TM, arxiv şəkli

Yenidən bəlaya düşməyək: Sərtdən sonra yumşalma necə nəticə verəcək?

799
(Yenilənib 17:31 26.07.2020)
"Belə məkanların fəaliyyəti üçün mütləq mexanizm hazırlanmalıdır. İlk şərt insanların maskadan istifadə etməsi olmalıdır" – Baş infeksionist

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 iyul — Sputnik. Avqust ayının 5-dən ölkədə sərt karantin rejiminin ləğvi nəzərdə tutulur. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov mətbuata açıqlamasında bildirib ki, yumşaldılma tədbirlərinə gediləcək və bu tədbirlərə hamı hazır olmalıdır: “Karantin rejimi çox ciddi əhəmiyyət kəsb edir, çünki bu tədbirlər insanlar arasında yoluxma sayının artmasına imkan vermir. 

Kafelər, restoranlar, digər ictimai iaşə obyektləri, “Mall”lar, çimərliklər – hamısı hazır olmalıdır ki, təlimatlar və sanitar gigiyenik normalara mütləq şəkildə riayət etsin. Əks təqdirdə yenə yoluxma sayında artım müşahidə olunacaq. Dövlət yenə məcbur olacaq ki, yenidən karantin tədbirlərinin sərtləşdirilməsinə getsin. Çünki burda insan sağlamlığından söhbət gedir".

N. Seyidovun dediklərindən belə məlum olur ki, yumşalma tədbirlərindən sonra "Mall"arın, digər iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa oluna bilər. Qeyd edək ki, iri ticarət mərkəzlərinin, eləcə də “Mall”arın fəaliyyəti koronavirusun əsas yayılma ocaqları hesab olunub. Bəs görəsən bu halda sözügedən iaşə obyektlərinin açılması virusa yoluxmanı artıra bilərmi?

Sputnik Azərbaycan pandemiya dövründə hansı sahələrdə fəaliyyətin bərpasının riskli olduğunu araşdırıb.

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev açıqlamasında bildirib ki, davam edən sərt karantin rejimindən sonra istənilən nəticə əldə edilməsə də, virusa yoluxma sayında əvvəlki dövrlə müqayisədə azalma var: "Əlbəttə, biz sərt karantindən sonra daha çox azalma gözləyirdik. Amma nəticə gözlədiyimiz kimi olmadı. Hələ də yoluxma sayı 300-dən aşağı düşməyib. Bu halda biz indidən "Mall"arın fəaliyyətindən danışa bilmərik. Çünki "Mall"ar epidemioloji baxımdan təhlükəli yerlər sayılır. Belə məkanların heç bir analiz aparılmadan fəaliyyətinin bərpası düzgün olmazdı. Ona görə də, vəziyyət yenidən təhlil olunaraq mexanizm işlənildikdən sonra yumşalma qərarı verilməlidir. "Mall"ara insanlar kütləvi daxil olur, sosial məsafə qorunmur. Buna görə də belə məkanların fəaliyyəti üçün mütləq mexanizm hazırlanmalıdır. İlk şərt daxil olanların tibbi maskadan istifadə etməsi olmalıdır. "Mall"ara insanları sayla buraxmaq lazımdır. Orada nəzarət də güclü olmalıdır".

C. İsayev çimərliklərin də fəaliyyətinin bir qədər təhlükəli olduğunu söyləyib. Onun sözlərinə görə, hansı məkanlarda ki, kütləvi axın olur, sosial məsafənin qorunması çətindir, belə yerlərin fəaliyyətinə icazədən əvvəl mexanizm işlənib hazırlanmalıdır: "Sərt karantin yoluxma sayını azaltmaq üçün tətbiq edilir. Biz yumşalmadan sonra bütün sahələrdə fəaliyyəti gözüyumulu bərpa etsək, əlbəttə ki, bu təhlükəli ola bilər. Yoluxma daha da arta bilər" .

Bakı metrosunda polis əməkdaşı vətəndaşın icazəsini yoxlayır, arxiv şəkli
© Sputnik / Murad Orujov

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü deputat Kamilə Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əvvəl də Azərbaycanda koronavirusa yoluxma ilə bağlı  vəziyyət çox yaxşı idi: "Azərbaycanda yumşalmadan sonra vəziyyət gərginləşdi. Buna da səbəb odur ki, karantinin yumşalmasından sonra qaydalara əməl edilmədi. İnsanlar tibbi maska taxmadılar, sosial məsafəyə əməl edilmədi. Nəticədə yoluxma sayı 500-i keçdi. İndi sağalanların sayı xəstələnənlərin sayını üstələyir. Bu, sərt karantinin nəticəsi oldu. Amma biz insanları sərt karantin şəraitində uzun müddət də saxlaya bilmərik. Yay fəslini nəzərə alıb yumşalma olmalıdır. İnsanlar yenə qaydalara əməl etməlidir. Qonşu Gürcüstan və Türkiyədə bütün xidmət sahələrində fəaliyyət bərpa olunub. Amma insanlar da qaydalara əməl edirlər. Hökumətimiz də hər yeri bağlamağın tərəfdarı deyil. Bu virusun peyvəndi tapılmayanadək təhlükə bizimlədir. Ona görə də, pandemiya dövrü davam etdikcə qaydalara əməl edilməlidir. Yaydır, insanların immuniteti də gücləndirilməlidir. İnsanlar yayda dənizə gedib immun sistemini gücləndirməlidirlər ki, respirator xəstəliklərinə qalib gələ bilsinlər. Ona görə də, yumşalma davam etməlidir. Sadəcə insanların qaydalara əməl etməsi şərtilə biz "Mall"arın da fəaliyyətini bərpa etməliyik".

799
Tibbi sığorta

Əmək Məcəlləsinə tibbi sığorta ilə bağlı yeni maddə əlavə edilir

0
(Yenilənib 20:33 27.10.2020)
Əmək Məcəlləsinə yeni maddə əlavə edilir. Yeni maddəyə əsasən, əmək müqaviləsində işçinin icbari tibbi sığortalanması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 27 oktyabr — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında Əmək Məcəlləsinə dəyişiklik müzakirə edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Əmək Məcəlləsinə yeni maddənin - "Maddə 307-1. İşçilərin icbari tibbi sığortası" əlavə edilməsi təklif olunur.

Yeni maddəyə əsasən, işəgötürən "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada hər bir işçinin icbari tibbi sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin icbari tibbi sığortalanması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

0
Əlaqədar
Gözünüz arxada qalmasın: Hərbiyə çağırılanların əməkhaqqı qanunauyğun şəkildə ödəniləcək
Tikinti meydançaları ölüm bazasına çevrilib, işçinin həyatı heç kəsi maraqlandırmır
Uşaq evindən ailələrə - yüksək müavinətlərin sirri açıqlandı
Nazirlik kimlərin cərimələri ödəməkdən azad ediləcəyini açıqladı
Asan könüllüləri təşkilatının reallaşdırdığı “Əsgərə məktub” layihəsi

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı "Əsgərə məktub" layihəsinə qoşulub

2
(Yenilənib 19:28 27.10.2020)
Qurumun əməkdaşları Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın azadlığı uğrunda apardıqları mübarizədə Ordumuzun döyüş əzminin daha da artırılması məqsədilə təşkil olunan bu kampaniyada fəal iştirak edirlər.

BAKI, 27 oktyabr — Sputnik. Azərbaycan Dövlət Akademik Musiqili Teatrı "Əsgərə məktub" layihəsinə qoşulub. Sputnik Azərbaycan xəbər verir ki, teatrın rəhbər heyəti başda olmaqla, qurumun əməkdaşları Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın azadlığı uğrunda apardıqları mübarizədə ordumuzun döyüş əzminin daha da artırılması məqsədilə təşkil olunan bu kampaniyada fəal iştirak edirlər. Böyük ruh yüksəkliyi, həvəslə yazılan hər bir məktubda qüdrətli ordumuza və Ali Baş Komandana, bu günlər hər kəsin ailəsində ən əziz qonağı, ən əziz insanı olan əziz Prezidentimizə güvəndiklərini, həmişə onların yanında olduqlarını bildirirlər. Hər kəs öz hisslərini, sevgi və sayqılarını bir cür ifadə etməyə çalışıb. Hətta aktyorlardan bəziləri baməzə yumorlar, başlarına gələn maraqlı əhvalatları da məktublarda qeyd ediblər ki, əsgərlərimizin xoş ovqatını daha da artırsınlar.

Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bununla bağlı açıqlamasında bildirib ki, "Teatrda "Əsgərə məktub" layihəsi böyük coşqu ilə qarşılanıb və uğurla davam etdirilir. Mən özüm də əsgərə məktub yazdım və ona inamımı, onunla şərəf və qürur duyduğunu bildirdim.

Qeyd edək ki, bundan öncə də teatr kollektivi Ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 15 min manat məbləğində pul vəsaiti ianə edib və könüllü olaraq göstərdikləri bu yardımı yenə də davam etdirirlər. "Qarabağ Azərbaycandır! Yaşasın qüdrətli Ordumuz! Tanrı əsgərlərimizi və Ali Baş Komandanımızı qorusun! Musiqili Teatrın kollektivi Ali Baş Komandana inanır, əsgərlərimizlə qurur duyur və bilirlər ki, Qələbə günümüz uzaqda deyil!" - teatrın kollektivi bildirib.

2
Teqlər:
məktub, əsgər, Dövlət Musiqili Teatrı, Azərbaycan ordusu, dinc sakinlər, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Manas Ata və Dədə Qorqudun ruhu sizə kömək olsun - Qırğız ziyalılar İlham Əliyevə dua etdi
Bir ailədən üç əsgər ön cəbhədə: Tat icması qələbə xəbərini dörd gözlə gözləyir – video
Prezident Azərbaycan xalqını əmin etdi: "Haqq yolumuzdan dönməyəcəyik!"
Sinan Akçıldan daha bir dəstək - "Daim yaşa, Azərbaycan" adlı mahnı bəstələyib
İlham Əliyev Azərbaycanı dəstəkləyən ölkələrin başçılarına məktublar ünvanlayıb