Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

27
(Yenilənib 12:58 13.08.2020)
Prezident İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd edib.

BAKI, 13 avqust — Sputnik. Avqustun 12-də Azərbaycan Respublikasının Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Prezident İlham Əliyev Prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib. Dövlət başçısı Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsimizn həlak olduğunu vurğulayıb. Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib.

Prezident İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd edib.

Dövlət başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.

Telefon söhbəti zamanı ölkələr arasında ikitərəfli əməkdaşlığın gündəliyinə aid məsələlər müzakirə edilmiş və Azərbaycan-Rusiya tərəfdaşlığının bütün sahələrdə daha da möhkəmləndirilməsinə dair qarşılıqlı niyyət ifadə olunub.

Prezident İlham Əliyev Vladimir Putini Rusiyada COVİD-19-a qarşı peyvəndin qeydiyyata alınması ilə bağlı təbrik edib.

27
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə, arxiv şəkli

Paşinyan yenə Putinə zəng vurdu

24
(Yenilənib 21:39 29.09.2020)
Putin deyib ki, Qarabağda böhranın deeskalasiyası məqsədi ilə qarşıdurma tərəfləri tədbirlər görməlidirlər

BAKI, 29 sentyabr. Ermənistanın Baş Naziri Nikol Paşinyan növbəti dəfə Rusiya Prezidenti Vladimir Putinə zəng vurub.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, onlar Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyəti müzakirəi ediblər.

Putin davam edən hərbi əməliyyatlarla əlaqədar ciddi narahatlığını ifadə edib. Bildirilib ki, Qarabağda böhranın deeskalasiyası məqsədi ilə qarşıdurma tərəfləri tədbirlər görməlidirlər.

24
Teqlər:
Vladimir Putin, Nikol Paşinyan, Ermənistan, Rusiya, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Dövlət Dumasının sədri: "Paşinyanın fikirləri sülh prosesinə kömək etmir"
Rəsmi Bakı: Paşinyan baş nazir olduqdan sonra otuz dəfə təxribat törədib
Paşinyan Putinə zəng vurdu
Paşinyana yol göründü: Ermənistan müxalifəti ümummili mitinq keçirəcək
Sahibə Qafarova Sergey Lavrova: "Paşinyanın açıqlamaları bütün səyləri puç edir"
Türkiyənin Vitse-prezidenti Fuad Oktay, arxiv şəkli

Türkiyənin vitse-prezidenti - Azərbaycanın yanındayıq

11
Baş Nazir Əli Əsədov Türkiyə Respublikası rəhbərliyinin bütün səviyyələrdə Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

BAKI, 29 sentyabr - Sputnik. Sentyabrın 29-da Türkiyə Respublikasının Vitse-prezidenti Fuad Oktay Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova telefonla zəng edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, telefon danışığı zamanı Vitse-prezident Fuad Oktay Ermənistanın təcavüzünün qarşısının alınması və işğal altındakı torpaqların azad edilməsi işində Türkiyənin Azərbaycanın yanında olduğunu və hər cür yardım göstərməyə hazır olduqlarını bildirib.

Baş Nazir Əli Əsədov Türkiyə Respublikası rəhbərliyinin bütün səviyyələrdə Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

Telefon danışığı zamanı Baş Nazir Əli Əsədov və Vitse-prezident Fuad Oktay ikitərəfli münasibətlərə dair məsələləri də müzakirə ediblər.

11
Əlaqədar
Çavuşoğlu: "Azərbaycanın yanındayıq. Bu məsələni kökündən həll etmək istəyirik"
Hulusi Akar: "Ermənistan muzdlu hərbçiləri, terrorçuları geri göndərməlidir"
Çavuşoğlu və Lavrov Qarabağdakı son durumu müzakirə etdilər
Ərdoğan Boris Consonla Qarabağ münaqişəsini müzakirə etdi: "Ermənistan çəkilməlidir!"
Mövlud Çavuşoğlu: "Ermənistanı ağlını başına toplamağa çağırıram"