"Muxtar" ləqəbli terrorçu Azərbaycana ekstradisiya olundu

26
(Yenilənib 16:45 29.07.2020)
"Muxtar" ləqəbi ilə ölkə hüdudlarından kənarda ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib.

BAKI, 29 iyul — Sputnik. Azərbaycanın milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, terror-təxribat və digər pozuculuq fəaliyyətinin vaxtında aşkar edilməsi və qarşısının alınması, eləcə də beynəlxalq terrorçuluqla mübarizə istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks tədbirlər davam etdirilir.

Xarici xüsusi xidmət orqanlarının nəzarəti altında Azərbaycan vətəndaşlarının seçilərək onlara radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə ölkə hüdudlarından kənarda hərbi təlimlərin keçirilməsi, şəxsiyyətləri gizlədilərək müxtəlif adlarla digər dövlətlərin ərazisindəki münaqişə ocaqlarında hərbi əməliyyatlara cəlb olunmaları barədə toplanılmış materiallar əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işi üzrə hazırda istintaq-əməliyyat tədbirləri aparılır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə DTX-nin rəsmi saytı məlumat yayıb.

Araşdırmalar nəticəsində Azərbaycan vətəndaşı Şükürov Mehdi Əflatun oğlunun ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə terrorçuluq cinayət əməllərinin törədilməsi üsulları, odlu silahlardan, partlayıcı maddələrdən və qurğulardan, eləcə də digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə hazırlığı ilə əlaqədar təlim almasına, "Muxtar" ləqəbi ilə ölkə hüdudlarından kənarda ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Mehdi Şükürov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3,214-3.1-ci (terrorçuluq məqsədi ilə Azərbaycan Respublikasından kənarda təlim keçmə) və 12.1,279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan edilmişdir.

Mehdi Şükürovun Rusiya Federasiyasının ərazisinə keçdikdən sonra gizləndiyi yer müəyyən edilib, o, beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində saxlanılmış və 2020-ci il iyulun 28-də Azərbaycana ekstradisiya olunub.

Hazırda cinayət işi üzrə araşdırma davam edir.

http://dtx.gov.az/news503.php

26
Vladimir Putin və Emmanuel Makron

Makron Putinə zəng edib: Qarabağda gedən hərbi əməliyyatlar pislənib

36
(Yenilənib 01:57 01.10.2020)
Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişə bölgəsində vəziyyətin kəskin hal almasını pisləyiblər.

BAKI, 1 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Sputnik Azərbaycan Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, söhbət zamanı dövlət başçıları Dağlıq Qarabağda, həmçinin Belarus Respublikasında yaranan son vəziyyəti müzakirə ediblər.

Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub. Hər iki prezident Dağlıq Qarabağ münaqişə bölgəsində vəziyyətin kəskin hal almasını pisləyiblər. Onlar davam edən hərbi əməliyyatlardan narahatlıq keçirdiklərini ifadə ediblər.

36
Teqlər:
hərbi əməliyyatlar, Dağlıq Qarabağ bölgəsi, Dağlıq Qarabağ problemi, Dağlıq Qarabağ, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron
Düşmən mövqeləri və müdafiəsinin dərinliyindəki ehtiyatlar məhv edilib

Gecə döyüşü: Ermənistan ordusunun hərbi kolonları bölmələrimiz tərəfindən məhv edilib

189
(Yenilənib 01:43 01.10.2020)
Müdafiə Nazirliyi: Ermənistanın müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonları bölmələrimiz tərəfindən məhv e

BAKI, 1 oktyabr — Sputnik. Ermənistanın müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonları bölmələrimiz tərəfindən məhv edilib.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, bir qədər əvvəl MN sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u saat 21.30-dək Ermənistan ordusunun cəbhə bölgəsindəki ümumi itkilərini açıqlayıb. Bu itkilərə 200-dək tank və digər zirehli texnika, 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 30 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan artıq avtomobil texnikası, 1 ədəd "S-300" zenit-raket kompleksi daxildir.

189
Teqlər:
hərbi qüvvələr, Ermənistan, Müdafiə Nazirıiyi
Əlaqədar
Ermənistanın səkkiz "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib-VİDEO
Ermənistan "Toçka-U" taktiki raket kompleksini tətbiq edib
Ermənistan Azərbaycan ərazilərində terrorçuları məskunlaşdırır - Hikmət Hacıyev
Ermənistan ordusunun son üç gündə məhv edilmiş döyüş texnikasının siyahısı açıqlandı