Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 11 avqust — Sputnik. "Vizaları ləğv etdik. Amma bu kifayət deyil. Türkiyə və Azərbaycan vətəndaşları qarşılıqlı ziyarətlərdə pasporta ehtiyac duymamalıdırlar". Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankarada azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirdiyi görüşün yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
"Biz bunu Gürcüstanla gerçəkləşdirdik, Ukrayna ilə də həyata keçirdik. Azərbaycanla şəxsiyyət vəsiqəsi vasitəsilə səyahət etmə üçün təkliflərimizi vermişik", - deyə Çavuşoğlu qeyd edib.
Çavuşoğlu qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq birliyin, xüsusilə də ATƏT-in Minsk Qrupu həmsədrlərinin səmimi şəkildə səy göstərməsi tələb olunur: "
"Biz bu məsələ ilə bağlı qətiyyətli mövqeyimizi ortaya qoyduq. Amma bunu da dedik ki, münaqişənin diplomatik yolla, beynəlxalq hüquq çərçivəsində həlli vacibdir. Lakin qardaş Azərbaycan hansı həll yoluna qərar verəcəksə, onun yanında olacağıq", - deyə nazir vurğulayıb.
BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.
“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.
İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.
Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.