Qusar rayonu, arxiv şəkli

İcazəsiz Qusara istirahətə gələn 18 nəfər cərimələnib

22
Keçirilən reyd zamanı 18 nəfər qaydaları pozduqları üçün barələrində protokol tərtib edilərək, hər biri 200 manat cərimələnib.

BAKI, 11 avqust — Sputnik. Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reydlər zamanı Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gələn şəxslər barəsində tədbirlər görülüb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, istirahət mərkəzlərinə gedən yollarda hərəkət edən nəqliyyat vasitələri yoxlanış məqsədilə şöbə əməkdaşları tərəfindən saxlanılıblar. Planşet vasitəsilə yoxlanılan zaman bəzi şəxslərin qaydaları pozaraq, xüsusi karantin elan edilən rayonlardan istirahət məqsədilə Qusar rayonuna gəldikləri məlum olub. Keçirilən reyd zamanı 18 nəfər qaydaları pozduqları üçün barələrində protokol tərtib edilərək, hər biri 200 manat cərimələnib.

Reydlər zamanı tibbi maskadan istifadə etməyən şəxslər də aşkarlanıb. Qaydaları pozan 25 şəxs İXM-nin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə) maddəsi ilə 100 manat cərimələnib.

22
Koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital, arxiv şəkli

COVID-19-la bağlı dəhşətli proqnoz: iki milyon insan ölə bilər

13
(Yenilənib 23:42 25.09.2020)
Eyni zamanda Rayan qeyd edib ki, xəstəxanaya yatırılan xəstələr arasında ölüm göstəriciləri azalır. Onun sözlərinə görə, insanların bundan belə də ölməməsi üçün bəşəriyyətin əvvəlki 9 aydan özünə dərs götürməsi gərəkdir.

BAKI, 25 sentyabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) effektiv vaksin əldə edilib bəşəriyyət üçün əlçatan olana qədər COVID-19-dan 2 milyondan çox insanın öləcəyini istisna etməyib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə ÜST-ün səhiyyə sahəsində fövqəladə hallar üzrə proqramının direktoru Maykl Rayan mətbuat konfransında deyib.  

“Sözsüz ki, bunu təsəvvür etmək çətindir, ancaq bu, mümkün ola bilər. Çünki biz 9 ay ərzində bir milyon insan itirmişik. Yaxın 9 ay ərzində vaksinin peyda olacağına da ayıq başla yanaşırıq”, - Rayan effektiv vaksin əldə edilib bəşəriyyət üçün əlçatan olana qədər COVID-19-dan 2 milyondan çox insanın öləcəyi ehtimalı ilə bağlı suala cavab verərkən söyləyib.

Onun sözlərinə görə, hazırda problemlər var, xüsusən bunlar peyvəndin maliyyələşdirilməsi, istehsalı və qiymətləndirilməsi ilə bağlıdır.

Eyni zamanda Rayan qeyd edib ki, xəstəxanaya yatırılan xəstələr arasında ölüm göstəriciləri azalır. Onun sözlərinə görə, insanların bundan belə də ölməməsi üçün bəşəriyyətin əvvəlki 9 aydan özünə dərs götürməsi gərəkdir.

13
Teqlər:
vaksin, peyvənd, ölüm, ÜST, dünya, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Şagirdlər koronavirusa harada yoluxublar? Nazirlikdən cavab
Türkiyədə dəhşət saçan ağcaqanadlar Azərbaycana gələ bilər, amma virus gətirməyəcək
Moskva meri distant iş rejiminə keçməyə çağırıb: Soyuqlar yaxınlaşır, xəstəlik artacaq
Rus virusoloq amerikalı həmkarını təkzib etdi: Denge ilə SARS-CoV-2 qohum deyillər
Təəccüblü kəşf: bu xəstəliyə yoluxmaq koronavirusa qarşı immunitet yaradır
Hərbi təyyarə qəzası

Ukraynada hərbi təyyarə qəzaya uğradı, xeyli ölən var - VİDEO

17
(Yenilənib 23:25 25.09.2020)
İlkin məlumata görə, hadisə yerindən 2 nəfər xəstəxanaya aparılıb. “Onların bədənlərinin 90%-i yanmışdı”, - Tibbi Qəza Mərkəzinin direktoru Viktor Zabaşta deyib.  

BAKI, 25 sentyabr — Sputnik. Ukraynanın Xarkov vilayətində Ан-26 hərbi təyyarəsi qəzaya uğrayıb. Qəzada 22 nəfərin öldüyü, 2-nin sağ qaldığı bildirilir. 4 nəfərin taleyindən xəbər yoxdur. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Ukrayna Daxili İşlər Nazirliyinin ilkin məlumatına görə, təyyarənin göyərtəsində 23 nəfər olub. Onlardan 18-i kursant, beşi isə ekipaj üzvü olub.

​“Bu axşam Xarkov vilayətində Ukrayna SQ-yə məxsus Ан-26 təyyarəsi qəzaya uğrayıb. Təyyarə eniş zamanı qəzaya düşüb. Ekipaj üzvlərindən başqa, göyərtədə Ukrayna SQ Hərbi Hava Qüvvələrinin Xarkov Universitetinin kursantları da olub. Yaralı və həlak olanlar var, məlumat dəqiqləşdirilir”, - komandanlıq Facebook-da məlumat yayıb.  

Xarkov vilayət başçısı Aleksey Kuçer bildirib ki, qəzadan sağ çıxanlar da var.

İlkin məlumata görə, hadisə yerindən 2 nəfər xəstəxanaya aparılıb. “Onların bədənlərinin 90%-i yanmışdı”, - Tibbi Qəza Mərkəzinin direktoru Viktor Zabaşta deyib.  

​057.ua nəşri yazır ki, təyyarə təlim uçuşunda imiş.

Hadisə yerində xilasedicilər işləyirlər.

17
Teqlər:
ölüm, kursant, qəza, Ан-26 təyyarəsi, Ukrayna