İranda epdimioloji vəziyyət

İranda koronavirusa yoluxanların sayı 300 mini keçdi

6
(Yenilənib 22:32 30.07.2020)
Son 24 saat ərzində koronavirusa 2621 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 301530-a çatıb.

BAKI, 30 iyul — Sputnik. İranda koronavirusa yoluxanların sayı bir gün ərzində 2621 nəfər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sədat Lari bildirib.

"Son 24 saat ərzində koronavirusa 2621 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 301530-a çatıb. Bir gün ərzində 226 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 16569-yə çatıb", - deyə məlumatda bildirilib.

O, həmçinin qeyd edib ki, virusa yoluxan 301530 şəxsdən 261200 nəfəri sağalıb.

Xatırladaq ki, SARS-CoV-2 koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 17 milyonu keçib, 667 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

6
 Göygöldə yol

İlin ən romantik fəslinin daxil olacağı tarix açıqlandı

1
(Yenilənib 12:44 19.09.2020)
Şamaxı Astrofizika Rəsədxanasının verdiyi xəbərə görə, payız fəsli Azərbaycana 22 sentyabr saat 17:30:36-də daxil olacaq

BAKI, 19 sentyabr — Sputnik. Gələn həftə Azərbaycana payız fəsli daxil olacaq. Sputnik Azərbaycan-ın AMEA Şamaxı Astrofizika Rəsədxanasına istinadən verdiyi xəbərə görə, payız fəsli Azərbaycana 22 sentyabr saat 17:30:36-də daxil olacaq.

Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayacaq.

1
Arşın mal alan - talış dilində

"Arşın mal alan" daha bir ölkədə nümayiş olunacaq

2
Səhnə əsərinin rejissoru Azərbaycan Dövlət Akademik Opera va Balet Teatrının baş rejissoru Hafiz Quliyev, rəssamı Tomiana Tomova Naçevadır.

BAKI, 19 sentyabr — Sputnik. Premyeranın keçirilməsi cari ilin oktyabr ayına planlaşdırılır

Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycanın Bolqarıstandakı Səfirliyinin təşkilatçılığı ilə Bolqarıstanın zəngin tarixə malik olan Kırcali şəhərində "Kadriye Latifova" Musiqili Teatrında dahi bəstəkarın "Arşın mal alan" musiqili komediyası tamaşaya hazırlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, səhnə əsərinin rejissoru Azərbaycan Dövlət Akademik Opera va Balet Teatrının baş rejissoru Hafiz Quliyev, rəssamı Tomiana Tomova Naçevadır.

Premyeranın keçirilməsi cari ilin oktyabr ayına planlaşdırılır.

2