Bakıda zibilxanada güllə və partladıcılar aşkarlanıb

Bakıda zibilxanada partladıcı güllələr aşkarlandı

15
(Yenilənib 16:32 02.08.2020)
Agentliyin mütəxəssisləri 1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 37 ədəd müxtəlif çaplı patronlar və 1 ədəd boş avtomat darağı aşkarlayıblar

BAKI, 2 avqust — Sputnik. Bu gün saat 11:04-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində məişət tullantıları sahəsində patronların aşkar olunması barədə məlumat daxil olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Sabunçu rayon Polis İdarəsinin və Səhiyyə Nazirliyinin Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının (103 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndəriliblər.

  • Bakıda zibilxanada güllə və partladıcılar aşkarlanıb
    © Azerbaijan National Agency for Mine Action
  • Bakıda zibilxanada güllə və partladıcılar aşkarlanıb
    © Azerbaijan National Agency for Mine Action
  • Bakıda zibilxanada güllə və partladıcılar aşkarlanıb
    © Azerbaijan National Agency for Mine Action
  • Bakıda zibilxanada güllə və partladıcılar aşkarlanıb
    © Azerbaijan National Agency for Mine Action
1 / 4
© Azerbaijan National Agency for Mine Action
Bakıda zibilxanada güllə və partladıcılar aşkarlanıb

Agentliyin mütəxəssisləri və Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri 1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 37 ədəd müxtəlif çaplı patronlar və 1 ədəd boş avtomat darağı aşkarlayıb,  zərərsizləşdirilməsi üçün götürərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşıyıblar.

Hərbi təyinatlı əşyaların ətrafında 100 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

15
Avtomobil tıxacı, arxiv şəkli

Yolları zəbt etmək üçün icazə almaq lazımdır

6
(Yenilənib 19:39 19.09.2020)
Bir çox tikinti şirkətləri müvəqqəti narahatlığa görə üzr istəyib küçə və yolları aylarla bağlı saxlayır, küçələrdə avtomobillərin hərəkətinə maneə yaradır, süni tıxaca səbəb olurlar.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 19 sentyabr — Sputnik. "Paytaxtın küçələri darısqaldı", "qanunsuz park edilmiş avtomobillər yolları darlaşdırır", "tıxaclara səbəb avtomobil sıxlığıdır" və s. bu kimi fikirlərlə tez-tez qarşılaşırıq.

Bəli, etiraf etməliyik ki, paytaxtda avtomobil sıxlığı var. Bu belədir. Ancaq küçələrdə sıxlıq və tıxac çox zaman süni şəkildə yaradılır.

Yəni çox zaman yollar və küçələr tikinti şirkətlərinin qanunsuz mənimsəmələri, ağır texnikalarının yerləşdirilməsi, qanunsuz hasarlamalar və s. nəticəsində baş verir.

Bir çox tikinti şirkətləri müvəqqəti narahatlığa görə üzr istəyib küçə və yolları aylarla bağlı saxlayır, küçələrdə avtomobillərin hərəkətinə maneə yaradır, süni tıxaca səbəb olurlar.

Bəzi şirkətlər isə, zəhmət çəkib heç müvəqqəti narahatlığa görə üzr istəməyi də özlərinə rəva bilmirlər. İstədikləri əraziyə texnikalarını yerləşdirib, işlərini görürülər. Sanki elə belə də olmalı imiş.

Ötən gün belə halların biri Fəhlə Prospektində yaşanıb. Belə ki, 4 zolaqlı yolun iki zolağı böyük texnika tərəfindən zəbt edilib.

Gündüz saatlarında bu texnikanın yolda yaratdığı problem o qədər nəzərə çarpmasa da, axşam saatlarında böyük sıxlığa və tıxaca səbəb olur.

Tikinti şirkətləri yolları hansı halda zəbt edə bilər?

Sputnik Azərbaycan bu məsələni araşdırıb.

Yol-nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müşahidələr deməyə əsas verir ki, yolların və səkilərin zəbt edilməsi çox zaman tikinti şirkətləri tərəfindən baş verir.

"Çox zaman tikinti şirkətləri hərəkət zolaqlarını zəbt edir. Bu da yollarda hərəkət iştirakçılarına, hərəkət intensivliyinə mane olur. Həmin yolda hərəkətin sürəti azalır və sıxlıq müşahidə edilir", - deyən ekspert vurğulayıb ki, bəzi hallarda yollar zəbt edilsə də, avtomobillər üçün alternativ yollar təqdim edilmir.

A.Allahverənov bildirir ki, yolların zəbt edilməsi ilə bağlı, qanunvericilikdə müddəalar olsa da, bu proses xüsusi qurumlarla razılaşdırıldıqdan sonra baş tutmalıdır. Bu halda belə yol müəyyən müddətə bağlana bilər:

"Yollar tikinti şirkətləri tərəfindən bütünlüklə zəbt edilə bilməz. Bu o zaman baş verə bilər ki, hərəkət iştirakçılarına alternativlər təqdim edilsin".

Mütəxəssisin fikrincə, bu məsələdə ictimai rəyin də kifayət qədər təsiri var.

Hüquqşünas Fərid Həmidlinin sözlərinə görə, Avtomobil yolları haqqında qanunun 15-1-ci maddəsinə görə, yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir.

"Ümumi istifadədə olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarında avtomobil yollarının tikintisi, saxlanılması, təmiri, yenidən qurulması və yol hərəkətinin təhlükəsizliyi, sərnişin və yük daşımaları sahəsində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının fəaliyyəti ilə əlaqədar olan tikililər və qurğular, habelə yolkənarı xidmət obyektləri istisna edilməklə, digər tikililərin və qurğuların yerləşdirilməsi qadağandır", deyən hüquqşünasın sözlərinə görə, avtomobil yollarında qurğular yeləşdirilən zaman avtomobil yollarının sahibindən icazə alınmalıdır.

Mütəxəssis bildirib ki, avtomobil yollarının tikinti şirkəti və ya şəxslər tərəfindən zəbt edilməsi hərəkət iştirakçılarının-sürücülərin də hüquqlarını pozur. Məhz bu səbəbədən də, hər hansı şirkət və ya şəxs yolu zəbt edib, iş görmək barədə düşünürsə, bunun üçün əvvəlcə ərazi üzrə icra hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Agentliyi və Dövlət Yol Polisindən icazə almalıdır.

6

Azərbaycan Prezidenti: “Neft bizim üçün məqsəd deyil"

2
(Yenilənib 19:25 19.09.2020)
"Balaxanı zibilxanasını yadımıza salaq. Oradan çıxan tüstülər bütün şəhəri bürüyürdü və bir zəhər idi".

BAKI, 19 sentyabr - Sputnik. “Vaxtilə Bakı, Abşeron yarımadası, Sumqayıt şəhəri ekoloji fəlakət zonaları kimi təqdim edilirdi və faktiki olaraq ekoloji fəlakət mövcud idi. İndi bir çox hadisələr yaddan çıxır. Ancaq bizim neftlə ən çirklənmiş yerimiz Bibiheybət buxtası idi. İndi Bibiheybət buxtası gözəl parklar, istirahət zonalarına çevrilib və Bibiheybət qəsəbəsi indi faktiki olaraq yenidən qurulub. Yəni, o, bir ekoloji fəlakət zonası idi və həmin görüntülər yəqin ki, bir çoxlarının xatirindədir”.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu sözləri Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan telekanallarına müsahibəsində deyib.

Azərbaycan Prezidenti qeyd edib ki, digər ekoloji fəlakət zonası Balaxanı və onun neft mədənləri idi: "İndi baxın, Balaxanı gözəl bir qəsəbəyə çevrilibdir və orada işlər artıq tamamlanmaq üzrədir. Mən özüm gedib baş çəkəcəyəm və baxacağam ki, mənim göstərişlərim necə yerinə yetirilir. Təkcə Balaxanı yox, bütün qəsəbələr. Mən demişəm, Bakının bütün qəsəbələri abadlaşdırılmalıdır, orada insanlar üçün daha yaxşı şərait yaradılmalıdır. İnsanları narahat edən bütün problemlər həll olunmalıdır və estetik cəhətdən bu qəsəbələr müasir səviyyəyə uyğun olmalıdır. Qəsəbələrdə bütün tarixi abidələr restavrasiya, bərpa edilməlidir və bu qəsəbələrə biz yeni həyat verəcəyik.

Balaxanı zibilxanasını yadımıza salaq. Oradan çıxan tüstülər bütün şəhəri bürüyürdü və bir zəhər idi. Mən bu məsələ ilə məşğul olmağa başlayanda bəziləri deyirdilər ki, bunu söndürmək mümkün deyil. Çünki o altdan yanır və orada qazlar əmələ gəlir, çox təhlükəli yerdir, yaxın düşmək olmaz. Bəziləri deyirdi ki, gəlin sarkofat tikək bunun üstündə. Yəni, belə cəfəng təkliflər var idi. Amma biz indi bunun da yolunu tapdıq. Tamamilə təmizləndi. İndi orada gözəl park salınıb və zibilyandırma zavodu fəaliyyətə başladı. Onun yanında növbəti ekoloji fəlakət zonası – Böyükşor gölünün də bir hissəsi təmizləndi. O da ekoloji fəlakət idi, çünki açıq neft rezervuarı idi. Eyni zamanda, bütün kanalizasiya suları da oraya axıdılırdı. Amma indi orada bulvar salınıbdır və o gölə quşlar qonur.

Qara şəhəri yadımıza salaq. Artıq o anlayış yoxdur, onun yerində Ağ şəhər var. Ağ şəhər şəhərsalma layihəsini biz icra edəndə orada ən azı iki metr torpaq layı çıxarıldı. O da bütün neft çöküntüləri idi, qudron idi, zəhər idi. Onun yanında “Azərneftyağ” neft emalı zavodu. Onun da artıq fəaliyyəti başa çatmaq üzrədir. Çünki iki ildən sonra Heydər Əliyev neftayırma zavodunda rekonstruksiya, yenidənqurma başa çatacaq, Avro-5 benzini istehsal olunacaq. Beləliklə, havanı ən çox çirkləndirən nəqliyyat vasitələri təmiz benzinlə təmin ediləcək və “Azərneftyağ” neft emalı zavodu söküləcək. Bütün o rezervuarlar, qurğular söküləcək, ora böyük park olacaq.

Sumqayıt şəhərinin ekoloji vəziyyətinə baxın. İndi əvvəllər Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki, o üfunət iyi, o zəhər girməsin maşına. Amma bu gün Sumqayıt elə bil ki, kurort şəhəridir. Orada sənaye potensialı möhkəmləndirilməklə müasir təmizləyici qurğular quraşdırıldı, sənaye parkları yaradıldı. Bütün bunları biz etmişik. Bu, çünki bizim xalqımızın həyatıdır, uşaqlarımızın, gələcək nəslin sağlamlığıdır.

Mən Prezident seçiləndən sonra demişdim, birinci bəyanatlarımdan biri idi ki, “qara qızıl”ı insan kapitalına çevirməliyik, insanlara xidmət etməliyik. Biz bu sahədə, ilk növbədə, insan amilini nəzərə almalıyıq. Çünki neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir və bunu edirik. Ekoloji layihələr hələ ki, bitməyib, hələ görüləsi işlər çoxdur”.

2