Minskdə KQB

Belarusda 32 nəfər silahlı tutuldu

13
Daha əvvəl Belarus lideri Aleksandr Lukaşenko bəyan edib ki, ölkədə inqilab olmayacaq, çünki ölkədə "inqilabçılar" yoxdur.

BAKI, 29 iyul — Sputnik. Belarusun paytaxtı Minsk yaxınlığında xarici özəl hərbi şirkətin 32 yaraqlısı həbs olunub. Bu barədə Sputnik Belarus xəbər verir.

Belarus İstintaq Komitəsinin rəsmi nümayəndəsi "RİA Novosti"-yə açıqlamasında qeyd edib ki, bu xəbəri nə təsdiqləyə, nə də təkzib edə bilər.

Qeyd edək ki, daha əvvəl Belarus lideri Aleksandr Lukaşenko bəyan edib ki, ölkədə inqilab olmayacaq, çünki ölkədə "inqilabçılar" yoxdur. O, eyni zamanda vurğulayıb ki, rəhbərlik respublikada maydanların olmaması üçün hər şeyi edəcək. Çünki belə ssenari yalnız dövlətin dağılmasına gətirir.

13

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

16
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

16
Qəza, arxiv şəkli

Cəlilabadda ağır yol qəzası olub, ölən yaralananlar var

14
Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.

Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

14