Hadisə yerində

Qaydaları pozaraq idman edənlər cəzalanıb

7
Obyekt sahibi və müştərilərə ciddi xəbərdarlıq edilərək bildirilib ki, xüsusi karantin rejimi dövründə növbəti belə bir halın təkrarlanacağı təqdirdə onları inzibatı həbs cəzası gözləyəcək.

BAKI, 29 iyul — Sputnik. Paytaxtın Nərimanov rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən idman zalı aşkar olunub.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Həsən Əliyev küçəsi 50 ünvanında yerləşən Qəhrəman İbrahimova məxsus "GYMCİTY" idman zalının işlədiyi və içəridə müştərilərin olduğu aşkar edilib. Obyektə baxış zamanı oranın sahibi və daha 3 nəfər müştəri xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq Polis İdarəsinə gətiriliblər.

© AR Ministry of Internal Affairs
Saxlanılan şəxslər

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə ciddi intizam tədbirləri görülüb.

© AR Ministry of Internal Affairs
Qəhrəman İbrahimov

Obyekt sahibi və müştərilərə ciddi xəbərdarlıq edilərək bildirilib ki, xüsusi karantin rejimi dövründə növbəti belə bir halın təkrarlanacağı təqdirdə onları inzibatı həbs cəzası gözləyəcək.

7
Qadın yatır, arxiv şəkli

Yatmaq üçün necə yataq seçmək lazımdır?

1
(Yenilənib 20:13 26.09.2020)
Ancaq yatmaq üçün ən yumşaq yatağı da seçmək olmaz. Bu, onurğa əyriliyinə səbəb ola bilər. Bir neçə hissədən ibarət divanda yatmaq da sağlamlıq üçün təhlükəlidir.

BAKI, 26 sentyabr — Sputnik. Bəziləri sərt yerdə yatmağın faydalı olduğunu hesab edir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, sərt yerlərdə yalnız ciddi onurğa xəsarətlərindən sonra və həkimin tövsiyəsi ilə yatmaq məsləhət görülür.

Bu barədə danışan həkim Stanislav Unmut bildirib ki, sərt yataq osteoxondroz və spondiloz xəstələri üçün təhlükəlidir.

Ancaq yatmaq üçün ən yumşaq yatağı da seçmək olmaz. Bu, onurğa əyriliyinə səbəb ola bilər. Bir neçə hissədən ibarət divanda yatmaq da sağlamlıq üçün təhlükəlidir.

Mütəxəssisin fikrincə, onurğa xəstəlikləri olan insanlar və bu cür xəstəliklərdən əziyyət çəkməyənlər üçün ən yaxşı seçim yarı sərt ortopedik döşəkdir: "Almazdan əvvəl bir neçə dəqiqə üstündə uzanın. Hər zaman müstəqil yayları olan döşək seçin. Bu, döşəyin bədənin hər hərəkətinə uyğunlaşmasına kömək edəcək".

1
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

"Axmaq olmaq istəmirik". Tramp seçki fırıldaqçılığından xəbərdarlıq etdi

5
(Yenilənib 20:09 26.09.2020)
"Biz yalnız onların fırıldaqlıq edəcəyi təqdirdə seçkiləri uduzacağıq. Biz buna imkan verə bilmərik", – Tramp bildirib.

BAKI, 26 sentyabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp qarşıdan gələn seçkilərdə məğlub olacağı təqdirdə hakimiyyətin "dostcasına" ötürülməsi prosesini istədiyini bəyan edib. Lakin Tramp yalnız demokrat rəqiblərinin poçt vasitəsilə səsvermədə fırıldaqlıq edəcəyi təqdirdə uduzacağını bildirib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, Tramp bunu Virciniyada tərəfdarları qarşısında çıxış edərkən deyib.

"Biz yalnız onların fırıldaqlıq edəcəyi təqdirdə seçkiləri uduzacağıq. Biz buna imkan verə bilmərik. Çünki bu insanlar ölkəmizi məhv edəcəklər, bunun baş verməsinə icazə verə bilmərik", – Tramp bildirib.

"Biz çox dostcasına bir keçid dövrü istəyirik, amma bizi aldatmalarını istəmirik. Onların minlərlə bülletenlə fırıldaqlıq etdiyini bilə-bilə "bəli, əlbəttə ki, gəlin hakimiyyəti verək" deyəcək qədər axmaq olmaq istəmirik. Biz buna dözməyəcəyik", – prezident əlavə edib.

O, həmçinin qeyd edib ki, ola bilsin seçkinin qalibi seçkidən sonra hələ bir neçə ay ərzində məlum olmasın.

5