SpaceX

"SpaceX" Ay gəmisini belə sınaqdan keçirdi

7
(Yenilənib 10:27 06.08.2020)
Aya və Marsa 100 nəfərədək adamın rahat şəkildə nəql edilməsi üçün nəzərdə tutulan kosmik gəmi sınaqdan uğurla çıxıb.

BAKI, 5 avqust — Sputnik. ABŞ-ın "SpaceX" şirkətinin "Starship SN5" kosmik gəmisinin beşinci Ay-Mars sınaq prototipi artıq sınaqdan çıxıb. Müvafiq video "YouTube"-da yerləşdirilib.

"Ars Technica" nəşri qeyd edir ki, bir "Raptor" mühərriki ilə təchiz olunmuş 30 metrlik cihaz 150 metr yüksəkliyə qalxıb və yan tərəfə doğru manevr edəndən sonra uğurla enib. "Starship SN5"-in uçuşunun digər rakursdan çəkilmiş videosunu "SpaceX" də Twitter-də yayımlayıb. Həmin videoda da "Raptor"-un prototip içərisindəki işi əyani şəkildə göstərilir.

2018-ci ilin iyununda "Enerqomaş" Elmi-İstehsalat Birliyinin (RD-180 istehsalçısı) baş direktoru İqor Arbuzov metanda raket mühərriklərinin kerosin güc aqreqatlarından daha perspektivli olduğunu və Birləşmiş Ştatların bu qurğuların yaradılmasında Rusiyanı ötdüyünü bəyan etmişdi. Mütəxəssis qeyd edirdi ki, "metan - az resurslardan və yatırımlardan istifadə etməklə dərəcədən təkrar istifadə üçün aqreqatı bərpa etməyə imkan verən ən universal vasitədir". "Qaz, demək olar ki, yanmır, aqreqatlar başqa yanacaq növlərindən, məsələn, kerosin və oksigen-hidrogen yanacağı qarışığından istifadə zamanı olduğu kimi yüklənmir", - deyə Arbuzov əlavə edib.

"Starship" "SpaceX" tərəfindən yaradılmış ikinci dərəcəli "BigFalcon Rocket" (BFR) dəfələrlə istifadə edilən kosmik nəqliyyat sistemidir. Altı "Raptor" mühərriki ikinci dərəcəni alacaq ki, onun da birincisi 31-dir. Metan və oksigenlə fəaliyyət göstərən "Raptor", bütün yaradılmış raket mühərrikləri arasında ən böyük cazibə qüvvəsi (çəkisinə qarşı inkişaf edən dartma gücünə malik aqreqata münasibəti) ilə fərqlənir. Çoxdəfəlik variantda BFR sisteminin 150 tona qədər yerətrafı orbitə çıxarılması və 50 tona qədər Yerə qaytarılması mümkündür. Bu sistem həmçinin Aya və Marsa 100 nəfərədək (hər kabinədə 2-3 nəfər) adamın rahat nəql edilməsi üçün nəzərdə tutulub. Sistem gələn onilliyin birinci yarısında uçmalıdır.

7
Аллея флагов возле здания Организации Объединённых Наций (ООН) в Женеве

Azərbaycan Prezidenti bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırdı

183
(Yenilənib 01:16 25.09.2020)
İlham Əliyev: Etnik təmizləmə aparmış işğalçı ölkənin silahlarla təchiz edilməsi sülh danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl atmağa həvəsləndirir.

BAKI, 25 sentyabr - Sputnik. Biz Ermənistana artmaqda olan silah təchizatından ciddi narahatıq. Xüsusilə də Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədilmiş hərbi təxribatdan sonra.

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında deyib.

Prezident qeyd edib ki, dövlət sərhədindəki toqquşmaların qaynar fazası iyulun 16-da sona çatıb. Növbəti gün - iyulun 17-dən etibarən sentyabr ayına qədər biz hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşınmasının şahidi olduq. Ermənistanın dünyanın ən yoxsul ölkələrindən biri olduğunu və silahlara milyardlarla dollar xərcləmək imkanına malik olmadığını nəzərə alsaq, silahların ona pulsuz verildiyi qənaətinə gələ bilərik.

Etnik təmizləmə aparmış işğalçı ölkənin silahlarla təchiz edilməsi sülh danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl atmağa həvəsləndirir. Bu mənada biz bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırırıq.

183
Əlaqədar
İlham Əliyev: "Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır"

İlham Əliyev: "Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır"

270
(Yenilənib 01:26 25.09.2020)
Azərbaycan Prezidenti İlham Əliyev: "İşğalçı dövlət olan Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır!"

BAKI, 25 sentyabr - Sputnik. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir. Ermənistan isə təqribən 30 ildir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqda davam edir. İşğalçı dövlət olan Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır.

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında deyib.

Dövlətimizin başçısı qeyd edib ki, beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti aparır. Azərbaycan da daxil olmaqla, beynəlxalq ictimaiyyətin diqqətinin Beyrutdakı partlayışın fəsadlarının aradan qaldırılmasına yönəldiyi bir vaxtda, Ermənistan vəziyyətdən sui-istifadə edərək Azərbaycanın işğal olunmuş ərazilərinə erməni əsilli livanlıları yerləşdirməklə məşğuldur.

"Qeyri-qanuni məşkunlaşdırma 1949-cu ilin Cenevrə Konvensiyası daxil olmaqla, beynəlxalq hüququn ciddi pozulmasıdır. Bu, müharibə cinayətidir. Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırmanın hüquqi qüvvəsi ola bilməz.Bugünkü Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni miras dağıdılmış və talan edilmişdir. Ermənistan işğal edilmiş ərazilərimizdə də Azərbaycanın tarixi və dini abidələrini dağıtmışdır. Məqsəd isə orada azərbaycanlıların bütün izlərini silməkdir", - İlham Əliyev deyib.

O qeyd edib ki, Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz olaraq təbii ehtiyatları istismar edir və süni ekoloji böhran yaratmaq məqsədilə su ehtiyatlarından istifadə edir. Azərbaycanın işğal altında olan ərazilərində qızıl və digər qiymətli metal və minerallar hasil edən Ermənistan onları beynəlxalq bazarlara ixrac edir. Bu, qanunsuz biznes fəaliyyəti və çirkli pulların yuyulması sxemidir.

"Azərbaycanın təbii ehtiyatlarını qanunsuz istismar edən beynəlxalq şirkətlər qeyri-qanuni fəaliyyətlərini dərhal dayandırmadıqları halda onlar hüquqi məsuliyyətlə üzləşəcəklər. Azərbaycan işğal edilmiş ərazilərimizdə təbii ehtiyatlarımızın qanunsuz istismarı ilə məşğul olan şəxs və şirkətlərə qarşı artıq hüquqi addımlar atmağa başlayıb", - Prezident əlavə edib.

270
Teqlər:
Ermənistan, BMT Baş Assambleyası, BMT, Prezident İlham Əliyev