Muse rok qrupu, arxiv şəkli

Dünyaca məşhur rok qrupu bu dəfə özünü kino sahəsində sınadı

16
(Yenilənib 00:00 14.08.2020)
Sözügedən film premyerası 17 avqustda kinoteatrlarda baş tutacaq. Filmin premyerası IMAX formatında olacaq.

BAKI, 13 avqust — Sputnik. Böyük Britaniyanın ən populyar rok qrupu "Muse" sirli virus haqqında film çəkib. Məşhur qrup yeni filmi rokla elmi fantastikanın sintezi şəklində çəkməyi qərara alıb.

Filmin rejissoru Lens Dreykdir. Süjet xətti isə paranormal hadisələrin mənbəyini öyrənən bir qrup alimin hekayəsinə əsaslanır.

Sözügedən film premyerası 17 avqustda kinoteatrlarda baş tutacaq. Filmin premyerası IMAX formatında olacaq. Daha sonra filmə 21 avqust tarixindən etibarən media platformalarında baxıla bilər.

"Bu layihəni çox uzun müddət hazırladığımız üçün inanılmaz dərəcədə həyəcan keçiririk" - deyə qrup öz instaqram səhifəsində qeyd edib.

Qeyd edək ki, qrup 1994-ci ildən fəaliyyət göstərir. Ötən il baş tutan musiqi turu çərçivəsində qrup dünyanın 28 şəhərində konsert verib. Bu, qrupun ən uzun davam edən musiqi turu olub.

16
Fəhlə

Ən çox hansı işçilərin hüququ pozulur?

3
(Yenilənib 12:43 28.01.2021)
Müraciətlərin araşdırılması zamanı 955 halda əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsi faktı aşkar edilib

BAKI, 28 yanvar — Sputnik. Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə vətəndaşlar tərəfindən ərizə formasında daxil olan 10102 müraciət araşdırılaraq cavablandırılıb.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, vətəndaşlar əsasən emal, tikinti, topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, ictimai iaşə və s. sahələrdə əmək münasibətləri ilə bağlı müraciət ediblər.

Müraciətlərin araşdırılması zamanı 955 halda əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsi faktı aşkar edilib. Aşkar edilən hüquq pozuntularının aradan qaldırılması üçün Xidmət tərəfindən qanunvericiliyə uyğun tədbirlər görülüb, həmçinin işəgötürənlərə əmək qanunvericiliyinin müvafiq məsələlərlə bağlı tələblərinə dair ətraflı məlumatlar verilib.

3
Ovçu

Azərbaycanda Milli Parkın əməkdaşlarını güllələdilər

18
(Yenilənib 12:43 28.01.2021)
Qızılağac Milli Parkının üç əməkdaşı iş başında olarkən güllələnib. Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma başlayıb

BAKI, 28 yanvar — Sputnik. Yanvarın 27-də Qızılağac Milli Parkının mühafizə yegerləri və mühafizə müfəttişinə qarşı zor tətbiq olunması ilə bağlı Lənkəran rayon Prokurorluğuna məlumat daxil olub. Rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, həmin gün saat 23 radələrində Qızılağac Milli Parkının mühafizə yegerləri Zahir Bəşirov, Ceyhun Mustafayev və mühafizə müfəttişi Natiq Rzazadənin qanunsuz ov edən şəxslərin müəyyən edilməsi məqsədilə parkda xidməti vəzifələrini icra edərkən naməlum şəxs onlara ov tüfəngindən atəş açıb. İnsident zamanı işçilər xəsarət alıblar.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

18
Teqlər:
cinayət, güllələnmə, əməkdaş, Qızılağac Milli Parkı