Bağ, arxiv şəkli

Bu şəxslər üçün bağ salınır

319
Ehtiyaclar müəyyən edildikdən sonra həmin sahələrdə intensiv bağ təsərrüfatları salınacaq. Son müraciət tarixi 1 sentyabrdır.

BAKI, 29 iyul — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin birgə həyata keçirdiyi "Sosial Bağlar" layihəsi çərçivəsində bu il daha 250 aztəminatlı ailə üçün intensiv bağ təsərrüfatları salınacaq.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, özünüməşğulluq proqramına dəstək məqsədilə icra olunan layihə bağçılıq üçün əlverişli şəraiti olan 16 rayonu (Astara, Balakən, İsmayıllı, Lənkəran, Oğuz, Qəbələ, Quba, Qusar, Şabran, Şamaxı, Şəki, Şəmkir, Siyəzən, Xaçmaz, Yevlax, Zaqatala) əhatə edir. Həmin rayonlarda mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olub digər məşğulluğu olmayan şəxslər qeydiyyatdan keçmək üçün müvafiq ərazi məşğulluq mərkəzinə müraciət edə bilərlər. Layihəyə cəlb edilən namizədlərin qiymətləndirilməsi zamanı onların aztəminatlılıq meyarlarına uyğunluğu və topağın bağçılıq üçün yararlı olması əsas götürüləcək. Daxil olan müraciətlər əsasında 250 aztəminatlı ailə seçilərək ilk növbədə onlara məxsus torpaq sahələrində monitorinqlər aparılacaq. Ehtiyaclar müəyyən edildikdən sonra həmin sahələrdə intensiv bağ təsərrüfatları salınacaq. Son müraciət tarixi 1 sentyabrdır.

319
Hadisə yerində

Rusiyada beşmərtəbəli binada partlayış baş verib, yaralılar var

10
(Yenilənib 23:10 20.09.2020)
Rusiyanın Tümen əyalətinin Leninski rayonunda beşmərtəbəli yaşayış binasında partlayış baş verib, yaralılar var.

BAKI, 20 sentyabr — Sputnik. Rusiyanın Tümen əyalətinin Leninski rayonunda beşmərtəbəli yaşayış binasında partlayış baş verib. Partlayışa səbəb qaz sızması olub.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə regional Səhiyyə İdarəsi məlumat yayıb.

Məlumata görə, partlayış binanın 2-ci mərtəbəsində olub. Hadisə nəticəsində 2 nəfər yaralanıb, 2 mənzil yararsız hala düşüb və 2 qonşu balkon uçub..

Yaralılar termik yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Tümen regional şöbəsindən verilən məlumata görə, binada olan 75 nəfər təxliyə olunub. Sakinlərin müvəqqəti olaraq oteldə yerləşdiriləcəyi bildirilir.

Hadisə yerində FHN-in altı ədəd texnikası və 14 əməkdaşı işləyir. Binanın daşıyıcı konstruksiyaları zədələnməyib.

10
Teqlər:
Rusiya Fövqəladə Hallar Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Tümen, Rusiya

Azərbaycanda qeyri-adi tamaşa - Kələxana türbələri canlı dekorasiya oldu

83
(Yenilənib 22:38 20.09.2020)
Rejissor Cavid Təvəkkül: "Bu tipli tamaşalar həm tarixi abidələrin tanınması, həm də pandemiya dövründə aktyorların boş qalmaması üçün bir imkan idi"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 sentyabr — Sputnik. Azərbaycan teatr tarixində bir ilkə imza atıldı və bu imzanı Mingəçevir Dövlət Dram teatrı atdı. Şamaxının Kələxana kəndində yerləşən XVI əsrə aid "Kələxana türbələri"ndə şifahi xalq ədəbiyyatı incilərindən sayılan "Apardı sellər Saranı" xalq dastanı əsasında hazırlanan "Sara" tamaşasıyla Mingəçevir Dövlət Dram teatrı həm də 52-ci teatr mövsümünü açıq elan etdi. Tamaşanın quruluşçu rejissoru Cavid Təvəkkül tamaşa barədə Sputnik Azərbaycan-a danışıb:

"Canlı dekorasiyadan istifadə edilərək açıq səma altında oynanılan bu tamaşa teatr tarixində ilk idi. Azərbaycan teatrları arasında Mingəçevir teatrı Kələxana türbələrindən canlı dekorasiya kimi istifadə edərək sözün həqiqi mənasında bir ilkə imza atdı".

Rejissor əlavə edib ki, tamaşanın qurluşundan tutmuş nümayişinə qədər Nazirlər Kabineti Yanında Operativ Qərargahın bütün şərt və tələblərinə əməl edilib:

"Mizanlardan başlayaraq premyera öncəsinə kimi Operativ Qərargahın tövsiyələri, tələbləri nəzərə alınıb. Tamaşadan öncə tibbi personalın iştirakı ilə yaradıcı heyət yoxlanışlardan keçdi və premyeraya izn verildi. Tamaşa uğurla nümayiş olundu".

  • Kələxanada tamaşa
    © Sputnik / Shahperi Abbasova
  • Kələxanada tamaşa
    © Sputnik / Shahperi Abbasova
  • Kələxanada tamaşa
    © Sputnik / Shahperi Abbasova
  • Kələxanada tamaşa
    © Sputnik / Shahperi Abbasova
  • Kələxanada tamaşa
    © Sputnik / Shahperi Abbasova
1 / 5
© Sputnik / Shahperi Abbasova
Kələxanada tamaşa

Qeyd edək ki, "SARA" tamaşası şifahi xalq ədəbiyyatı nümunələrindən sayılan "Apardı sellər Saranı" xalq dastanının motivləri əsasında hazırlanıb. Tamaşada respublikanın xalq artisti Ella Yaqubova, əməkdar artist Şıxı Yaqubov, tərəqqi medallı Aydın Quliyev və teatrın gənc aktyorları rol alıb.

Onu da qeyd edək ki, bu tamaşada nümayiş boyu əntiq teatra cəhdlər təqdim edilib. Açıq səma altında tarixi abidələrdən fon kimi istifadə olunub. Yəni, bu dəfə adət etdiyimiz kimi dekorasiyalar dekoratorlar tərəfindən tamaşa üçün xüsusi olaraq hazırlanmayıb, tarixi memarlıq abidələri canlı dekorasiya rolunu oynayıb.

Tarixi abidələrinə, coğrafi şəraitinə, müasir infrastrukturuna görə qədim Şamaxı rayonu daim turistləri özünə cəlb edib. Sözügedən türbələr Şamaxı turizm xəritəsinə daxil ediləŕək istər xarici, istərsə də yerli turistlər tərəfindən tez-tez ziyarət olunan məkanlardan hesab olunur.

Cavid bəyin sözlərinə görə, bu tipli tamaşaların davamı gələ bilər:

"Bu tipli tamaşalar həm tarixi abidələrin tanınmasına, həm də pandemiya dövründə aktyorların boş qalmaması üçün bir imkan idi. Düşünürəm ki, bunun davamı gələcək. Şirvanşahlar sarayında, Xan sarayında da tamaşalar hazırlana bilər".

83
Teqlər:
Sara, Mingəçevir Dövlət Dram Teatrı, Nazirlər Kabineti yanında Operativ Qərargah, tamaşa, teatr, Şamaxı
Əlaqədar
Yararsız hala düşmüş Kələxana türbələri