İnstagram-ın loqotipi, arxiv şəkli

"Instagram"da narkotiklərin qəbulunu təbliğ edən video yayan şəxs həbs edilib

14
(Yenilənib 17:21 13.08.2020)
Cəlilabad Rayon Məhkəməsinin qərarına əsasən Şahin Şahmarlı İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 20 gün müddətinə inzibati həbs cəzası tətbiq edilib.

BAKI, 13 avqust — Sputnik. "İnstagram" sosial şəbəkəsində profil yaradaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan daha bir şəxs saxlanılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cəlilabad Rayon Polis Şöbsinin əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin profil səhifəsinin sahibi, Cəlilabad rayon Hacıismayıllı kənd sakini Şahin Şahmarlı saxlanılıb.

Həmin şəxs ifadəsində qeyd edilən sosial şəbəkədə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib. Təyin edilmiş ekspertizaların nəticəsində Şahin Şahmarlının mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələr qəbul etdiyi məlum olub.

Cəlilabad Rayon Məhkəməsinin qərarına əsasən Şahin Şahmarlı İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 20 gün müddətinə inzibati həbs cəzası tətbiq edilib.

14

Şuşa Azərbaycanın ümumi enerji sisteminə qoşulur - VİDEO

4
Yaxın vaxtlarda işğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında da 110 kilovoltluq yeni yarımstansiyaların inşasına başlanılacaq

BAKI, 22 yanvar — Sputnik. Şuşa şəhərinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, şəhərin etibarlı, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün "Azərenerji" Şuşada 110/35/10 kilovoltluq yeni yarımstansiya tikir.

Sputnik Azərbaycan-ın məlumatına görə, Şuşa şəhərinin girişində müasir avadanlıqlarla təchiz edilərək tikilən yeni yarımstansiya məsafədən idarəolunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulacaq. Burada 110 kilovoltluq açıq, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular yaradılır. Şuşanın milli ornamentləri qorunmaqla müasir üslubda inşa ediləсək yarımstansiyanın idarəetmə binasında bütün parametrlər nəzərə alınıb. Havanın dumanlı, qarlı və şaxtalı olmasına baxmayaraq işlər sürətlə davam etdirilir.

Qeyd edək ki, işğaldan azad olunan ərazilərin böyük hissəsinin, o cümlədən "Şuşa" yarımstansiyasının Azərbaycanın ümumi enerji sisteminə qoşulması üçün Füzulidəki "Şükürbəyli" yarımstansiyası genişləndirilərək tam yenidən qurulur və yarımstansiyaya İmişlidən 110 kilovoltluq 51 km məsafədə yeni xətt gətirilir. Ən əsası isə Füzulidən Şuşaya 75 km məsafədə 110 kilovoltluq ikidövrəli "Şuşa-1", "Şuşa-2" hava elektrik xətləri çəkilir. Artıq hava elektrik verilişi xəttində 70 faiz işlər görülüb, yaxın müddətdə işlər yekunlaşacaq. Füzulinin Şükürbəyli, Xocavəndin Böyüktağlar, Şuşanın Daşaltı kəndindən keçən yüksəkgərginlikli hava xətti ən çətin dağlıq, meşəlik relyefdə, qarlı, dumanlı, yağışlı hava şəraitində növbəli iş prinsipi ilə həyata keçirilir.

Onu da qeyd edək ki, yaxın vaxtlarda işğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında da 110 kilovoltluq yeni yarımstansiyaların inşasına başlanılacaq.

4
Teqlər:
yarımstansiya, sistem, enerji, Azərbaycan, Qarabağ, Şuşa
 Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Azərbaycanda müəllimlərin bir qismi peyvənd ediləcək

7
(Yenilənib 12:59 22.01.2021)
"Əgər bu yaş qrupunda müəllimlər koronavirusa yoluxarsa, bu, həm ənənəvi təhsilin keçirilməsi, həmçinin də onların hospitalizasiyası baxımından da çətin olacaq"

BAKI, 22 yanvar — Sputnik. "Azərbaycanda yaşı 50-dən yuxarı olan müəllimlərin vaksin olunmasını ciddi şəkildə tövsiyə edirik". Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri bu gün Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə söyləyib. Nazir bildirib ki, yaşı 50-dən yuxarı olan müəllimlərin virusa yoluxma riski daha çoxdur: "Əgər bu yaş qrupunda müəllimlər koronavirusa yoluxarsa, bu, həm ənənəvi təhsilin keçirilməsi, həmçinin də onların hospitalizasiyası baxımından da çətin olacaq".

E.Əmrullayev bildirib ki, Bakı, Sumqayıt və Abşeronda fəaliyyət göstərən 16 698, bölgələrdə isə 32 mindən çox təhsil işçisinin vaksinasiya olunması nəzərdə tutulur. Amma nazir COVID-19-a görə vaksinasiyanın könüllü olduğunu da vurğulayıb.

7
Teqlər:
Koronavirus, Azərbaycan, vaksinasiya, müəllimlər
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya