Ceylan Atınc, arxiv şəkli

Gözəlləşmək istəyi canı bahasına başa gəldi

26
(Yenilənib 10:28 11.08.2020)
O, silikonlarının araşdırılması üçün yenidən əməliyyat edib. Bundan sonra onun dünyada nadir rast gəlinən B tipli lenfoma xərçənginə tutulduğu məlum olub.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 11 avqust — Sputnik. Türkiyəli məşhur maneken-modelyer Ceylan Atınc sinəsinə keçən il taxdırdığı silikonlara görə xərçəng xəstəliyinə tutulub. 11 ildən artıqdır ki, bu sahədə çalışan məşhur moda ustası aylar sonra internetdə sinəsinə taxdırdığı silikon markasında problem olduğu və orqanizmdə zərərli hüceyrələr yaratdığı üçün satışdan çıxarıldığı barədə xəbər görüb.

O, silikonlarının araşdırılması üçün yenidən əməliyyat edib. Bundan sonra onun dünyada nadir rast gəlinən B tipli limfoma xərçənginə tutulduğu məlum olub.

Sözügedən xərçəng növünün silikon protezdən yarandığını nəzərə alaraq modelyerin bu xərçəng hüceyrəsini daşıdığı müəyyənləşib.

Modelin əməliyyatını səhv aparan Tunc Tiryaki cinayət məsuliyyətinə cəlb olunub.

26
Stilist Anar Ağakişiyev, arxiv şəkli

Stilist Anarın dəyişdiyi türkiyəli məşhur özünə bənzəmədi

3
(Yenilənib 00:59 25.09.2020)
Stilist Anar Türkiyənin "diva"sı Bülənt Ərsoyu dəyişdirdi və sosial şəbəkədə kəskin müzakirələrə səbəb oldu.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 25 sentyabr — Sputnik. Stilist Anar Ağakişiyev bu dəfə Türkiyənin məşhur müğənnisi Bülənt Ərsoyu dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, stilist bu dəyişimi özünün "Facebook" səhifəsində paylaşıb. Anar Ağakişiyevin əl işi insanların geniş müzakirəsinə səbəb olub.

Qeyd edək ki, Anar Ağakişiyev ölkənin ən məşhur müğənni və aktrisalarının imicini dəyişib. O, bundan başqa Before/after layihəsi vasitəsi ilə simasında qüsur olan qadınların da imicini dəyişib. Stilist Gürcüstanı 2011-ci ildə Eurovision Mahnı Müsabiqəsində təmsil edən Safo Nijaradze ilə də işləyib. 2012-ci ildə isə Anar Bakıda keçirilən Eurovision Mahnı Müsabiqəsinin "Core time" qrupunda müsabiqə iştirakçıları ilə çalışıb. Stilist bundan əlavə, bir çox düya ulduzlarının imicini dəyişib.

3
Əlaqədar
Günay İbrahimli Bülənt Ərsoyla fotosunu paylaşdı
Bülənt Ərsoydan niyə qorxurlar?
Ay, arxiv şəkli

Sovet İttifaqının Ayla bağlı gizli planları açıqlandı

3
(Yenilənib 23:44 24.09.2020)
Belə bir rəsədxana Günəşin, Yerin, planetlərin və ulduzların daimi və hərtərəfli müşahidəsini aparmaq üçün nəzərdə tutulan gələcək Ay stansiyalarının prototipi olacaqdı.

BAKI, 24 sentyabr — Sputnik. Sovet İttifaqı 60-cı illərin sonlarında ilk dəfə olaraq Ayda astronomik rəsədxana yaratmaq niyyətində olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə açıqlanmış və "Roskosmos" agentliyinin saytında yerləşdirilmiş gizli sənədlərdə deyilir.

"Təklif olunan işlərin texniki-təşkilati istiqaməti 1968-1969-cu illərdə dünyada ilk Ay rəsədxanasının yaradılması üçün real imkanları təmin edəcək", – Mərkəzin Elmi Tədqiqat Maşınqayırma İnstitutunun direktoru Yuri Mozjorinin 1967-ci ildə imzaladığı sənəddə bildirilir.

Sənədə görə, belə bir rəsədxana Günəşin, Yerin (meteorologiya və digər məqsədlər üçün), planetlərin və ulduzların daimi və hərtərəfli müşahidəsini aparmaq üçün nəzərdə tutulan gələcək Ay stansiyalarının prototipi olacaq.

Qeyd edilir ki, Ay astroteleskopik sistem üçün kifayət qədər dayanıqlı təbii platformadır və ondan, demək olar ki, 14 gün ərzində Kainatın istənilən obyektini müşahidə etmək olar. Ay atmosfer təsiri olmadan astrofiziki tədqiqatları aparmağa imkan verir.

Astronomik rəsədxananı E-8 enmə stansiyası əsasında yaratmaq və "Proton-K" raketinin köməyi ilə Aya çatdırmaq nəzərdə tutulub.

3