kofe

Kofeyə zərərsiz alternativ var imiş

182
Eyni zamanda şokoladda olan kofe, ürəyə bir fincan kofedən daha az zərər verir. Çünki şokolad kofeinin pis təsirlərini neytrallaşdırır.

BAKI, 25 iyul — Sputnik. Rusiyalı neyropsixoloq İrina Xvinqiya səhər kofesinə zərərsiz alternativ təklif edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, psixoloqun fikrincə, səhər ayılmaq və özünü gümrah hiss etmək üçün şokoladda olan kofe dənəcikləri də faydalıdır.

O qeyd edib ki, bu ləzzət beyin gərginliyi yaratmır.

Tərkibində B vitaminləri olduğu üçün gərginliyin qarşısını alır, sakitləşdirici təsir göstərir və balans yaradır

Eyni zamanda şokoladda olan kofe, ürəyə bir fincan kofedən daha az zərər verir. Çünki şokolad kofeinin pis təsirlərini neytrallaşdırır.

İrina Xvinqiya gündəlik rejim riayət etməyin və kifayət qədər yatmağın vacib olduğunu da xatırladıb.

Onun sözlərinə görə, şokoladdakı beş kofe dənəciyi sinir sistemini bir qədər aktivləşdirmək və bir müddət fəaliyyətini qorumaq üçün kifayət edir.

182

Zod-Kəlbəcər yolu bağlandı - Ermənilər təlaş içindədir

99
(Yenilənib 13:39 28.09.2020)
Ermənistan Fövqəladə Hallar Nazirliyi cəbhə bölgəsində başlayan hərbi əməliyyatlarla bağlı təhlükəsizliyi əsas götürərək Zod – Kəlbəcər yolunu bağlayıb.

BAKI, 28 sentyabr — Sputnik. Azərbaycan Ordusunun düşmən təxribatına qarşı işğal olunmuş torpaqlarımız - Qarabağda keçirdiyi cavab tədbirləri erməniləri qorxuya salıb. Sputnik Ermənistan xəbər verir ki, ermənilər qorxuya düşərək Kəlbəcərə gedən yolu bağlayıblar.

Belə ki, Ermənistan Fövqəladə Hallar Nazirliyi təhlükəsizliyi əsas götürərək Zod – Kəlbəcər yolunu bağlayıb.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz - Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər, o cümlədən Talış yüksəkliyi nəzarətə götürülüb.

99
Teqlər:
Ermənistan, Fövqəladə Hallar Nazirliyi
Əlaqədar
Müdafiə Nazirliyi məlumat yaydı: Vacib yüksəkliklər uğrunda döyüşlər aparırıq
Müdafiə Nazirliyi tank və vertolyotlarımızın vurulması barədə məlumata aydınlıq gətirdi
Müdafiə Nazirliyi: Torpaqlarımızın azad edilməsi uğrunda döyüş əməliyyatı davam etdirilir
Türkiyənin müdafiə naziri: "Azərbaycanlı qardaşlarımızın yanında olacağıq"
Müdafiə Nazirliyi: Ermənistan SQ sonuncu dəfə xəbərdar edilir
Əlahiddə Ümumqoşun Orduda artilleriya və minaatan bölmələri

Müdafiə Nazirliyi yeni məlumat yaydı: Düşmənin daha iki tankı məhv edilib

25
(Yenilənib 13:32 28.09.2020)
Ordumuzun şəxsi heyətinin döyüş əzmi və mənəvi-psixoloji durumu yüksəkdir, gərgin döyüşlərdə iştirak edən hərbi qulluqçularımız şücaətlə döyüşür.

BAKI, 28 sentyabr — Sputnik.Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatları davam edir.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Ordumuzun şəxsi heyətinin döyüş əzmi və mənəvi-psixoloji durumu yüksəkdir, gərgin döyüşlərdə iştirak edən hərbi qulluqçularımız şücaətlə döyüşür.

Sentyabrın 27-si və bu gün Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çoxlu sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikaları məhv edilib.

Təqdim edilən videoda bir az əvvəl iki ədəd düşmən tankının məhv edilməsi anı əks olunub.

25