Dünyanın ən varlı adamı hökumətdən onu yoxlamasını istədi

© AP Photo / Reed SaxonГлава и основатель интернет-компании Amazon Джефф Безос
Глава и основатель интернет-компании Amazon Джефф Безос - Sputnik Azərbaycan
Abunə olmaq
"Amazon" mağazalarında bütün dünyadan 1,7 milyon kiçik və orta sahibkarlıq subyektləri təmsil olunur.

BAKI, 29 iyul — Sputnik. Dünyanın ən zəngin insanı və "Amazon" şirkətinin rəhbəri Cef Bezos ABŞ rəhbərliyindən onu və komandasını hərtərəfli yoxlamağa çağırıb. Bezosun müraciəti şirkətin rəsmi saytında yerləşdirilib. Sputnik Azərbaycan xəbər verir ki, şirkət sahibi Konqresin monopoliya əleyhinə dinləmələrində iştirak etməyi planlaşdırır.

"Hesab edirəm ki, "Amazon"u diqqətlə yoxlamaq lazımdır. Şirkət, qurum və qeyri-hökumət təşkilatları olmasından asılı olmayaraq bütün böyük institutlarda hərtərəfli yoxlamalar aparılmalıdır. Bizim öhdəliyimiz isə əla nəticələr göstərməkdir", - deyə Bezos qeyd edib.

O, həmçinin bildirib ki, onun şirkəti son on illikdə ABŞ iqtisadiyyatına 270 milyard dollar investisiya yatırıb.

Qeyd edək ki, "Amazon" mağazalarında bütün dünyadan 1,7 milyon kiçik və orta sahibkarlıq subyektləri təmsil olunur.

Xəbər lenti
0