Məmur yoxlaması, arxiv şəkli

Məşhur tədris müəssisənin rəhbərinin başı dərddə

24
(Yenilənib 21:46 06.08.2020)
Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara Baş Prokurorluğun 961 nömrəli

BAKI, 6 avqust — Sputnik. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cəlal Məhərrəmovun vətəndaşların əmək hüquqlarını kobud şəkildə pozan qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciətə baxılıb.

Sputnik Azərbaycan Baş Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, araşdırmalarla Cəlal Məhərrəmovun 2018- 2020-ci illər ərzində fəaliyyətini təşkil etdiyi "Jalal-İ" tədris mərkəzinin baş ofis və filialların inzibati binalarında ona müxtəlif ixtisas sahələri və peşə istiqamətləri üzrə kursları şagird, abituriyent və sair şəxslərə tədris etmək üçün işə qəbul olunmaq məqsədilə müraciət edən 34 nəfəri Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin tədris kurslarında faktiki olaraq işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsinə, həmin şəxslərin əmək hüquqlarına və qanuni mənafelərinə, habelə sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması, fərdi və ictimai rifahın əsası kimi əmək münasibətlərinin qorunması sahəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış material əsasında 21 aprel 2020-ci il tarixdə Baş İdarədə Cinayət Məcəlləsinin 162-1.1 (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə mühüm zərər vurduqda) maddələri ilə cinayət işi başlanaraq Cəlal Məhərrəmova həmin maddələrlə ittiham elan edilib.

Cinayət işi üzrə ibtidai istintaq 30 iyul 2020-ci il tarixdə tamamlanıb və ittiham aktı təsdiq edilməklə baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara Baş Prokurorluğun 961 nömrəli "Çağrı Mərkəzi"nə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə məlumat verilməsini tövsiyə edir.

24
Əlaqədar
Rüşvəti yardım adı ilə rəsmiləşdirənə cinayət işi açıldı
Masallıda vəzifəli şəxslər həbs olundular
Bankın rəhbərlərindən biri filial müdirinə "atdı", indi də məhkəmə qarşısındadır
Azərbaycanda daha bir qalmaqallı həbs – Bu dəfə orkestr rəhbəri tutuldu
DSMF-in vəzifəli şəxsləri rüşvətə görə həbs edildi

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

17
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

17
Qəza, arxiv şəkli

Cəlilabadda ağır yol qəzası olub, ölən yaralananlar var

14
Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.

Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

14