BAKI, 4 avqust — Sputnik. Madrid "Real"ı və "Portu"-nun sabiq qapıçısı İker Kasilyas futbolçu karyerasını bitirdiyini açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, Kasilyas bunu öz "Twitter" səhifəsində yazıb.
"Əsas olan arzuladığınız təyinat nöqtəsi deyil, sizi müşayiət edən insanlar kimi getdiyiniz yoldur. Hər şey görülən iş və səylə qazanılır. Tərəddüd etmədən deyə bilərəm ki, bu, həm yol, həm arzu, həm də hədəf oldu. Sağ olun", - veteran qolkiper yazıb.
Qeyd edək ki, 39 yaşlı qapıçı Madrid "Real"-ının yetirməsidir. O, komandanın heyətində 510 oyun keçirib və 2015-ci ildə klubu tərk edib.
Qapıçı "Real"-ın heyətində 5 dəfə İspaniya çempionu, iki dəfə İspaniya kuboku, 4 dəfə İspaniya Super Kubokunun sahibi olub. Kasilyas, həmçinin üç dəfə Çempionlar Liqasının qalibi olub.
İspaniya millisinin heyətində Kasilyas 2010-cu ildə dünya çempionu, 2008 və 2012-ci illərdə isə iki dəfə Avropa çempionu olub.
BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.
“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.
İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.
Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.