Azərbaycan Ordusuna dəstək aksiyası, arxiv şəkli

Türkiyədə Azərbaycana dəstək aksiyaları davam edir

10
Türkiyənin Kayseri şəhərindəki Cümhuriyyət meydanında baş tutan aksiya isə "Turan" dərnəyinin təşkilatçılığı və 53 qeyri-hökumət təşkilatının iştirakı ilə gerçəkləşdirilib.

BAKI, 28 iyul — Sputnik. Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlara etiraz olaraq qardaş Türkiyədə ölkəmizə dəstək aksiyaları həyata keçirilir.

Diasporla İş üzrə Dövlət Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iyulun 23-də Ankaranın Keçiörən Bələdiyyəsinin qarşısında "Bir millət, iki dövlətik. Azərbaycan-Türk ordusunun əsgəriyik" şüarı ilə tədbir keçirilib. Aksiyaya Keçiörən Bələdiyyəsinin üzvləri, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun nümayəndələri, Ankarada yaşayan azərbaycanlılar və yerli ictimaiyyətin təmsilçiləri qatılıblar.

Aksiyada bələdiyyə sədri Turqut Altınok, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar çıxış ediblər. Natiqlər 23 iyul tarixinin Azərbaycanın Ağdam rayonunun Ermənistan tərəfindən işğal olunmasının 27-ci ildönümünün olduğunu xatırladıblar. Bildirilib ki, təkcə Qarabağ deyil, Ermənistanla sərhəd olan bütün ərazilərimiz hər zaman erməni hücumlarına məruz qalır. Türkiyənin prinsipial mövqe nümayiş etdirərək, Azərbaycanın yanında olmasının dövlətimizi və xalqımızı gücləndirdiyi vurğulanıb. Onlar Ermənistana işğalçı və təcavüzkar siyasətindən əl çəkməyi tövsiyə edərək, əks-təqdirdə bu vəziyyətin Ermənistanın əleyhinə işləyəcəyini nəzərə çatdırıblar. Beynəlxalq təşkilatların tutduğu loyal mövqe kəskin tənqid olunub, Türkiyə və Azərbaycanın güclərini birləşdirərək, bu problemi həll etməsinin vacibliyi vurğulanıb.

Türkiyənin Kayseri şəhərindəki Cümhuriyyət meydanında baş tutan aksiya isə "Turan" dərnəyinin təşkilatçılığı və 53 qeyri-hökumət təşkilatının iştirakı ilə gerçəkləşdirilib. Azərbaycana dəstək aksiyasına Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğız, Özbəkistan, Türkmənistan və Şimali Kipr icmalarının təmsilçiləri qatılıb.

"7 dövlət, bir millət, susma artıq üsyan et, bitsin artıq bu zillət!", "Ya Qarabağ, ya ölüm!", "Qansa qan, cansa can, səninləyik, Azərbaycan!", "Qarabağ Türk torpağıdır!" şüarlarının səsləndirildiyi aksiyada Kayseridəki Ərciyəz universitetinin müəllimləri, azərbaycanlı ziyalılar və tələbələr çıxış ediblər.

Mitinq zamanı Azərbaycanın tarixi torpaqları, Ermənistanın işğalçı siyasəti və təcavüzkar hərəkətləri haqqında ətraflı məlumat verilib, Ermənistanın son təxribatları qınanılıb, Türk dünyasının şəhidlərinin əziz xatirəsi böyük ehtiramla anılıb. Mitinq şair Əhməd Cavadın sözlərinə Üzeyir Hacıbəyovun bəstələdiyi "Çırpınırdı Qara dəniz" mahnısının ifası ilə başa çatıb.

Türkiyənin Trabzon şəhərində, Sakarya şəhərinin Adapazarı Demokratiya Meydanında, İstanbulun Bakırköy rayonundakı Azadlıq meydanında Azərbaycan Ordusuna dəstək məqsədilə aksiyalar keçirilib. Soydaşlarımızla yanaşı, yerli ictimaiyyətin çoxsaylı nümayəndələrinin iştirak etdikləri aksiyalarda Tovuz cəbhəsində həlak olan şəhidlərimiz anılıb, Ermənistanın işğalçı və təcavüzkar siyasəti qınanıb, "Qarabağ Azərbaycandır!", "Ermənstanın işğalçı siyasətinə son qoyulsun!", "Şəhidlər ölməz, vətən bölünməz!", "Xocalıya ədalət!" və digər şüarlar səsləndirilib.

Türkiyə Dövlət Müəssisələri İşçilərinin İnkişafı və Həmrəyliyi Fondunun Sakarya şöbəsinin rəhbəri Recai Ciran və Sakarya Universiteti Azərbaycan-Türkiyə Qardaşlıq Platformunun rəhbəri Vüqar Nəsirovun birgə bəyanatında Ermənistanın işğalçılıq və soyqırım siyasətinə etiraz edilib. Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizini işgal edilməsinə, minlərlə insanın qətlə yetirilməsinə baxmayaraq, dünya ictimaiyyətinin bu vəhşiliyə biganə qalmasına bir daha kəskin etiraz bildirilib.

Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzinin bəyanatında isə bildirilib ki, insan haqlarını kobudcasına pozan Ermənistan ən qısa müddətdə beynəlxalq məhkəmələrdə mühakimə olunmalı və cəzalandırılmalıdır. Dünyanın müxtəlif ölkələrində Ermənistanın terrorizm və zorakılıq siyasətinə etiraz olaraq keçirilən aksiyalara erməni diasporunun quldurcasına yanaşması da bunu sübut edir: "Türkiyə və Azərbaycan hökumətləri 30 ildir işğal altındakı Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və qaçqın həyatı yaşayan azərbaycanlıların torpaqlarına qaytarılması üçün sülh siyasəti yürüdür. Bu ədalətli mübarizədə Azərbaycanın yanında olduğumuzu bildiririk və bütün şəhidlərimizi mərhəmət və minnətdarlıqla yad edirik. İnsanlıq və sülh əleyhinə cinayətlər törədən Ermənistanı pisləyirik və qınayırıq", - deyə vurğulanıb.

http://diaspor.gov.az/xeberler2020/x1649.php

10
Avropa İttifaqının bayrağı (Aİ), arxiv şəkli

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara çağırdı

18
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanon atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı bəyanat yayıb.

BAKI, 29 oktyabr - Sputnik. Avropa İttifaqı Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi ilə atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında döyüşlərin hələ də davam etdiyini və daha çox mülki şəxslərin hədəf alınmasını qəbuledilməz hesab edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanonun atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı verdiyi bəyanatda bildirilib.

Bəyanatda, o da qeyd edilib ki, Avropa İttifaqı münaqişə tərəflərinə beynəlxalq humanitar hüquqa əsasən, mülki  şəxsləri qorumaq öhdəliklərini bir daha xatırladır.

"Avropa İttifaqı tərəfləri sonuncu dəfə 25 oktyabrda Vaşinqtonda razılaşdırıldığı kimi, gecikmədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara başlamağa çağırır", - deyə bəyanatda bildirilir.

18
Флаг Международного комитета Красного Креста, фото из архива

Qırmızı Xaç Qızıl Ayparanın könüllüsü Bərdədəki erməni terroru zamanı həlak olub

34
(Yenilənib 00:41 29.10.2020)
Ermənistan silahlı birləşmələrinin Bərdəyə raket hücumu zamanı Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin könüllüsü də həlak olub

BAKI, 28 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin Bərdəyə raket hücumu nəticəsində həlak olanlar arasında Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin könüllüsü var. 

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin Avropa bürosunun rəsmi "Twitter" səhifəsində məlumat verilib. 

"Bu gün günortadan sonra Azərbaycanın Bərdə şəhərində mülki şəxslərə humanitar yardım çatdırarkən könüllülərimizdən birinin həlak olması xəbəri bizi dərindən kədərləndirdi.  

39 yaşlı ata Qırmızı Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin təcili mobil qrupunun əməkdaşı idi və raket hücumunda həlak olub. Humanist, xeyriyyəçilər hədəf deyil!", - Qırmızı Xaç və Qırmızı Aypara təşkilatının Avropa bürosu bildirib.

34