Oğru, arxiv şəkli

Məktəbdən oğurluq edən şəxs saxlanılıb

6
Araşdırmalarla onun rayon sakini Əlişir Tağıyev olduğu müəyyən edilib. Ə. Tağıyevin 110 manat pul və 495 manat dəyərində 1 ədəd mobil telefon oğurladığı məlum olub. Saxlanılan şəxslər dindirilmə zamanı törətdiyi cinayət əməllərini etiraf edib.

BAKI, 6 avqust — Sputnik. İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisindəki məktəbdən və evlərin birindən oğurluq edən şəxslər saxlanılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, avqust ayında rayon ərazisində yerləşən məktəblərin birindən oğurluq edilməsi barədə RPŞ-yə müraciət daxil olub. Daxil olmuş müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Musa Məlikov saxlanılıb. Araşdırmalarla onun 6 ədəd noutbik və 1 ədəd rəqəmsal televizor oğurladığı müəyyən edilib. Oğurlanmış əşyalar maddi sübut kimi götürülüb.

Bundan başqa keçirilmiş digər tədbirlərlə rayon ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən digər bir şəxs də saxlanılıb. Araşdırmalarla onun rayon sakini Əlişir Tağıyev olduğu müəyyən edilib. Ə. Tağıyevin 110 manat pul və 495 manat dəyərində 1 ədəd mobil telefon oğurladığı məlum olub. Saxlanılan şəxslər dindirilmə zamanı törətdiyi cinayət əməllərini etiraf edib.

Hər iki faktla bağlı İmişli RPŞ-də araşdırmalar davam etdirilir.

6

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

18
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

18
Qəza, arxiv şəkli

Cəlilabadda ağır yol qəzası olub, ölən yaralananlar var

14
Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.

Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

14