Raket buraxılışı

Hərbi bazaya raketlə hücum hücum edənlərin kimliyi bilinmir

12
(Yenilənib 13:47 06.08.2020)
Son zamanlar KİV-də naməlum qruplaşmaların Suriyanın Əl-Haseke və Deyr-əz-Zor vilayətlərində ABŞ bazalarına hücumlarına dair məlumatlar yer alır

BAKI, 6 avqust — Sputnik. Birləşmiş Ştatların Suriyadakı hərbi bazası raket atəşinə tutulub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Suriyanın "Al-Watan" nəşri məlumatı yayıb.

Qeyd olunur ki, bazaya hücum Suriyanın şimal-şərqində, əş-Şaddadi şəhərindəki bazaya hücum edilib. Hələlik bazaya hücuma görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Xatırladaq ki, son zamanlar KİV-də naməlum qruplaşmaların Suriyanın Əl-Haseke və Deyr-əz-Zor vilayətlərində ABŞ bazalarına hücumlarına dair məlumatlar yer alır. Pentaqon bu məlumatları təkzib edir.

12

Strateji yol xəritəsi: Azərbaycanda COVID-19 vaksini kimlərə vurulacaq?

22
(Yenilənib 16:08 23.09.2020)
TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, hazırda seroloji testlər aparılır. ÜST-ün də tövsiyəsinə əsasən, ilkin olaraq əhalinin 20 faizinə peyvənd vurulması yetərli sayılır.

BAKI, 23 sentyabr — Sputnik. Ölkəmizdə koronavirusla mübarizəyə dair effektiv tədbirlər öz nəticəsini verib.

Sputnik Azərbaycan xəvər verir ki, bunu bu gün Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-COV-2 virusuna qarşı vaksinasiya məsələlərinə həsr olumuş iclasında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, hazırda ölkəmizdə epidemioloji situasiya sabitdir: "Hazırda virusa qarşı dərman əldə olunmayıb. Virus əleyhinə dərmanların tapılması uzun müddət tələb edir. Vaksinlərlə bağlı tədqiqatlara gəlincə, son mərhələyə gələn tədqiqatlar var. 18 sentyabr 2020-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalanıb. Sazişə görə, ÜST (Ümümdünya Səhiyyə Təşkilatı) tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər, Azərbaycan da təsdiqlənmiş peyvədlə təmin olunacaq. GAVI təşkilatının əsası 2000-ci ildə qoyulub. Təşkilatın mərkəzi ofisi İsveçrənin Cenevrə şəhərində yerləşir.

Çoxtərəfli platformalarda ölkələrin iştirakı məqsədilə, GAVI, CEPI və ÜST tərəfindən COVAX platforması yaradılıb. COVAX təşkilatı, geniş sayda peyvənd namizədlərini müxtəlif texnologiyalar vasitələrilə qiymətləndirərək təhlükəsiz COVID-19 peyvənd təkliflər portfelini istifadə etmə imkanı yaradan əvəzolunmaz mexanizmə malik sistemdir. COVAX platformasının əsas məqsədi COVID-19 ilə mübarizədə vaksin istehsalını sürətləndirmək və bütün ölkələr üçün ədalətli və bərabər əlçatanlıq imkanı yaratmaqdır".

R.Bayramlı qeyd edib ki, artıq imzalanmış sazişlə əlaqədar Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasına Fonddan vaksinlərin alınması üçün vəsait ayrılmasına dair müraciət ediləcək: "İndiyə qədər koronavirusla mübarizə üçün dövlət büdcəsindən vəsait ayrılıb. İndi isə hökumət vaksinlə bağlı imzalanmış sazişlə əlaqədar vəsaitin Fondun vəsaiti hesabına alınmasını məqbul sayıb və Fondun İctimai Şurasına da bununla bağlı müraciət ediləcək".

"Hesablamalar göstərir ki, əhalinin ilkin olaraq 20%-nə peyvəndlərin vurulması epidemioloji vəziyyətə effektiv nəzarət etmək üçün kifayət edə bilər. İstifadə oluna biləcək vaksinlər üzrə vacib tələblərdən biri vaksinin effektiv və təhlükəsiz olmasıdır", - Ramin Bayramlı deyib.

O, əlavə edib ki, hazırda seroloji testlər aparılır: "ÜST-ün də tövsiyəsinə əsasən, ilkin olaraq əhalinin 20 faizinə peyvənd vurulması yetərli sayılır".

"Vaksinasiyadan əldə etmək istədiyimiz nəticə xəstəliyin epidemiyasının aradan qalxmasıdır" - TƏBİB-in sədri bildirib. Onun sözlərinə görə, yoluxmanın aradan qalxması qlobal gözləntidir:

"Vaksinin kimlərə vurulması ilə bağlı strateji yol xəritəsi hazırlanır. Bizim elmi qurumlar, Səhiyyə Nazirliyi bu istiqamətdə öz işlərini görürlər. Təbii ki, tədqiqatlar başa çatmalıdır ki, vaksinlərin kimə vurulması göstəriş, kimə vurulmasının əks-göstəriş olduğu bəlli olsun. Bu barədə vaksinasiya strategiyasında yer alacaq. Vaksinasiya başa çatanda, vaksinasiya strategiyamız da tam formalaşmış olacaq".

22
Balaxanı qəsəbəsində

Prezident Balaxanı kəndində görülən işləri bəyənib

8
(Yenilənib 16:08 23.09.2020)
İlham Əliyev: "Vaxtilə zibilxana olmuş yer indi gözəl bir poliqona çevrilib və iş yerləri yaradılıb....Bütün işlər böyük məhəbbətlə, zövqlə görülüb".

BAKI, 23 sentyabr — Sputnik. "Balaxanı kəndinin yeni dövrü başlayır. Mən bu münasibətlə sizi təbrik edirəm. Bilirsiniz ki, Balaxanı kəndinə mənim xüsusi diqqətim var. Hələ bir neçə il bundan əvvəl o məşhur Balaxanı zibilxanasının təmizlənməsi, aradan qaldırılması artıq burada görülən ekoloji işlərə start verdi. Çünki bu, həm Balaxanı sakinlərinə böyük əziyyət verirdi, həm də bütövlükdə Bakı şəhərinin sakinlərinə çox mənfi təsir edirdi".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə sentyabrın 23-də Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olarkən sakinlərlə söhbət zamanı deyib.

"Vaxtilə zibilxana olmuş yer indi gözəl bir poliqona çevrilib və iş yerləri yaradılıb. Sənaye parkı fəaliyyət göstərir, zibilyandırma zavodu fəaliyyət göstərir. Eyni zamanda, onun yanında yerləşən Böyükşor gölünün böyük hissəsi artıq təmizlənib və gölün üzərindən yol da çəkilib. Ona görə indi gediş-gəliş üçün də yaxşı imkanlar yaradılıb. Bütün işlər böyük məhəbbətlə, zövqlə görülübdür", - prezident deyib.

"Həm infrastruktur layihələri, kanalizasiya, insanların rahatlığı üçün yaradılmış şərait, elektrik xətləri, binaların təmiri, dam örtükləri, yollar, küçələr estetik görünüş - bütün bunlar bir məqsədlə edilir ki, burada yaşayan insanlar özlərini rahat hiss etsinlər, onlar üçün yaxşı şərait yaradılsın. Eyni zamanda, iş yerləri yaradılıbdır. Mənə verilən məlumata görə, burada yaşayan vətəndaşlar işlərə cəlb olunub. Onlar ağaclar, güllər, kollar yetişdirirlər və eyni zamanda, digər yerlərdən də gəlib burada işləyənlər var. Bütövlükdə bu abadlıq işlərində minə yaxın insan işlə təmin edilib,- deyə İlham Əliyev bildirib.

8
Teqlər:
Balaxanı qəsəbəsi, Mehriban Əliyeva, Prezident İlham Əliyev, İlham Əliyev