Qouruyucu maskada olan qadın Parisdə mağazanın qarşısında

Fransa virusla əlaqədar yenidən sərhədlərini bağlayır

12
"Öncədən heç nəyi istisna etmək olmaz. Biz bir gündə müəyyən ərazilərlə, xüsusilə də Almaniya ilə sərhədlərimizdə nəzarəti gücləndirdik".

BAKI, 25 iyul — Sputnik. Fransanın Səhiyyə naziri Olivye Veran "Pais" nəşrinə müsahibəsində bildirib ki, koronavirus faktları artacağı təqdirdə sərhədlərin təkrarən bağlanacağı istisna deyil.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, daha əvvəl Fransa hakimiyyəti vətəndaşlarına epidemioloji vəziyyətin ağırlaşması ilə əlaqədar olaraq İspaniyanın Kataloniya əyalətinə getməməyi tövsiyə etmişdi.

"Öncədən heç nəyi istisna etmək olmaz. Biz bir gündə müəyyən ərazilərlə, xüsusilə də Almaniya ilə sərhədlərimizdə nəzarəti gücləndirdik.

Əsas qarşılıqlı əlaqə prinsiplərinə əməl etmək, dialoqda olmaq, məlumatlar paylaşmaq və ehtiyac olarsa tədbirlərə dair razılığa gəlməkdir" - Veran bildirib.

Veran əlavə edib ki, "sosial, iqtisadi və psixoloji" baxımdan ümumi izolyasiya nəzərdə tutulmur.

12
Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli

Aleksandr Lukaşenkonun legitimliyini tanımırıq - Aİ-nin Ali Nümayəndəsi

0
(Yenilənib 19:27 21.09.2020)
Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell: Bu gün Aİ-nin Xarici İşlər nazirlərinin görüşündə Belarus rəsmilərinə qarşı sanksiyaların tətbiq olunması ilə bağlı yekdillik olmayıb.

BAKI, 21 sentyabr — Sputnik. Kipr Avropa İttifaqının (Aİ) Belarus rəsmilərinə qarşı sanksiyalarını bloklayıb.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell mətbuat konfransında deyib.

O bildirib ki, bu gün Aİ-nin Xarici İşlər nazirlərinin görüşündə Belarus rəsmilərinə qarşı sanksiyaların tətbiq olunması ilə bağlı yekdillik olmayıb.

C. Borrell vurğulayıb ki, blok Belarusla əlaqələrini yenidən nəzərdən keçirəcək, vətəndaş cəmiyyətinə və azad mediaya daha çox maddi dəstək verəcək:

"Biz bu seçkinin saxtalaşdırıldığını bilirik və buna görə də Aleksandr Lukaşenkonun legitimliyini tanımırıq. Belarus xalqının azad, şəffaf və ədalətli seçkilər keçirmək haqqına inanır və Belarus xalqının yanında dayanırıq".

Qeyd edək ki, Aİ-də xarici siyasətlə bağlı qərarlar blokun 27 ölkəsi arasında yekdillik tələb edir.

Xatırladaq ki, Aİ seçkidəki saxtakarlığa, şiddət və təzyiqlərə görə məsuliyyət daşıyan Belarusun yüksək vəzifəli şəxslərinə qarşı sanksiya tətbiq edəcəyini bəyan edib.

0
Teqlər:
Belarus, Avropa ittifaqı, , Aleksandr Lukaşenko
Əlaqədar
Lukaşenko müharibəyə hazırlaşır?
Lukaşenko ilə Mişustinin görüşündə gözlənilməz təklif
İkinci gəliş: Lukaşenko bu dəfə tüninq olunmuş silahla görüldü - FOTO - VİDEO
Lukaşenko Rusiyadadır: Putinlə gələcək münasibətləri aydınlaşdıracaq
Hakimiyyəti heç kimə verməyəcəyəm – Lukaşenko
Toyuq əti, arxiv şəkli

Toyuq əti ilə bağlı şok məlumat - Ayaqqabı boyası ilə boyanırmış

2
(Yenilənib 18:39 21.09.2020)
AQTA bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinə, ticarət və ictimai iaşə müəssisələrinin rəhbərlərinə ciddi şəkildə xəbərdarlıq edib

BAKI, 21 sentyabr — Sputnik. Son zamanlar qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, topdan və pərakəndə satış obyektlərində, bazarlarda və yarmarkalarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan dövlət baytarlıq nəzarəti tədbirləri zamanı bir sıra heyvan mənşəli məhsulların, o cümlədən ət, süd, yumurta, bal və emal yolu ilə onlardan alınan məhsulların dövlət baytarlıq nəzarətinə təqdim edilmədən satışının həyata keçirildiyi faktları aşkar edilməkdədir. Sputnik Azərbaycan-ın məlumatına görə, AQTA bununla bağlı xəbərdarlıq edib.

Agentliyin məlumatında qeyd olunur ki, cari ildə ölkəyə idxal olunan quş əti və məhsulları üzərində həyata keçirilən risk əsaslı nəzarət tədbirləri zamanı laborator müayinələr üçün nümunələr götürülmüş və normativ texniki sənədlərin tələblərinə cavab verməyən Rusiya, Belarus, Ukrayna, Gürcüstan mənşəli 49.307 ton toyuq məhsulu məhv edilib, 30.964 ton toyuq məhsulu isə geri qaytarılıb: "Təəssüflə deməliyik ki, yerli quşçuluq müəssisələrində də aparılan monitorinqlər zamanı aşkar olunan norma və qayda pozuntuları bu sahədə vəziyyətin qənaətbəxş olmadığının göstəricisidir. Bəzi təsərrüfatlar nəinki özləri effektiv baytarlıq nəzarətini təşkil etmir, həmçinin dövlət baytarlıq nəzarətinin təmin edilməsinə də maneələr yaradılmasına cəhd edirlər.

Agentlik tərəfindən bu müəssisələrdə nəzarət qaydasında həyata keçirilən fəaliyyət zamanı quş cəmdəklərinin ayaqqabı sənayesində dərilərin boyanması üçün istifadə edilən anilin boyası vasitəsilə sarı rəngə boyanaraq kənd toyuğu adı altında insanlara satılması, toyuğun çəkisini artırılması məqsədilə cəmdəklərə 30-40 faiz su vurulması, istifadə müddəti keçmiş quş əti və məhsullarının, habelə yumurtanın istehsal tarixini dəyişərək yenidən satış şəbəkələrinə qaytarılması, müxtəlif xəstəliklərdən quşların kütləvi ölüm hallarının gizlədilməsi və s. kimi halların aşkar olunması bu müəssisələrə dövlət nəzarətinin vacibliyini bir daha zəruri edir. Aşkar edilən bu pozuntular ictimailəşdirilərək, geniş istehlakçı kütlələri məlumatlandırılıb və əhalinin ciddi və haqlı qınağı ilə qarşılanıb".

"AQTA bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinə, ticarət və ictimai iaşə müəssisələrinin rəhbərlərinə ciddi şəkildə xəbərdarlıq edərək bildirir ki, dünyada yayılmaqda olan COVID-19 pandemiyası şəraitində bəzi işbazlar təsərrüfat subyektlərinin sahibləri ilə əlbir olaraq baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçməyən heyvan mənşəli məhsulların satışa təqdim edilməsi hallarına yol verirlər ki, bu da əhali arasında kəskin zoonoz infeksiyalarının yaranmasına səbəb ola biləcək qanun pozuntusudur. Agentlik tərəfindən baytarlıq qanunvericiliyinin pozulmasına görə bu sahibkarlıq subyektlərinə qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada ən sərt tədbirlər görüləcəkdir".

Qeyd edək ki, heyvan mənşəli məhsulların baytarlıq-sanitariya ekspertizasından keçmədən satışı əhalinin zoonoz xəstəliklərə yoluxmasına zəmin yaradır.

2
Teqlər:
qayda pozuntusu, quşçuluq, ayaqqabı boyası, AQTA, toyuq əti
Əlaqədar
Braziliyadan göndərilən dondurulmuş toyuqlarda koronavirus aşkarlandı
Səhərlər toyuq və balıq əti ilə hazırlanmış yeməklər yeyin
Quşçuluq təsərrüfatları çətin dönəmdə - Yeməyə toyuq tapmayacağıq
Qida zəhərlənmələrindən qorunmaq üçün AQTA-dan zəruri tövsiyələr
Toyuqlara vurulan mayenin tərkibi ilə bağlı həyəcan təbili çalındı