Qandal

Vətəndaşdan pul tələb edən bələdiyyə sədri sabiq icra nümayəndəsi tutuldu

121
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

BAKI, 29 iyul — Sputnik. Həyata keçirilməkdə olan belə tədbirlərin davamı kimi, Zərdab rayonu, Yarməmmədbağı bələdiyyəsinin sədri vəzifəsində işləyən Xəlilov Sahib Osman oğlu və Zərdab rayon İcra Hakimiyyəti başçısının Yarməmmədbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş Xəlilov Rahib Yediyar oğlunun bələdiyyəyə məxsus 74 hektar torpaq sahəsini tərtib etdikləri 2007-ci il tarixli saxta icarə müqaviləsi əsasında 25 il müddətinə (2007-ci il tarixdən 2032-ci il tarixədək) icarəyə verilməsi müqabilində vətəndaşdan 10 min manat pul vəsaitini rüşvət qismində istəmələri barədə müraciət əsasında Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, daxil olmuş məlumat əsasında Baş İdarənin əməliyyat qurumları tərəfindən həyata keçirilmiş operativ əməliyyat-axtarış tədbirləri ilə Sahib Xəlilov və Rahib Xəlilovun qeyd edilən 10 min manat məbləğinin 500 manatını 18.07.2020-ci il tarixdə tanışlarının adına olan "Kapital bank" ASC-yə məxsus plastik karta yüklənməsinə nail olmaqla, habelə, qalan məbləğin 1.500 manatını isə 22.07.2020-ci il tarixdə Zərdab rayonu, Aşağı Seyidlər kəndində almaları təsbit edilmiş, həmin şəxslər 28 iyul 2020-ci il tarixdə vətəndaşdan tələb etdikləri məbləğin 5 min manatını Zərdab rayonu ərazisində yerləşən kafelərdən birində alarkən cinayət başında yaxalanıb.

Göstərilən faktlar əsasında 28 iyul 2020-ci il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə külli miqdarda maddi neməti rüşvət qismində istəməklə alma) və 313-cü (vəzifəli şəxs tərəfindən tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmə) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə Xəlilov Sahib Osman oğlu və Xəlilov Rahib Yediyar oğlunun Cinayət Məcəlləsinin həmin maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən sonuncular 28 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

121
20 nömrəli məktəbdə tədris prosesi

Əyani formada dərslərə davamiyyət faizi açıqlanıb

20
(Yenilənib 19:31 29.09.2020)
"Təhsil müəssisələrində koronavirusa qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır"

BAKI, 29 sentyabr — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində sentyabrın 29-da əyani formada dərslərə davamiyyət 85-90 faiz təşkil edib. İdarədən Sputnik Azərbaycan-a bildirilib ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirusa qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır. Bütün bunlar şagird və valideynlərdə əminlik hissini artırır, ənənəvi tədrisə və müəllimlə canlı ünsiyyətə əsaslanan dərs prosesinə maraq göstərənlərin faiz artımına təkan verir.

Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi intensiv atəşə tutub. Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb. Bununla əlaqədar olaraq distant (məsafədən) dərslərdə müəyyən fasilələr yaranıb. Şagirdlərin hazırkı vəziyyətdə "Mədəniyyət" və "Arb Günəş" televiziya kanalları vasitəsilə yayımlanan və bütün fənləri əhatə edən teledərsləri daha diqqətlə izləməsi tövsiyə olunur. İnanırıq ki, ümumi təhsil müəssisələrində tədrisin təşkili istiqamətində nəzərdə tutulan mərhələli tədbirlər bundan sonra da uğurla reallaşdırılacaqdır.

20
Teqlər:
məktəb, orta təhsil, təhsil, Azərbaycan
Əlaqədar
Təhsil Nazirliyi dərs cədvəlinə dəyişiklik etdi
Hərbi vəziyyətdə təhsilə necə davam edəcəyik - Nazirlik aydınlıq gətirir
Distant təhsil bir müddət dayandırılsın - ekspert səbəbi açıqladı
Təhsil Nazirliyi Ermənistanın təcavüzü nəticəsində həlak olan məktəblilərimiz barədə
Türkiyənin F-16 qırıcısı, arxiv şəkli

RƏSMİ: "Azərbaycan Hərbi Hava Qüvvələrinin tərkibində F-16 tipli təyyarə yoxdur"

25
İrəvan bu gün Ermənistana məxsus Su-25 təyyarəsinin F-16 qırıcısı tərəfindən vurulduğu barədə məlumat yayıb

BAKI, 29 sentyabr — Sputnik. “Biz bugünkü bəyanatda da bildirmişik ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin tərkibində F-16 tipli təyyarə mövcud deyil”.

Sputnik Azərbaycan bildirir ki, bunu Müdafiə Nazirliyinin keçirdiyi brifinqdə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Qeyd edək ki, İrəvan bu gün Ermənistana məxsus Su-25 təyyarəsinin F-16 qırıcısı tərəfindən vurulduğu barədə məlumat yayıb.

Azərbaycan Müdafiə Nazirliyi, həmçinin Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun bu xəbəri təkzib ediblər.

Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə Ermənistana radarlara baxmağı məsləhət görüb. Onun sözlərinə görə, bu, Ermənistanın apardığı növbəti yalan təbliğatıdır: “Biz bunu tamamilə rədd edirik. Ümumiyyətlə, Ermənistan tərəfinin özünə tövsiyə edirik ki, radarlara baxsın. Radarlarda hansı təyyarənin harada və nə zaman qalxması çox aydın görünür. Azərbaycan radar sistemlərində ümumiyyətlə Ermənistanın özündən belə “Su-25” təyyarəsinin qalxması barədə heç bir məlumat yoxdur”.

25
Teqlər:
Hikmət Hacıyev, Azərbaycan Hərbi Hava Qüvvələri, Azərbaycan Müdafiə Nazirliyi, Türkiyə, F-16, SU-25 hücum təyyarəsi, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Müdafiə Nazirliyindən təkzib: Ermənistan qırıcısını F-16-nın vurması yalandır
Ermənistan ordusunun son günlərdə öldürdüyü azərbaycanlıların sayı açıqlandı
Hikmət Hacıyev: "Ermənistan radarlara baxsın"
MN: Azərbaycanın F-16 qırıcısı yoxdur, Ermənistanın yaydığı məlumat yalandır
Azərbaycan Ordusunda tibbi təminat və təchizatla bağlı heç bir problem yoxdur