Avropanın bəzi ölkələrində COVID-19-la bağlı vəziyyət daha da gərginləşir

© AFP 2023 / SEBASTIEN BOZONСитуация в связи с эпидемиологической обстановкой в Франции
Ситуация в связи с эпидемиологической обстановкой в Франции - Sputnik Azərbaycan
Abunə olmaq
İspaniyada yaranan vəziyyətlə əlaqədar olaraq isə Fransa baş naziri vətəndaşlarını Kataloniya əyalətinə getməməyə çağırıb.

BAKI, 25 iyul — Sputnik. Son bir neçə həftədə Avropanın bir sıra ölkələrində COVID-19-la bağlı rəqəmlərdə artım qeydə alınıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, son bir neçə həftədə İspaniyada da COVID-19-a yoluxma ilə bağlı rəqəmlərdə artım qeydə alınıb. Belə ki, son bir sutkada 922 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ümumilikdə COVID-19-a yoluxanların sayı ölkədə 272 min 421 olub. Ötən gün qeydə alınan ölüm halları ilə ümumilikdə İsspaniyada ölənlərin sayı 28 min 432 olub.

İspaniyada yaranan vəziyyətlə əlaqədar olaraq isə Fransa baş naziri vətəndaşlarını Kataloniya əyalətinə getməməyə çağırıb.

Fransada ümumilikdə COVID-19-dan dünyasını dəyişənlərin sayı 30 min 182, ümumi yoluxma sayı isə 210 min 972 olub. İtaliya hökuməti də Avropa Birliyinə üzv və Şengen bölgəsi istisna olmaqla digər ölkələrdən gələnləri  14 gün karantində saxlayacağını açıqlayıb.

Qeyd edək ki, son 24 saatda 252 yeni virusa yoluxma faktı qeydə alınıb.

Xəbər lenti
0