Qaz sayğacı, arxiv şəkli

Prezidentin tənqid etdiyi məsələ necə həll olunur - İtkinin qarşısı belə alınır

5450
(Yenilənib 20:23 09.08.2020)
Bu günə qədər istismarda olan smart-kart tipli sayğacların istehsalçısı Fransanın “İtron-Gallus” şirkəti sonuncu müsabiqədə qalib olmayıb.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 9 avqust — Sputnik. "Bizim qaz itkiləri, düzdür, son vaxtlar azalıb, ancaq yenə də dözülməz həddədir. Amma dövlət şirkətləri öyrəşiblər ki, onların bütün qüsurları, bütün itkiləri dövlət tərəfindən bağlanacaq. Hətta ölkəmizdə qazlaşdırma dövlət büdcəsi hesabına aparılır. Halbuki bu, Dövlət Neft Şirkətinin bilavasitə vəzifəsidir. Biz bu il dövlət büdcəsində kəndlərin qazlaşdırılması üçün 100 milyon manat vəsait nəzərdə tuturuq".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə bildirib.

Prezidentin də öz çıxışında qeyd olunduğu kimi, qaz itkləri son vaxtlar azalmaqdadır. Bunu Sputnik Azərbaycan-a "Azəriqaz" İB-dən də təsdiq ediblər.

Bildirilib ki, ötən il smart-kart tipli sayğacların alınmasına dair keçirilən açıq müsabiqədə qalib gələn Almaniyanın “Zenner” şirkətinin istehsalı olan smart kart tipli müasir sayğacların 200 ədədi Azərbaycana gətirilib. Yaxın günlərdə isə pilot layihə çərçivəsində bu sayğacların test sınaqlarına başlanılacaq.

"Zenner" öncəki istehsalçıdan bir neçə nüansa görə fərqlənir. Belə ki, öncəki istehsalçıdan fərqli olaraq “Zenner” qaz ölçü qurğularının proqram təminatını “Azəriqaz” İstehsalat Birliyinə təhvil verəcək. Milli Proqram yeni sayğaclarda baş verməsi ehtimal olunan istənilən nasazlığı dərhal aradan qaldırmağa imkan yaradacaq və hər bir sayğacın kartı üzərində gələcək. Qurğu quraşdırılarkən, kartın tanıdılması yerindəcə icra ediləcək və abonent “ASAN xidmət” və ya “ASAN Kommunal” mərkəzlərinə cəmi bir dəfə - məlumatların abonent bazasına yerləşdirilməsi üçün gedəcək. Bu həm də vaxt itkisinin qarşısının alınması deməkdir.

Yeni sayğaclar menyusuna görə də fərqli olacaq. Buradakı əəliyyatlar daha sadələşdirilmiş formada təqdim olunur.  Bütün əməliyyatlar iki toxunuşlu düymə vasitəsi ilə aparılır.

Bu sayğacların digər fərqliliyi isə ondan ibarətdir ki, yeni sayğacların kartlarında məbləğ qaldıqda belə 5 dəfə ardıcıl balans yükləmə mümkün olacaq. Bunun üçün qalıq əvvəlki məbləğin sayğaca boşaldılmasına ehtiyac yaranmır.

Maraqlıdır, Almaniyanın "Zenner" şirkətinin istehsalı olan smart kart tipli müasir sayğacların sınağı nə zamandan başlayacaq?

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov Sputnik Azərbaycan-a açıqlamasındaa bu və digər suallarımızı cavablandırıb. C.Səfərov bildirib ki, smart-kart tipli yeni sayğaclar hələlik 200 ədəd olaraq pilot layihə kimi ölkəyə gətirilib. Sınaq işlərinə isə artıq başlanılıb: "Bu mərhələli bir prosesdir. Ardıcıl icra edilməlidir. Sayğac quraşdırıldıqdan sonra ödəmə əməliyyatlarına başlanılır. Çünki sayğacın proqram təminatı ümumi abonent bazası məlumatlarına inteqrasiya etməlidir. Çox ehtiyacla edilən bu proseslər dəqiqliklə olunmaldır ki, sonrakı mərhələlərdə çətinliklər ortaya çıxmasın".

Bu sayğacların hansı ərazilərdə quraşdırılacağaına gəlincə isə qurum rəsmisi bununla əlaqədar hələlik konkret ərazi təyin edilmədiyini diqqətə çatdırıb: "Ayrı-ayrı məkanlar götürülüb. Lakin burada da çalışırıq ki, abonentlərin bir qismi bina evlərindən, digər qismi fərdi yaşayış evlərindən (həyət evləri) olsun. Yəni, pilot layihə üçün bir rayon deyil, müxtəlif rayonların ərazilərindəki abonentlər seçilir".

Növbəti mərhələdə nə qədər belə sayğacın alınması planlaşdırılır, suallna cavab olaraq C.Səfərov bildirib ki, bu artıq pilot layihənin icrası və onun sonunda ortaya çıxacaq nəticələrdən aslıdır: "İstehsalçı şirkətə verilən təkliflərin özünü necə doğruldacağı, ortaya hər hansı bir xırda məqamlar çıxarsa, onun necə aradan qaldırılması və s. mərhələlərdən sonra sayğacların növbəti alınacaq say və gətirilmə müddəti ayırd olunacaq".

Qurum rəsmisi bildirir ki, klapanın açılması üçün əvvəlki sayğaclardakı kimi tələb olunan 190 saniyə məsələsi bu sayğaclarda yoxdur: "Bu yeni sayğacların üstün cəhətlərindən biridir. Eyni zamanda abonentin işini asanlaşdıracaq məqamdır. Qeyd edilən əməliyyat zamanı geriyə sayıma ehtiyac qalmır, kartdakı vəsait sayğaca yüklənəndə klapan dərhal açılacaq".

Qiymətlərə gəldikdə isə C.Səfərov bildirir ki, "Azəriqaz" İstehsalat Birliyi dövlət proqramları əsasında aparılan qazlaşma işləri zamanı fərdi yaşayış evlərinə sayğacları ödənişsiz yerləşdirir: "Yalnız MTK-larda (Mənzil Tikinti Koperativləri) sayğaclar tikinti şirkətləri tərəfindən satın alınır. Yeni sayğacların ümumi dəyəri barədə məlumatların isə pilot layihə mərhələsində açıqlanmasını məqsəduyğun saymazdıq. Bu istehsalçı şirkətin kommersiya maraqları ilə də uzlaşmaya bilər".

Yeni smart kart tipli sayğacların istismar müddəti 20 ilə yaxındır. "Azəriqaz" İB rəsmisi deyir ki, lakin dövlət yoxlanışının tələblərinə uyğun olaraq qaz ölçü qurğuları əhali abonent qrupu üçün hər 5 ildən bir dövlət yoxlanışına götürülür.

Qeyd edək ki, bu günə qədər istismarda olan smart-kart tipli sayğacların istehsalçısı Fransanın “İtron-Gallus” şirkəti sonuncu müsabiqədə qalib olmayıb. Yeni smart-kartlar isə əməliyyatların arxivləşmə mənbəyi kimi də xüsusi əhəmiyyətə malikdir. Belə ki, smart-kart həm ödəniş və borclar, həm də nasazlıqlar barədə mərkəzi bazaya məlumatların ötürülməsi üçün əsas vasitə olacaq.

5450
Co Bayden, arxiv şəkli

Pentaqon hakimiyyətin Baydenə ötürülməsi prosesində iştirakını təsdiqlədi

1
Bundan əvvəl ABŞ Federal Hökuməti Ümumi Xidmətlər İdarəsi faktiki olaraq Baydenin seçkidə qazandığı qələbəni tanıyıb və prezident səlahiyyətlərinin ötürülməsi prosesinə başlamağa hazır olduğunu bildirib.

BAKI, 24 noyabr — Sputnik. ABŞ Müdafiə Nazirliyi hakimiyyətin Co Baydenə verilməsi proseduruna başlanılması barədə məlumat aldığını açıqlayıb. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadla verdiyi məlumata görə, Pentaqon bu barədə açıqlama yayıb.

Bundan əvvəl ABŞ Federal Hökuməti Ümumi Xidmətlər İdarəsi (GSA) faktiki olaraq Baydenin seçkidə qazandığı qələbəni tanıyıb və prezident səlahiyyətlərinin ötürülməsi prosesinə başlamağa hazır olduğunu bildirib.

Pentaqondan o da qeyd olunub ki, departament artıq GSA və Baydenin nümayəndələri ilə əlaqə yaradıb.

"Nazirlik, prezident səlahiyyətlərinin ötürülməsi ilə bağlı qanuna uyğun olaraq, Ümumi Xidmətlər İdarəsinin rəhbərinin Bayden və Harrisin keçici qərargahına müəyyən resurslar və xidmətlər təqdim etdiyinə dair məlumat alıb. Biz də dərhal dəstək planımızı həyata keçirməyə başlayacağıq (Bayden qərargahına –red.)", – deyə Pentaqonun açıqlamasında bildirilir.

Qeyd edək ki, ABŞ-da prezident seçkisi noyabrın 3-də baş tutsa da, hələlik rəsmi nəticə elan olunmayıb. ABŞ KİV-lərinin yaydığı məlumata görə, demokratların namizədi Bayden qələbə qazanmaq üçün kifayət qədər səs toplaya bilib. Bir sıra dünya liderləri artıq onu təbrik ediblər.

Seçkinin nəticəsi ilə razılaşmayan hazırkı prezident Donald Tramp isə rəqibini "səsləri oğurlamaqda" ittiham edib.

ABŞ-ın növbəti prezidentinin andiçmə mərasiminin 2021-ci ilin yanvar ayının 20-də baş tutması gözlənilir.

1
Teqlər:
prezident seçkiləri, Pentaqon, Donald Tramp, Co Bayden

Azərbaycanın xarici ticarət göstəriciləri

1
İxracat sahəsində Azərbaycanın əsas ticarət tərəfdaşları İtaliya, Türkiyə, Rusiya, Yunanıstan, Çin və Hindistandır. İdxal sahəsində isə ölkəmiz daha çox Rusiya, Türkiyə, Çin, ABŞ, Almaniya və Fransa ilə əməkdaşlıq edir.
© Sputnik / Elnur Salayev

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2020-ci ilin yanvar-sentyabr ayları ərzində ölkənin xarici ticarət dövriyyəsi 17,83 milyard dollar təşkil edib ki, bunun 10 milyard dolları ixracın, 7,8 milyard dolları isə idxal məhsullarının payına düşür. Müsbət ticarət saldosu 2.2 milyard dollara bərabər olub.

Bu dövrdə Azərbaycan məhsullarının əsas satış bazarı – İtaliya (29,5%), Türkiyə (19,9%), Rusiya (4,7%), Yunanıstan (4,1%), Çin (4%) və Hindistan (3,4%) olub. Ölkəmiz isə daha çox Rusiya (18.4%), Türkiyə (14.4%), Çin (13%), ABŞ (6.7%), Almaniya (4.3%) və Fransadan (4,2% ) ticarət məhsulları idxal edib.

Yanvar-sentyabr aylarının yekunlarına görə, Azərbaycan ümumilikdə dünyanın 178 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.

Azərbaycanın xarici ticarəti ilə bağlı vəziyyətə dair daha geniş məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasından tanış ola bilərsiniz.

1