Nərimanovda ağacın dibini betonladılar

© Sputnik / Kamal AlmuradlıЯсная погода в Сугайыте, фото из архива
Ясная погода в Сугайыте, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ərazidəki ağaclara aqrotexniki qulluq göstərilməsi məqsədilə MTK-ya icrası məcburi olan "məcburi göstəriş" verilib.

BAKI, 29 iyul — Sputnik. Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi 11 ünvanında ağacın dibinin betonlanması ilə bağlı ETSN-yə daxil olan məlumat yerində araşdırılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırov bildirib.

Onun sözlərinə görə, araşdırma zamanı sözügedən ünvanda tikinti işləri aparan "İNV" MTK tərəfindən ağacın dibinin betondan təmizləndiyi və suvarıldığı müəyyən edilib.

Ərazidəki ağaclara aqrotexniki qulluq göstərilməsi məqsədilə MTK-ya icrası məcburi olan "məcburi göstəriş" verilib.

"Sahibkarlara, tikinti şirkətlərinin nümayəndələrinə müraciət edirik ki, tikinti və abadlıq işləri aparılan zaman yaşıllıq sahələrinə diqqət göstərsinlər, yaşıllıqların məhvinə yönələn addımlardan çəkinsinlər", - Ramal Bağırov qeyd edib.

Xəbər lenti
0