CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Goranboyda qadını qətlə yetirən şəxs saxlanıldı

© AP Photo / Bob EdmeОхотничьи ружья, фото из архива
Охотничьи ружья, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

BAKI, 6 avqust — Sputnik. Ötən gün gecə saatlarında Goranboy rayonu, Goran qəsəbə sakini, 1983-cü il təvəllüdlü Gülbuta İmanovanın odlu silahdan atəş açılması nəticəsində öldürülməsinə dair məlumat daxil olub.

Sputnik Azərbaycan Goranboy Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla cinayətin 1986-cı il təvəllüdlü Qərib Zamanov tərəfindən zərərçəkmiş şəxslə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı ov tüfəngindən atəş açarılaraq törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Qərib Zamanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0