Yevgeni Primakov, arxiv şəkli

Heç bir yumşaq güc olmayacaq - bizi Rusiya ilə bağlayan agentlikdən gözləyək?

1117
Ad dəyişikliyi, MDB-dən olan tələbələr üçün kvotaların artırılması və tanınmış artistlərlə İş agentliyin yeni strategiyasının yalnız kiçik bir hissəsidir.

Danara Kurmanova, Sputnik

BAKI, 12 avqust — Sputnik. Hələ bu il iyunun sonlarında məlum oldu ki, Dövlət Dumasının deputatı və telejurnalist Yevgeni Primakov "Rossotrudniçestvo" agentliyinin rəhbəri təyin edilib. Primakov vəzifəyə təyin olunduğu ilk gün KİV-ə bildirib ki, indi qurumu "böyük dəyişikliklər"gözləyir. Lakin bu barədə daha ətraflı yalnız avqustun 11-də öz online-mühazirəsi zamanı danışıb. Sputnik, agentliyin yeni proqramının ən vacib detalları barədə.

Yumşaq güc yoxdur

İlk növbədə, "Rossotrudniçestvo" nun yeni rəhbəri agentliyin tərəfdaşlarına "yumşaq güc" terminindən imtina etməyi təklif edib.

"Bu, bizim üçün anlaşılmaz və uydurma bir şeydir", - deyə Yevgeni Primakov mühazirənin ən başında bildirib. Və bunun izahatını belə verib: "Rossotrudniçestvo"nun məqsədi əvvəlcə güc tətbiq etməkdən yox, beynəlxalq rahatlığın və əmin-amanlığın təmin edilməsindən ibarət idi. Agentlik mədəni və təhsil proqramları vasitəsilə həm Rusiyanın özünün, həm də tərəfdaş dövlətlərin inkişafı üçün əlverişli şərait yaradır.

Daha sonra, Primakovun sözlərinə görə, "Rossotrudniçestvo" humanitar mövcudluq ideyasından uzaqlaşır. "Bu, köhnə konseptdir. Biz humanitar mövcudluqdan sülhü qorumağa kömək edən humanitar təsirə keçməliyik", - deyə rəhbər öz qərarını izah edib.

O, bu cür təsirin nümunəsi kimi, təşkilatın ilk dəfə həkimlərin zərərçəkənlərə yardım üçün göndərilməsində iştirak etdiyi Beyrutda baş vermiş faciəni göstərib. Bu aksiyanı Primakov simvolik adlandırıb və əlavə edib: məhz belə tədbirlər xaricdə Rusiyaya daha mehribanlıqla yanaşılmasına imkan yaradır. Onlar göstərir ki, agentliyin hərəkətlərində heç bir güc yoxdur - yalnız həmrəyliyə istiqamətləndirmə var.

Non-stop rejimində iş

Açıq mühazirəyə başlamazdan əvvəl Yevgeni Primakov bir aya yaxın "Rossotrudniçestvo"nun işini öyrənib və belə qənaətə gəlib ki, agentlikdə islahatlar rus klubları şəbəkəsindən başlamalıdır.

"Onlar tədbirdən-tədbirə deyil, daim işləməlidirlər. Bu, elə klub sistemi olmalıdır ki, iştirakçılar düşünəndə, bir-biri ilə danışanda belə kitab oxuya bilsinlər. Axı xaricdə bu mərkəzlər məhz Rusiya ilə ünsiyyətə ehtiyacı olan insanlar üçün mövcuddur", - Primakov bildirib.

Primakovun fikrincə, hər bir klub yalnız gənclərə deyil, həm də əhalinin daha böyük qruplarına yönəlməlidir, çünki xaricdə artıq pensiya yaşına çatmağa yaxınlaşan və SSRİ-dən çıxmış bir çox insan yaşayır. Və hər bir yaş kateqoriyası fərdi fəaliyyətlərə ehtiyac duyur.

"Bizim qonaqlar çay içərkən keçirilən "xala xətrin qalmasın" formatında tədbirlərə ehtiyacımız yoxdur", - deyən Yevgeni Primakov agentliyin işçilərini "Rus Musiqi Günü" və ya "Rus pelmen bayramı" üslubunda ideyalardan maksimum uzaqlaşmağa çağırıb.

Lakin rus klublarının iş rejiminin dəyişməsində bir problem var. Bir çox rus mərkəzləri Rusiya Federasiyasının səfirliklərinin binalarındadır və ora necə gəldi daxil ola bilməzsiniz. "Buna görə də indi işə yeni sistemin qurula biləcəyi mərkəzlərdən başlayacağıq", - Primakov deyib.

Məşhurlar olmadan edə bilməzsiniz

Yevgeni Primakov deyib ki, "Rossotrudniçestvo"ya həmçinin savadlı prodüser işi lazımdır. Agentliyin əsas auditoriyası gənclərdir, gənclər isə pop mədəniyyəti ilə maraqlanırlar: müasir musiqi, kitablar, filmlər və seriallar. Gələcək tələbələr bütövlükdə rus mədəniyyəti ilə bütün bunlar vasitəsilə maraqlanırlar.

Onun fikrincə, gəncləri klassika ilə tanış etmək vacibdir. Ancaq yalnız gəncliyə xas olan əyləncələri və maraqları nəzərə ala bilməzsiniz. "Çox az adam Şekspiri orijinal olaraq oxumaq üçün ingilis dilini öyrənməyə başlayır, baxmayaraq ki, belə insanlar da var. Müasir uşaqlar üçün dil ilk növbədə, sosial və iqtisadi imkanlardır", - deyə agentliyin rəhbəri bildirib.

Primakov bildirib ki, bununla əlaqədar olaraq," Rossotrudniçestvo" daha çox məşhur artistləri xarici tədbirlərə dəvət etməlidir. Bu, hər yerdə haqqında danışılan insanlar olmalıdır, yalnız kiçik şirkətdə haqqında danışılacaq kiçik yaradıcı kollektivlər deyil", - deyə agentliyin rəhbəri bildirib.

Hər şey yeniliyə uyğun olmalıdır

Yevgeni Primakov hesab edir ki, "Rossotrudniçestvo" təkcə gənclər və rus dilini bilməyən adamlar üçün deyil. Buna görə də agentlik rebrendinqə ehtiyac duyur. Ona görə də yalnız qurumun deyil, həm də Rusiyanın elm və mədəniyyət mərkəzlərinin (REMM) adını dəyişmək lazımdır.

"REMM, ümumiyyətlə "Rossotrudniçestvo" sözünün özü kimi dəhşətli bir abbreviaturadır. Əcnəbi onu söyləmək iqtidarında deyil", - deyə Primakov adları tənqid edib.

Bununla yanaşı, qurum "Müstəqil Dövlətlər Birliyi, xaricdə yaşayan həmvətənlər və Beynəlxalq Humanitar əməkdaşlıq üzrə Federal Agentlik" rəsmi adını saxlayacaq. Primakovun sözlərinə görə, abbreviaturanı yalnız xarici brend və qeyri-rusdilli auditoriya üçün dəyişmək lazımdır. Rusdilli insanları "Rossotrudniçestvo" sözü qorxutmur. Agentliyin yeni adının yaradılması isə çoxlu lazımsız xərclərə – ən azı lövhələrin və rəsmi blankların dəyişməsinə səbəb olacaq. Halbuki bu pul daha faydalı bir şeyə sərf edilə bilər.

Ümumiyyətlə, görünür, səmərəlilik və qənaət Primakov strategiyasında müəyyən amilə çevrilib. Yeni bir abbreviatura yaratmaq üçün brend menecerlərini işə götürməyi də planlaşdırmır. Bunun əvəzinə açıq müsabiqə təşkil etmək istəyir ki, agentliyin adı vaxtilə "Rossotrudniçestvo" vasitəsilə Rusiya universitetlərinə daxil olan tələbələr tərəfindən icad edilsin. Primakovun özünün də ideyasına verdiyi izahatda olduğu kimi, bu qərarın məntiqiliyi göz qabağındadır – heç kim layihə üçün brendin konsepsiyasını layihənin bilavasitə iştirakçısından daha yaxşı hiss edə bilməz.

Dayaq nöqtəsi MDB

Mühazirənin sonunda Yevgeni Primakov dinləyiciləri əmin etməyə çalışır ki, yeni layihələrlə məşğul olan "Rossotrudniçestvo" Rusiya təhsilinin inkişafını kənara atmır.

"Rusiya Federasiyası prezidentinin fərmanına əsasən, xarici tələbələr üçün pulsuz təhsil kvotası yaxın bir neçə ildə iki dəfə artırılacaq. İndi onların həcmi 15 mindir", - deyə o bildirib.

Bundan başqa, agentlik Rusiya və rus dili ilə bağlı istənilən təhsil layihələrini dəstəkləməyə çalışır, istər iri universitet olsun, istərsə də əyalət uşaq bağçası. "Xaricdə kimsə bir qrup yaratsa və rus nağıllarını öyrətsə belə, bu artıq əladır", - Primakov deyib.

Həmçinin "Rossotrudniçestvo" müasir gəncləri nəyin maraqlandırdığını daha yaxşı başa düşmək üçün analitiklərə daha çox diqqət yetirəcək. Bunun üçün agentlik öz saytını köklü şəkildə dəyişmək niyyətindədir. Yevgeni Primakov bu barədə deyib: "İnsanlar Rusiyanın humanitar fəaliyyətini izləməkdə maraqlı olmalıdırlar, bizim saytdan isə hazırkı vəziyyətində heç bir sağlam düşüncə əyləncə xatirinə girməyəcək. Bunu daha oxunaqlı etmək lazımdır".

Bütün bu fəaliyyətlər, şübhəsiz ki, vaxt tələb edir. Çünki agentlik sərt çərçivədə işləyir. Hər bir layihəni işə başlamazdan əvvəl ən azı bir il əvvəldən təsdiq etmək lazımdır. Buna baxmayaraq, "Rossotrudniçestvo"nun rəhbəri vəd edir ki, bu yeniliklər sayəsində təşkilat daha açıq olacaq. "Bu, bizə köhnə yaddaşa və mövcud nüfuzuna əsaslanaraq, agentliyimizə qarşı hər kəsdə yarana biləcək köhnə stereotiplərlə mübarizə aparmağa kömək edəcək", - deyə Primakov əlavə edib.

1117
Əlaqədar
Rusiyada oxumaq istəyənlər pandemiyaya rəğmən sərhədi keçə bilərlər
Samirə Mustafayeva: “Azərbaycanlı olmaq – geniş ürəkli olmaq deməkdir”
Özümüzünküləri darda qoymuruq: Rusiya COVID-19-la mübarizədə qonşularına necə kömək edir
Sumqayıtlı şagird öz ulu nənəsindən danışaraq qalib olub
Rusiyadan dəstək gəldi: Moskva Azərbaycanın təşəbbüsünü alqışladı
Avropa İttifaqının bayrağı (Aİ), arxiv şəkli

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara çağırdı

17
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanon atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı bəyanat yayıb.

BAKI, 29 oktyabr - Sputnik. Avropa İttifaqı Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi ilə atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında döyüşlərin hələ də davam etdiyini və daha çox mülki şəxslərin hədəf alınmasını qəbuledilməz hesab edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanonun atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı verdiyi bəyanatda bildirilib.

Bəyanatda, o da qeyd edilib ki, Avropa İttifaqı münaqişə tərəflərinə beynəlxalq humanitar hüquqa əsasən, mülki  şəxsləri qorumaq öhdəliklərini bir daha xatırladır.

"Avropa İttifaqı tərəfləri sonuncu dəfə 25 oktyabrda Vaşinqtonda razılaşdırıldığı kimi, gecikmədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara başlamağa çağırır", - deyə bəyanatda bildirilir.

17
Флаг Международного комитета Красного Креста, фото из архива

Qırmızı Xaç Qızıl Ayparanın könüllüsü Bərdədəki erməni terroru zamanı həlak olub

33
(Yenilənib 00:41 29.10.2020)
Ermənistan silahlı birləşmələrinin Bərdəyə raket hücumu zamanı Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin könüllüsü də həlak olub

BAKI, 28 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin Bərdəyə raket hücumu nəticəsində həlak olanlar arasında Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin könüllüsü var. 

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin Avropa bürosunun rəsmi "Twitter" səhifəsində məlumat verilib. 

"Bu gün günortadan sonra Azərbaycanın Bərdə şəhərində mülki şəxslərə humanitar yardım çatdırarkən könüllülərimizdən birinin həlak olması xəbəri bizi dərindən kədərləndirdi.  

39 yaşlı ata Qırmızı Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin təcili mobil qrupunun əməkdaşı idi və raket hücumunda həlak olub. Humanist, xeyriyyəçilər hədəf deyil!", - Qırmızı Xaç və Qırmızı Aypara təşkilatının Avropa bürosu bildirib.

33