deyəcək qədər axmaq olmaq istəmirik. Biz buna dözməyəcəyik", – prezident əlavə edib.

O, həmçinin qeyd edib ki, ola bilsin seçkinin qalibi seçkidən sonra hələ bir neçə ay ərzində məlum olmasın.

6