Bakıda Teleqüllə və Flame Towers-ə mənzərə, arxiv şəkli

Sabahın hava proqnozu açıqlandı - Külək...

8
Tibbi-meteoroloji proqnoza gəldikdə isə, iİyulun 29-u gündüz və iyulun 30-da Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

BAKI, 28 iyul — Sputnik. İyulun 29- da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, şimal-şərq küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət 55-65 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq.

29 iyulda Azərbaycanın əsasən şimal və qərb rayonlarında gündüz saatlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 20-24 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, iİyulun 29-u gündüz və iyulun 30-da Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

8
Təcili yardım avtomobili, arxiv şəkli

Qubada koronavirus xəstəsi yerlilərini təşvişə saldı

2
(Yenilənib 18:22 27.10.2020)
Quba rayon sakini Elçin Abramov COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə bir müddət xəstəxanada müalicə alıb, daha sonra isə ona ev şəraitində müalicə təyin edilib

BAKI, 27 oktyabr — Sputnik. Evdə müalicə olunan koronavirus xəstəsi yaşayış yerini qanunsuz tərk edib. Quba rayon sakini Elçin Abramov COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə bir müddət xəstəxanada müalicə alıb, daha sonra isə ona ev şəraitində müalicə təyin edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, E.Abramov evə buraxılan zaman ona karantin qaydaları izah olunub və tətbiq olunan qaydalara riayət etməsi, eləcə də yaşayış yerini tərk etməməsi tapşırılıb.

Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib və digər insanlar üçün real təhlükə yaradıb. Polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan Elçin Abramovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınıb, yaşadığı ünvana qaytarılması təmin edilib və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib. Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Quba RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

2
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
DİN koronavirusla bağlı əhaliyə müraciət etdi
Son sutkada 9 nəfər COVID-19-dan vəfat edib
Koronavirusa yoluxma insanı 10 yaş qocaldır, həmçinin...
İtaliyada sabahdan yeni qadağalar tətbiq olunacaq
Biz şiddətli soyuqları görməmiş xəstəlik bizi "görə" bilər - yenidən qapanma mümkündür
Erməni qüvvələrinin açdıqları atəşin nəticəsi, arxiv şəkli

Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı

9
(Yenilənib 18:35 27.10.2020)
Dinc sakinlərdən dörd nəfər həlak olub. Onlardan biri 2013-cü il təvəllüdlü qızdır. Xəsarət alanların sayı 7 nəfərdir

BAKI, 27 oktyabr - Sputnik. Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölən dinc sakinlərin sayı 4 nəfərə çatıb.

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, erməni silahlı qüvvələri tərəfindən saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində dinc sakinlər Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub, 7 nəfər isə xəsarət alıb.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.
Azərbaycan ordusunun əks-hücum əməliyyatı zamanı Cəbrayıl rayonu, Füzuli şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Hadrut qəsəbəsi də daxil olmaqla bir sıra yaşayış məntəqələrimiz işğaldan azad olunub.
10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.
Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.
Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.
Oktyabrın 25-də ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni bəyanatla çıxış ediblər. Bəyanatda həmsədrlərin 24 oktyabrda Vaşinqtonda Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdükləri, xarici işlər nazirləri və ABŞ Dövlət Katibinin müavini Stiven Bigan ilə birgə iclasda iştirak etdikləri bildirilir. Həmsədrlər tərəfləri öhdəliklərinə uyğun olaraq 10 oktyabrda  Moskvada imzalanmış birgə bəyanatın bütün aspektlərini həyata keçirmək üçün təcili addımlar atmağa çağırıblar və bu öhdəlikləri 18 oktyabrda Parisdə təsdiqlədiklərini qeyd ediblər. Dağlıq Qarabağda növbəti humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

9
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Bərdə atəşə tutuldu, ölənlər var - YENİLƏNİB - FOTO
Goranboy, Tərtər və Bərdə rayonları raket atəşinə tutulur
Azərbaycan qarşı tərəfin törətdiyi təxribatlara təmkinlə yanaşaraq adekvat tədbir görür
Ermənistan dinc əhalidən sonra ekoloji terrora keçib
Atəşkəs Tərtərə dinclik gətirmədi: Rayon dağıntılar içində qalıb – VİDEO