Lampa, arxiv şəkli

"Azərişıq" ASC-dən bir neçə rayonun əhalisinə şad xəbər

30
Göyçay Elektrik Şəbəkəsinin xidməti ərazisində istismara yararsız dayaq və naqillər həmçinin transformator məntəqələri, sayğaclar yenisi ilə əvəz olunur.

BAKI, 25 iyul — Sputnik. İstehlakçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün Mərkəzi Aran RETSİ, Ağsu Elektirk Şəbəkisinin xidməti ərazisində geniş quruculuq işləri həyata keçirilir. "Azərişəq" Açıq Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, Ağsu rayonu Ağabəyli kəndi ərazisində 35/10 kV-luq yeni y/st-nın inşasına başlanılıb. Yarımstansiyanı qidalandıracaq 15 km uzunluğunda xəttin inşası tamamlanıb. Bununlada 17 kənddə 3 min abonentin enerji təchizatı tamamilə yaxşılaşcaq. Ümumiyyətlə şəbəkə ərazisində son 6 ay ərzində 10 kənddə elektrik enerji təchizatı tamamilə yenilənib. Son 6 ayı ərzində 698 sayğac yenisi ilə əvəz olunub, 81 abonentə yeni sayğac quraşdırılıb. Yeni inşa edilmiş 110/35/10 kV-luq Ağsu y/st-da son tamamlama işləri aparılıb. Ağsu yarımstansiyası şəhərin mərkəzini və 65 kəndini, o cümlədən 11 min 300 abonenti fasiləsiz elektrik enerjisi təchiz edir.

Göyçay Elektrik Şəbəkəsinin xidməti ərazisində istismara yararsız dayaq və naqillər həmçinin transformator məntəqələri, sayğaclar yenisi ilə əvəz olunur. Elektrik enerjisi təsərrüfatı 60-cı illərdə qurulmuş əksər yaşayış məntəqəsində uzun müddətdir istismar səbəbində bir çox problemlər yaşanırdı. Elektrik enerji təhcizatı tamamilə yenilənən kəndlərdən biri də Qarayazıdır. 445 abonenti olan kənddə indi sakinlər fasiləsiz və kefiyyətli elektrik enerjisi ilə təmin olunub.

Ağdaş Elektrik Şəbəkəsinin xidməti ərazisində 35/10 kV-luq "Pirkəkə" y/s-da əsaslı təmir işləri görülüb. Yarımstansiya 11 kəndi, 3 min abonenti elektrik enerjisi ilə təmin edir. Rayon ərazisində müxtəlif yaşayış məntəqələrində 20-dən çox 10/0,4 kV-luq TM və KTM şəbəkənin daxili imkanları hesabına təmir olunub və çəpərlənib. Son bir neçə ay ərzində 103 fərdi abonentə yeni sayğac quraşdırılıb, 1679 ədəd köhnə tipli sayğac yeni müasir tipli sayğacla əvəz edilib.

30

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

18
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

18
Qəza, arxiv şəkli

Cəlilabadda ağır yol qəzası olub, ölən yaralananlar var

14
Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.

Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

14