SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezidentin əsas rəqibi Belarusu tərk etdi

© AP Photo / Sergei GritsСветлана Тихановская, фото из архива
Светлана Тихановская, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Belarus MSK sədri Liliya Yeroşinanın sözlərinə görə, bazar günü baş tutan seçkidə seçici fəallığı 84,23% olub. Ümumilikdə seçkilərdə iştirak edən şəxslərin 6,02 faizi bütün namizədlərin əleyhinə səs verib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 11 avqust — Sputnik. Belarus Prezidentliyinə namizəd Svetlana Tixanovskaya Litvadadır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Litvanın Xarici İşlər Naziri Linas Linkevicius öz "Twitter" səhifəsində yazıb.

"Svetlana Tixanovskaya təhlükəsizlikdədir, o Litvadadır", - deyə Linkevicius qeyd edib.

Qeyd edək ki, Belarus Mərkəzi Seçki Komissiyası bazar günü keçirilən prezident seçkisinin ilkin nəticələrini açıqlayıb.

Belarus MSK-sının nəticələr aşağıdakı kimidir:

Aleksandr Lukaşenko - 80,23%

Svetlana Tixanovskaya - 9,90%

Anna Kanoptskaya - 1,68%

Sergey Çerçen - 1,13%

Andrey Dmitriyev - 1,04%

Belarus MSK sədri Liliya Yeroşinanın sözlərinə görə, bazar günü baş tutan seçkidə seçici fəallığı 84,23% olub. Ümumilikdə seçkilərdə iştirak edən şəxslərin 6,02 faizi bütün namizədlərin əleyhinə səs verib.

Seçkilərdən sonra Belarusun müxtəlif regionlarından insanlar toplaşaraq qanunsuz aksiya keçiriblər.

Belarus DİN-in məlumatına görə, Belarusda qeyri-qanuni aksiyalarda iştiraka görə 3 minə qədər adam saxlanılıb

Xəbər lenti
0