Rusiya hökumətinin rəhbəri Mixail Mişustin, arxiv şəkli

Baş nazir maliyyə səhiyyə nazirlərinə gözlərini yoxlatmağı təklif etdi

25
(Yenilənib 16:24 13.08.2020)
Mixail Mişustin: Maliyyə naziri investisiyaları görür? Səhiyyə naziri, yeni obyektləri görürsüz? Heç kimə görmə qabiliyyətini yoxlatmaq lazım deyil ki? Birdən böyük bir şeyi görməmisiniz, hə?

BAKI, 13 avqust — Sputnik. Rusiyanın Baş naziri Mixail Mişustin maliyyə naziri Anton Siluanov və Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşkoyla zarafat edib.

Belə ki, nazirlər Çukotka xəstəxanasında olublar. Səfər zamanı hökumət başçısı zarafatla həmkarlarına sağlamlıqlarını yoxlatmağı təklif edib.

"Nümayəndə heyətində hamının gözü yaxşıdır? Maliyyə naziri investisiyaları görür? Səhiyyə naziri, yeni obyektləri görürsüz? Heç kimə görmə qabiliyyətini yoxlatmaq lazım deyil ki? Birdən böyük bir şeyi görməmisiniz, hə?" - deyə Mişustin bildirib.

Mixail Mişustin cümə axşamı Anadırda olub. Onun bir həftəlik işgüzar səfəri Uzaq Şərqdən başlayıb. Avqustun 13-dən 18-dək baş nazir dörd Uzaq Şərq regionuna - Çukotka, Kamçatka diyarlarına, Maqadan və Amur vilayətlərinə səfər edəcək.

25
Moskva meri Sergey Sobyanin, arxiv şəkli

Moskva meri distant rejiminə keçməyə çağırıb: Soyuqlar yaxınlaşır, xəstəlik artacaq

0
(Yenilənib 11:15 25.09.2020)
Sobyanin iş yerlərində sanitar-epidemioloji təhlükəsizlik tədbirlərinin ciddi şəkildə yerinə yetirilməsini təmin etməyi tapşırıb.

BAKI, 25 sentyabr — Sputnik. Moskva meri Sergey Sobyanin koronavirusun yayılması təhlükəsi fonunda işəgötürənləri mümkün qədər çox əməkdaşı distant iş rejimə keçirməyi tövsiyə edib.

Sputnik Azərbaycan xəbər verir ki, Sobyaninin çağırışı onun şəxsi saytında dərc olunub.

Sobyanin həmçinin dezinfeksiya, fərdi mühafizə vasitələrinin istifadəsi, sosial məsafə, temperaturun ölçülməsi və COVID-19 testləri də daxil olmaqla, iş yerlərində sanitar-epidemioloji təhlükəsizlik tədbirlərinin ciddi şəkildə yerinə yetirilməsini təmin etməyi tapşırıb.

Bundan əlavə, mer sentyabrın 28-dən etibarən yaşlı və xroniki xəstəlikləri olan insanlardan distant iş formatına keçməyi və ya tətil götürməyi xahiş edib.

Sobyanin bildirib ki, Moskvada "koronavirus hallarının sayı əhəmiyyətli dərəcədə artıb" və soyuqların yaxınlaşması ilə soyuqdəymə xəstəliklərinin artması müşahidə olunacaq. O, bütün moskvalıları nəqliyyatda, mağazalarda və digər ictimai yerlərdə maska və əlcək rejimlərinə riayət etməyə çağırıb.

0
Teqlər:
epidemiya, Koronavirus, COVID-19, moskva meri, Moskva, Sergey Sobyanin
Milli Məclisin iclası, arxiv şəkli

Milli Məclis qanunları təzələyəcək - Vergi Məcəlləsini yenə dəyişirlər

6
Milli Məclisin payız sessiyasının ilk plenar iclasının gündəliyinə 22 məsələ daxil edilib: Təhsil qanunvericiliyi və bir neçə Məcəllədə dəyişiklik ediləcək.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 25 sentyabr — Sputnik. Sentyabrın 30-da Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 22 məsələ daxil edilib.

Həmin məsələlər aşağıdakılardır:

1. Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında.

2. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı Komissiyasının üzvünün seçilməsi haqqında.

3. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə.

4. "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

5. Azərbaycan Respublikasının Kuba Respublikasında (Havana şəhərində) Səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

6. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Sahibkarlıq fəaliyyəti haqqında", "Dövlət qulluğu haqqında", "İşsizlikdən sığorta haqqında" və "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasınin qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

7. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" və "Peşə təhsili haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

8. "Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

9. "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

11. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

12. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

13. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

14. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

15. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

16. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" və "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

18. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

19. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Təhsil haqqında", "Məktəbəqədər təhsil haqqında", "Peşə təhsili haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

20. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

21. "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

22. "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

6
Əlaqədar
Milli Məclis təcili toplaşır –  Deputatları məzuniyyətdən geri çağırıblar
Milli Məclis toplanır - Büdcəyə dəyişiklik ediləcək
Milli Məclis 2020-ci il dövlət büdcəsinə dəyişiklikləri qəbul edib